Bu gün cənnət ağası İmam Hüseynin doğum günüdür
İmam Hüseynin mövlud günü bərəkətdir..
Şaban ayı rəhmət bərəkət ayı, Ramazana hazırlıq ayıdır. Hər kim istəsə müşkilləri həll olsun bu ayda oruc tutsun, Allaha yaxınlaşsın. Gözləmədiyi yerdən üzünə qapılar açılacaq inşAllah. Və cümə günləri qüsul edib oruc olmağın çox böyük savabı var. Keçmiş qəza niyyəti olanlar qəza, olmayanlar isə müstəhəb niyyətilə tutsunlar. Şaban ayının gözəlliyi ondadır ki, bu ayın 3-də bəşərin ən dəyərli Peyğəmbərinin(s)nəvəsi, ciyər-parəsi sinəsi üstə böyüyən Hüseyin (ə.s) dünyaya gəlib. Nə xoş gün bu bayram münasibətilə siz dəyərli oxucularımızı təbrik edirik!
İmam Hüseyin(ə)h.q 4-cü ilində (miladi 626 cı il)Həzrət Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın(s)ailəsində dünyaya gəlib. O qardaşı İmam Həsəndən(ə) sonra ailənin ikinci övladl idi. Sevimli bacısı Zeynəb(s)isə ondan kiçik idi. İkinci nəvəsi dünyaya gəlməsinə sevinən həzrət peyğəmbər (s)Əsma binti Üveysdən xaiş edir ki, körpəni ona gətirsin. Nəvəsinin qulağına azan -iqamə oxuduqdan sonra peygəmbərimizə (s) Cəbrail(ə)nazil olur və bildirir ki, Əlinin(ə) ona nisbəti, Harununun(ə) Musaya(ə) nisbəti kimidir. Bu səbəbdən,Əlinin(ə)kiçik oğluna da Harunun(ə)kiçik adı qoyulmalıdır. "Xeyir, yaxşılıq" mənasına gələn və nəvaziş şəklində işlənən həmin ad ərəbcə "Hüseyin "səslənirdi.
Həzrəti Peyğəmbərimiz (s)buyurmuşdu: Hüseyin məndən, mən Hüseyindənəm. Hüseyni sevən məni sevmişdi. Məni sevən Allahı sevmişdi. Hüseyin nicat gəlmişdir. İmam Hüseyinin(ə) həyatına nəzər salsaq görərik ki, gənc yaşlarından çox şücaətli əxlaqlı mərhəmətli islama dayaq, zülmə boyun əyməyən bir gənc olub. Eynən babası Peyğəmbərə(ə) bənzəyirdi. Atası Əlinin məktəbindən aldığı dərslər ona şərafətlə yaşamağı öyrətmişdi. İmam Hüseyin(ə) Kerbəla hadisəsində islamı qorumaq, namazı sağlam şəkildə bizə çatdırmaq üçün sonuncu qanından ailəsindən keçdi. Onun qəlbində şəhidlik ruhiyyəsi, hədəfi isə babası Peyğəmbərin(ə)dinini höccətini tamamlamaq islamı ayağa qaldırmaq var idi və bu arzusuna çatdı. Bizim məktəbimiz Ehli-beyit məktəbi, yolumuz Hüseyn yolu olmalıdır. Haqsızlığa göz yummamalı, zülmə boyun əyməməliyik. İmam Hüseyin (ə) buyurmuşdu: "Zillətlə yaşamaqdansa, izzətlə ölmək yaxşıdır".
Bu gün biz İmam Hüseyin(ə) borcluyuq. Kərbəla böyük bir məktəb oldu bizim üçün. Haqq yolu ədalətli bir məktəb. Xoş o kəslərin halına ki bugün qəlbləri İmam Hüseyin(ə) eşqilə döyünür. Allah bu eşqdən olmayanlara da qismət eləsin. Hüseyini(ə)sevmək Peyğəmbərə hörmət, islama xidmətdi. İmam Hüseyni(ə) davamçılarını bugün (bəzi eqidələrdə şirk bilənlər öz keçmişlərini axtarsınlar).Allah onları hidayət eləsin. Hüseyin(ə)sevmək bir ibadətdir. Namaz ruhun qidası islamın sütunudur. İmam Hüseyinin(ə)Kərbəlada şəhidliyi məhz bizim haqqı batildən ayıra bilməyimiz, namazımız sağlam qalması üçün idi. Namaz Allahla rabitədir. Əgər bilmək istəsən Allah səni nə qədər sevir əməllərinə bax gör. Sən nə qədər bəndəçilik edir, vacibatları yerinə yetirirsən Allah da səni o qədər sevir. Şaban ayı rəhmət bağışlanma, istiğfar tövbə ayıdır.
Uca Rəbbimiz bu ayın xatirinə bizim günahlarımızı bağışlayıb həqiqi Huseyin(ə)davamçılarından qərar versin və Əhli-beytin şəfaətindən uzaq salmasın inşAllah.
Südabə Həsənli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Səhər yeməyini ötürsək nə baş verər?
Meyxanaçı Kərim vəfat etdi
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Sabah hava necə olacaq?
Səidə Sultan bu səbəbdən verilişlərə çıxmır
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
"Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir" - AÇIQLAMA