"18 günün gəlini idi, gözündən aldığı güllə yarasından öldü"- ADNA terrorundan 8 il ötür...

"18 günün gəlini idi, gözündən aldığı güllə yarasından öldü"- ADNA terrorundan 8 il ötür...ADNA terrorundan 8 il ötür...

El arasında həftənin bütün günlərinin hər birinin özünəməxsus adı var. Duz, xas, adına və sair…
Bir qismi yaddan çıxıb, adına ona görə yadda qalıb ki, biz azərbaycanlılar qırxı çıxana qədər ölülərimizi məhz bu gün yad edir, onlara ehsan süfrəsini də bu gündə açırıq.
Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum da həftənin 4-cü, yəni adına günü olmuşdu... 30 aprel 2009-cu il tarixində ADNA özünün qanlı tarixini yaşadı. Bu tarix ölən və yaralananların adı ilə yadda qaldı və onların adı ilə də anılacaq. 25 nəfərin adına olan bir gün bu gündür… O qanlı gündən artıq 8 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyası 30 aprel 2009-cu il tarixində adi günlərdən birini yaşamalı idi. Amma həmin gün akademiyanın 2-ci tədris binasında qanlı terror hadisəsi baş verdi... Səhər saatlarında odlu silahla silahlanmış naməlum şəxs Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci korpusuna hücum edərək birinci mərtəbədən yuxarı mərtəbəyədək qarşısına çıxan şəxsləri güllələdi... Gülləyə tuş gələnlərin içərisində akademiyanın professoru, laborantları, tələbələri, dosenti, müəllimləri vardı...

Qanlı hadisə nəticəsində

Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü
Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr

Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü
Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü
Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü
Və Akademiyaya süd məhsulları gətirən Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü öldürüldü...

Hadisə zamanı sağ qalan Zemfira Hüseynli Bdanışır ki, baş verənləri anbaan xatırlayır. Səsə otaqdan çıxan Zemfira Hüseynli dəhlizdə laboratoriya müdiri Tamella xanımla professor Ramiz Abdullayevin yerə yıxıldığını görüb və onlara tərəf qaçıb. Elə bu zaman Zemfira xanıma qəfildən bir nəfər yaxınlaşıb:

"Qatil mənə tərəf gəldi, əlini uzatdı silahla başımdan vurdu. Elə bil, başımı ülgüclə kəsdilər. Yerə yıxıldım. Ölmədim... Qanım Ramiz müəllimə tərəf axmağa başladı. Qatil göz hərəkətimdən sağ olduğumu görüb ikinci dəfə atəş açaraq, məni vurdu. Təkrar dəhşətli ağrı hiss etdim..."

Fərda Qədirovla göz-gözə gələn İlkin Şirəliyev də sağ qalıb. O, ikinci mərtəbədə dərsdə olan zaman auditoriyaya soxulmaq istəyən Fərdanın qarşısını tələbə yoldaşları ilə birlikdə partaları qapının ağzına yığmaqla kəsib. Amma dəhlizdən içəri atılan güllələrin qabağını almaq mümkün olmayıb... Qapının pəncərəsindən boylanan Fərda auditoriyada olan 3 tələbəni hədəfə ala bilib...

Qatilin gülləsinə tuş gələnlərdən biri də 18 günün gəlini olmuş Məmmədova Şəfa Afət qızıdır...

Anası Xuraman Məmmədova deyir ki, mənim üçün çox çətindir. Neçə illər keçsə də, həmin günü unuda bilmirik:

"Şəfa iş otağından dəhlizə çıxıb aşağı düşəndə, 3-cü mərtəbədə elə pilləkəndə, sol gözündən aldığı güllə yarasından dünyasını dəyişib. Qanlı hadisədən düz 18 gün əvvəl isə Məmmədovların yaşadığı evdə toy xonçaları bəzənmişdi".

Aprelin 12-də Şəfanı ata evindən ağ gəlinliklə aparan Rahim Tağıyev, onu düz 18 gündən sonra ağ kəfənlə son mənzilə yola salınması üçün elə ata evinə qaytardı...

Xuraman xanım deyir ki, qızı öz şəxsi həyatını demək olar ki, unudub yalnız elmlə məşğul olurmuş. Akademiyada əsas dərsliklərin rus dilində olması Şəfa üçün başlıca problemlərdən biriymiş. Bu səbəbdən Şəfa həmin dərslikləri tərcümə edib icmal xarakterli bir kitab hazırlayıbmış. 2009-cu ilin sentyabr ayında isə hazırladığı kitabı tələbələrə təqdim edəcəkdi. Qismət olmadı….

ADNA-da kütləvi terroru həyata keçirən isə Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov idi. Terrorçu hadisə zamanı həbs olunacağını görüb, özünü də güllələmişdi.

Sonda onu da əlavə edək ki, prezident İlham Əliyev aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında sərəncam imzalamışdı. Sərəncama əsasən, dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan həlak olanların ailələrinə 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat birdəfəlik maddi yardım ayrılmışdı.

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında həyat öz axarı ilə davam edir. Artıq təhsil müəssisəsinin 2 -ci korpusunun giriş qapısında mühafizə xidməti yaradılıb, polis əməkdaşları keşik çəkir. Dərsə gələn tələbələrin tələbə biletləri yoxlanılır, şəxsiyyəti təsdiq olunmadan heç kim Neft Akademiyasının binasına buraxılmır. Hətta, birinci mərtəbədən tutmuş 6-ci mərtəbəyədək mühafizə kameraları da quraşdırılıb. Kaş ki, bu elə əvvəldən belə olaydı. Baş verən bu terror hadisəsindən ölən və yaralananların yaxınları ilə yanaşı bütün ölkə sarsıldı...
Dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə isə səbr diləyirik...

BiG.AZ


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 4864   Tarix: 30 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Övladı olmayan meyxanaçının azyaşlı uşağa baxışları gündəm oldu - VİDEO

Tanınmış meyxanaçı Rüfət Nasosnu sosial mediada yayılan yeni görüntüləri ilə gündəmə gəlib. xəbər verir ki, kadrda sənətçinin bir azyaşlı uşağa baxış tərzi izləyicilərin diqqətini çəkib və müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri meyxanaçının həmin anlarda duyğulanmış halını fərqli cür şər

29 oktyabr
.

"Zığ" Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir

Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi 39 ünvanında yaşayan Məmmədov Əhəd Hüseyn oğlu tərəfindən saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, şəkər xəstələrinə ayrılan dərmanlar düzgün paylanılmır:. "Mən, Məmmədov Əhəd Hüseyn oğlu, 10 ildir ağır şəkər xəstəsiyəm. 6 ildi

21 sentyabr 2024
.

Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı daha bir qurumdan AÇIQLAMA

Meymunçiçəyi çox nadir hallarda rastlanılan zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. "Xəstəlik adətən 2-4 həftə dava

22 avqust 2024
.

COP29 zamanı şəhər daxilində nəqliyyat necə olacaq? - VİDEOİZAH

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb. Bu dəfə COP29 tədbiri çərçivəsində paytaxtda giriş-çıxış və ictimai nəqliyyatın hərəkətinin necə tənzimlənəcəyi barədə məlumat verilib. Bildirilib ki, "Koroğlu" stansiyasının ətrafından, konkret olaraq "Piramida"

10 noyabr 2024
.

Türkiyədə heyrətamiz görüntülər: 20 il əvvəl su altında qalan kənd yenidən üzə çıxdı

Türkiyənin Sivas şəhərinin Hafik rayonunda 20 il əvvəl su bəndinin daşması nəticəsində su altında qalmış köhnə Pusat kəndi yenidən üzə çıxıb. Bu barədə İHA-ya istinadən xəbər verir. Məlumata görə, Hafik rayonundan 20 kilometr məsafədə, kənd təsərrüfatı və içməli su ehtiyaclarının qarşılanması üçün istifad

23 avqust 2024
.

Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

İnnovasiya və sürət lideri Bakcell hədiyyələrlə bol süni intellekt əsaslı lotereyaya başladığını elan edir. 1 oktyabr – 31 dekabr tarixlərində keçiriləcək lotereyada Bakcell abunəçiləri hər gün "iPhone 17", hər həftə "Zeekr 001" və sonda "Porsche Cayenne" avtomobili olmaqla

3 oktyabr
.

Qəbələ Dəmiryolu Vağzalından şikayət… sərnişinləri buraxmadılar

Qəbələ Dəmiryolu Vağzalının gözləmə zalına sərnişinlərin girişinə icazə verilmir. xəbər verir ki, bu barədə sərnişin Həsən Hüseynzadə məlumat paylaşıb. O bildirib ki, heç bir sərnişin gözləmə zalına buraxılmır:. "Şikayətim Qəbələ Dəmiryolu Vağzalındandır. Qatarı gözləmək üçün istədim daxil ola

1 aprel
.

Çilidə dağın zirvəsində "sirli üz" peyda olub

Çilinin cənubundakı ucqar dağın zirvəsində "Google Maps"dən istifadə edərək aşkar edilən sirli üz ufoloqları və sosial media istifadəçilərini heyrətə salıb. "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, dağın fotosunu ilk dəfə Scott S. Waring yayımlayıb. O, belə təsvirlərin qədi

5 avqust
.

Zaurun bu VİDEOsu izlənmə rekordu vurur

Teleaparıcı Zaur Baxşəliyev sosial şəbəkələrdə gündəm olub. xəbər verir ki, onun göyçəlilər üçün ifa etdiyi mahnı böyük marağa səbəb olub. Aparıcının oxuduğu aşıq mahnısı sosial şəbəkələrdə izlənmə rekordu vurub. Sözügedən görüntünü təqdim edirik:. [/youtube]

9 aprel