Nazirlikdən əhaliyə mühüm xəbərdarlıq

Nazirlikdən əhaliyə mühüm xəbərdarlıqGürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Sonxeber.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayında aparılmış növbəti monitorinqin nəticələrində bildirilir.

Bildirilir ki, aprel ayının III ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının II ongünlüyünə nisbətən 40 m3/san artaraq 362 m3/san təşkil edib.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.9, Ağstafaçayda 4.4, Ağstafaçay su anbarında isə 1.7 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Aprel ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2, I Şahsevəndə 1.8, Bəhramtəpədə isə 2.2 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.47-7.20 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1752   Tarix: 03 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

2 may
.

Ailə üzvlərinə işgəncə verdi, atasını döyərək öldürdü – AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində əzab vermədə və qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Səfərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın əldə etdiyi məlumata görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökm

2 may
.

Magistr imtahanında ən yüksək balı o topladı

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi magistraturaya qəbulda birinci oldu. BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Qəhrəman Kazımlı magistraturaya qəbul imtahanlarında (essesiz) 86 bal toplayaraq rus bölməsi üzrə ən yüksək nəticəni göstərib. Qəhrəma

2 may
.

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin rəisi Elnar İmanovla Dövlət Əmək Müfəttəişliyi Xidməti arasında qalmaqal yaranıb. Qaynarinfo-ya daxil olan məlumata görə, buna səbəb dövlətə xidmətinin Elnar İmanovu cərimələməsidir. Bildirilir ki, idarə rəisinə İnzibati Xətalar Məcəlləsini

2 may
.

""Bakı Prosesi" mədəniyyətlərarası dialoqu təşviq edir" - Əhliman Əmiraslanov

"Ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bildiyimiz kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan "Bakı Prosesi"nin tərkib hissəsidir

2 may
.

Sumqayıtda 15 yaşlı qız itkin düşüb

Sumqayıtda 15 yaşlı qız itkin düşüb. "Report" xəbər verir ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Aylin Müşviq qızı Hüseynova Kimyaçılar qəsəbəsində yaşadığı evdən çıxıb gedib və geri qayıtmayıb. Faktla bağlı polisə məlumat verilib

2 may
.

"Qanun dəyişikliyi problemli ipoteka kreditlərinin qarşısını alacaq" - Ekspert

İpotekaya xitam verilən hallar genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İpoteka haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliye

2 may
.

Nazir idarə rəisini işdən çıxardı

Ədliyyə Nazirliyinin informasiya texnologiyaları və innovasiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə vəzifəsindən azad edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb. Sözügedən idarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdur

2 may
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

2 may