Azərbaycanda bu da oldu - Doğuşa 10 gün qalmış əri üstünə arvad gətirib evdən qovdu

Azərbaycanda bu da oldu - Doğuşa 10 gün qalmış əri üstünə arvad gətirib evdən qovdu"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə sığınan ən yeni sakin 3 günlük körpədir.

Teleaparıcı İlhamiyyə Rza şəxsi Feysbuk səhifəsində bu körpənin fotosunu paylaşdı.

Həmin körpənin nədən sığınacağa ehtiyacı olmasını araşdıran lent.az ilginc məlumatlar əldə edib.

Məlum oldu ki, bu balacanı dünyaya gətirən Göyçək Mürşüdova doğumuna 10 gün qalmış əri tərəfindən evdən qovulub. İkinci dəfə ana olan qadın sayta acı həyat hekayətini danışıb. Bu qadının gənc yaşında başı çox dərd çəkib:

- 1984-cü il ildə Lerik rayonunun Piran kəndində dünyaya gəlmişəm. Piran kənd orta məktəbində isə cəmi 5 sinif oxuya bildim. 33 yaşım var. Ərim məni evdən qovub deyə sığınacağa gəldim. Qalmağa yerim yox idi. Valideynlərimin razılığı olmadan yoldaşımla qaçıb ailə qurduq. İndi onların da yanına qayıtmağa üzüm yoxdur.

Göyçək və əri Rüfət Mürşüdov 2014-cü ildə tanış olub, həmin il də ailə qurublar. Rəsmi nikahları isə olmayıb. Özü bu barədə belə deyir:

- Zavodda bir yerdə işləyirdik. Elə orda da tanış olduq. Valideynlərim evlənməyimizə razı olmadı deyə qaçırtdı məni. Rəsmi nikahımız yoxdur. Mən istəsəm də, ərim rəsmi nikaha girməkdən boyun qaçırırdı. Ailəsinin yanında yaşadıq. Təzə-təzə məni gəlin kimi qəbul etdilər, amma axır vaxtlar yola getmirdilər. İstəmirdilər artıq. Bir qızım da var, Rəvanə. 3 yaşındadır. İndi isə oğlum olub.

Ən dəhşətlisi odur ki, həyat yoldaşı Göyçək evdə ola-ola onun üstünə başqa qadın gətirib, bunu da evdən qovub:

- Ərim özünə təzə arvad gətirdi. Qızımı əlimdən alıb, məni də hamilə ola-ola bayıra atdılar. İndi qızımı mənə vermirlər.

Bu qadının gələcəyi isə ciddi sual altındadır. Birliyin rəhbəri Mehriban Zeynalova sözügedən sayta açıqlamasında bildirib ki, G.Mürşüdova hazırda reabilitasiya mərhələsindədir:

"Bütün gücümüzlə Göyçəyə kömək etməyə çalışırıq. Bizə gələndə doğumuna az qalmışdı. Sancıları tutanda sığınacaq adından doğum evinə göndəriş yazdıq. Buna görə də qadının bütün doğum xərclərini dövlət öz üzərinə götürdü. Doğuşdan sonra sığınacağa qayıtdı. Hələ gələcəklə bağlı nə planlarının olduğunu dəqiq bilmirik. Bütün hallarda o, anlamalıdır ki, ayaq üstündə qalmağı bacarmalıdır. Təbii istəsə qızını da atasından geri ala bilər. Amma bu qərarı yalnız Göyçək özü verə bilər. İndi bizdə psixoloqlarla söhbət edir. Bu psixoterapiyadan sonra daha dəqiq biləcəyik ki, o, nə etmək istəyir? İndiki halda isə lazım olan dəstək göstərilir".

Mənbə:milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6358   Tarix: 04 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

Mayın 18-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb

18 may
.

Bir neçə gün əvvəl vəfat edən övladından yazdı - Fotolar

Xəbər verdiyimiz kimi, ARB telekanalında çalışan aparıcı Aynur Bağırova bir neçə gün əvvəl övladını itirib. Axşam.az-ın məlumatına görə, A.Bağırova sosial şəbəkə hesabında övladından yazıb. "Heç ağlıma gəlməzdi ki, səninlə sonuncu şəklim çəkilir. Qardaşın getmişdi, səninlə təskinlik tapdım, toparlandım

17 may
.

"Molokan" bağına giriş bağlandı

Bir müddət əvvəl ətrafı avtomobillər üçün bağlanan, Bakının "Molokan" bağı kimi tanınan Xaqani parkı hasarlanıb. Bağa giriş-çıxış bağlanıb, ərazidə təmir işlərinə başlanılıb. Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan "Qafqazinfo"nun sorğusuna cava

17 may
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18 may
.

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? - DOSYE

General-mayor Namiq İslamzadə Hərbi Hava Qüvvələrinə komandan təyin edilib. yeni komandanın dosyesini təqdim edir:. Namiq İslamzadə 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981-88-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988-91-ci illərd

18 may
.

Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı

Moskvanın cənub-şərqindəki Bratislavskaya küçəsindəki mənzildə dəhşətli qətl hadisəsi baş verib. İlkin məlumata görə, 30 yaşlı Fərid Fəttahov tanınmış iş adamı olan atası, 69 yaşlı Əşrəf Fəttahovu məişət zorakılığı zəminində qətlə yetirib. Mərhum Moskva Dövlət Universitetinin fizika fakültəsinin məzunu

17 may
.

Yaşlı qadını döyüb pulunu əlindən aldılar -Saxlanılan var

Oğuzda quldurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, hadisə rayonunun Qumlaq kəndində baş verib. Belə ki, gecə saatlarında naməlum şəxs yaşlı qadını döyərək onun üzərində olan pul vəsaitini ələ keçirib. Rayon polis şöbəsini

18 may
.

Azərbaycanda məcburi icbari təhsil sistemi 11 illik olsun - TƏKLİF

Bu gün qızların erkən nikaha cəlb olunması fiziki, cinsi, iqtisadi və emosional zorakılığın formalarını əhatə edir. Regionlarda bununla bağlı ciddi problemlər mövcuddur. Qızlar erkən yaşda nikaha məcbur edilir və uşaq yaşlarında ana olurlar. Buna nümunə olaraq Salyanda baş verən hadisəni nümunə götür

17 may
.

Sabah da yağış yağacaq?

Mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qər

17 may