Azərbaycanda məcburi icbari təhsil sistemi 11 illik olsun - TƏKLİF
Bu gün qızların erkən nikaha cəlb olunması fiziki, cinsi, iqtisadi və emosional zorakılığın formalarını əhatə edir. Regionlarda bununla bağlı ciddi problemlər mövcuddur. Qızlar erkən yaşda nikaha məcbur edilir və uşaq yaşlarında ana olurlar. Buna nümunə olaraq Salyanda baş verən hadisəni nümunə götürə bilərik. 11-ci sinif şagirdlərindən birinin uşaq dünyaya gətirməsi ilə mətbuatda xəbərlər yayıldı. Eyni zamanda, həmin məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adları qeyd olunur və qiymətləri yazılırdı. Bəs mövcud halların qarşısını almaq məqsədilə hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, erkən nikahlar ilə bağlı hüquqi tənzimləmə ilə yanaşı, sosial çarxlar, kütləvi informasiya vasitələri və televiziyalarda erkən nikahlara qarşı mübarizə ilə bağlı müəyyən mesajlar ötürülməlidir:
"Orta və ali məktəblərdə təhsilli, tanınmış, görkəmli Azərbaycan qadınlarının görüşlərini təşkil etmək lazımdır. Regionlarda və kəndlərdə qızlar görsün ki, təhsilli, karyerası olan bir qadınlar necə üstündür. Çox vaxt bölgələrdə qız erkən nikaha cəlb ediləndən sonra oğlan onu qoyub xaricə yaxud paytaxta gedir. Belə olan halda həmin qadın təhsil almadığını görə, əmək bazarında özünə yer tapa bilmir və bəzən insan alverinin qurbanına çevrilir. Ona görə orta məktəblərdə, kəndlərdə və regionlarda ziyalı xanımların görüşlərini təklif etmək lazımdır. Eyni zamanda təklif edirəm ki, icbari təhsil sistemi 11 illik olsun. Çünki bəzən qızlar 9-cu sinifdə məktəbdən uzaqlaşdırılır. Onlar həm əmək istismarına cəlb olunur, həm də erkən nikah düşüncələri ilə formalaşdırırlar. Bu prosesdə icbari təhsil 11 illik olsa, məktəblərin həmin uşaqlar ilə bağlı maraqlanmaq imkanı olur".
Sosioloqun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin "Məktəbin dostu" adlı pilot layihəsi var:
"Həmin layihə Azərbaycanın bütün məktəblərində tətbiq olunmalıdır. "Məktəbin dostu" layihəsi vasitəsilə biz bilərik ki, hansı uşaq valideyni tərəfindən zorakılığa, basqıya və erkən nikaha cəlb olunur. Həmin layihə bu halların qarşısını almaq olar. Ola bilər ki, Ailə Uşaq Komitəsinin bölgələrdə, regionlarda, kəndlərdə sosial agentləri olsun. Sosial agentlər vasitəsilə həmin ailələr ilə əlaqələr qurulsun və erkən nikah hadisələrini aidiyyəti hüquq-mühafizə orqanlarına çatdırsınlar. Təkcə hüquqi tənzimləmə yox, sosial maarifləndirmə işləri aparılmalıdır. Sosial çarxlarda erkən nikaha məcbur edilən bir uşaq ilə, həyatını və karyerasını qurmuş qadını müqayisə edə bilərlər. Belə çarxlar vasitəsilə mesajlar ötürə bilərlər. Şübhəsiz ki, bu addımlar uşaqlarda erkən nikah ilə bağlı düşüncələrinə təsir edə bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Keçmiş nazirin oğluna vəzifə verildi
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər