Bakıda təhlükəsizlik belə qorunur - 12 min polis, 642 videomüşahidə...

Bakıda təhlükəsizlik belə qorunur - 12 min polis, 642 videomüşahidə...IV İslam Həmrəyliyi Oyunlarına rəsmən bu gün start verilsə də, bəzi idman növləri üzrə yarışlar bir neçə gün əvvəl başlayıb. Ona görə ayrı-ayrı ölkələrin idmançıları, xarici nümayəndə heyətləri xeyli vaxtdır ki, Bakıdadırlar. Oyunların hazırlıq işləri də həftələr öncə yekunlaşıb. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi bütün işləri vaxtından əvvəl yerinə yetirib. İndi qarşıda dayanan əsas vəzifə yarışların keçirilməsidir.
Hər bir beynəlxalq tədbir zamanı əsas təşkilati məsələlərdən biri də təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycanın isə sabitliyin etibarlı təminatıçısı, ictimai asayişin qorunması baxımından bölgədə və dünyada ən yaxşı göstəricilərə malik ölkələrdən biri olması hər birimizdə qürur və fəxarət hissi doğurur. Ölkəmiz son illər keçdiyi sosial-iqtisadi inkişaf yolu ilə yanaşı, həm də cəmiyyətdə asayişin, əmin-amanlığın qorunması sahəsində də dünyada öncüllər sırasındadır.

İndiyədək Azərbaycanda onlarla beynəlxalq tədbirin keçirilməsinin əsas səbəblərindən biri də ölkəmizdə ictimai-siyasi sabitliyin, əmin-amanlığın və yüksək təhlükəsizliyin mövcud olmasıdır. İstər "Eurovision" mahnı yarışması, istərsə də I Avropa Oyunları göstərdi ki, Azərbaycanda istənilən kütləvi tədbirin keçirilməsi üçün heç bir təhlükə yoxdur.

Təbii ki, IV İslam Həmrəyliyi Oyunlarında da təhlükəsizliyin təmin olunması əsas diqqət mərkəzində olan məsələlərdən biridir. Aprelin 21-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında daxili işlər naziri Ramil Usubov bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən ciddi hazırlıq işlərinə başlanılıb. Dövlət başçısının qarşıya qoyduğu vəzifələrin tam və vaxtında yerinə yetirilməsi üçün nazirlikdə xüsusi tədbirlər planı təsdiqlənərək icraya yönəldilib.

Oyunlar ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək daxili işlər orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə 2017-ci ilin yanvar ayında Əməliyyat Qərargahı, habelə 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradılıb. Bütövlükdə daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaq.

"Azərbaycan" qəzeti xəbər verir ki, asayişin qorunmasında iştirak edəcək əməkdaşların professional hazırlığının, o cümlədən etik davranış səviyyəsinin daha da yüksəldilməsi, əcnəbilərlə rahat ünsiyyət qurmaq bacarığına yiyələnməsi məqsədilə onlar üçün xüsusi treninqlər təşkil edilib.

Cari ilin mart və aprel aylarında təhlükəsizlik qüvvələrinin və vasitələrinin oyunların keçiriləcəyi obyektlərdə perimetr boyu, eləcə də sektorlar üzrə yerləşəcəyi nöqtələr konkretləşdirilib. Nəzarət-buraxılış məntəqələri, xüsusi təyinatlı və mühəndis istehkam qruplarının xidmət aparacağı bütün yerlər yoxlanılıb, şəxsi heyətə vəzifələri izah edilib, köməkçi qərargahların təlim-məşqləri keçirilib.

Yol hərəkətinin təhlükəsizliyi və yüksəksəviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək digər işlər də diqqət mərkəzindədir. Bu istiqamətdə qarşıda duran vəzifələrin icrası yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək. Yol hərəkətinin təşkili üzrə fəaliyyət çərçivəsində paytaxtda 8 mindən çox yeni yol nişanı və 35 işıqfor quraşdırılıb, küçə və yollarda 2,1 milyon poqonmetrdən çox cizgiləmə işləri aparılıb.

Yarış iştirakçılarının daşınmasına cəlb olunan nəqliyyat vasitələrini idarə edəcək şəxslərin seçiminə də xüsusi diqqət yetirilib, peşəkarlıq səviyyəsi yoxlanılıb. Nəticədə 1918 nəfərdən 158 sürücü seçimdən kənarlaşdırılıb, habelə namizədliyi təsdiqlənmiş sürücülər üçün cari ilin mart ayında müvafiq tədris proqramı əsasında nəzəri və praktiki təlimlər keçirilib.

İctimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə hazırda yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edilir. Ümumilikdə bu gün respublikada "Təhlükəsiz şəhər" sisteminin 3270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir.

I Avropa Oyunları ərəfəsində alınmış 3000 radiostansiya, 1000 metal detektor, 700 planşet, 500 bort-kompüter, 300 videoqeydiyyat qurğusu və 330 "IPatrol" mayak, habelə "BMW" və "Mercedes" markalı 837 xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı istifadə ediləcək.

Onu da qeyd edək ki, Oyunlarda təhlükəsizlik tədbirlərini ayrı-ayrı dövlət orqanları əlaqələndirilmiş şəkildə həyata keçirəcək. Əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi, Azərbaycanın təhlükəsizlik strukturları tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının da təhlükəsizliyi yüksək səviyyədə təmin ediləcək.

Bu gün ətraf bölgələrdə xoşagəlməz hadisələr baş verməkdədir. Dünyanın bir sıra nöqtələrində, eləcə də Yaxın Şərqdə gedən proseslər sabitliyin nə qədər böyük dəyər olduğunu təsdiqləyir. Azərbaycanın isə təhlükəsizliyin və ictimai asayişin təmin olunması baxımından nəinki regionun, eləcə də dünyanın nümunəvi ölkələrindən biri olması qürurvericidir. Aidiyyəti strukturlarımız dövlətin təhlükəsizliyinə, onun milli maraqlarına, mənafelərinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirləri ən yüksək səviyyədə həyata keçirirlər. İstənilən çirkin məqsədin qarşısını almaq üçün ölkəmiz kifayət qədər imkanlara və önləyici tədbirlərə malikdir. Ən əsası, Azərbaycan dövlətinin gücü istənilən növ təhdidin qarşısının alınmasına ən yüksək səviyyədə imkan verir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 918   Tarix: 12 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyo

11 mart
.

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutund

11 mart
.

Xalq artisti: "Ulduz xəstəliyinə tutulublar, elə bilirlər ki, oxumasalar da, aktyordurlar"

"Çəkildiyim bütün filmləri, serialları başa vurmuşam. "Alatava"da çəkildim. Düzdür, Stanislavski deyib ki, rolun böyüyü-kiçiyi yoxdur, amma mənim üçün böyüyü də var, kiçiyi də. Mən burada kiçik bir rolda oynadım, 3-4 seriyada varam. Əlixan Rəcəbovla bu rola bir çalar verə bildik. Komediyad

29 fevral
.

"Gərək yersiz danışasan ki, seviləsən"

"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səs

11 aprel
.

Naxçıvanda nazir əvəzi idarə müdirini işdən çıxardı

Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub. "Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Babə

28 fevral
.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

7 may
.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21 aprel
.

Əməkdar artist 48 yaşında vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

20 aprel
.

Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı

Avstriyalı məşhur rəssam Qustav Klimtin tamamlanmamış "Froylyayn Lizerin portreti" adlı rəsm əsəri Vyanada hərracda 30 milyon avroya satılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı satışı həyata keçirən "im Kinsky" hərrac evi yayıb. Bildirilir ki, Klimtin 1917-c

25 aprel