Avropa Oyunlarının könüllü əlillərinə sertifikatlar verildi - FOTO
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təlimi kurslarını bitirmiş 18 nəfər sağlamlıq imkanları məhdud gənc "Bakı-2015" birinci Avropa Oyunlarında könüllü kimi iştirak ediblər.
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin gənclər Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) tərəfindən könüllü kimi uğurlu fəaliyyətlərinə görə müvafiq sertifikatlara layiq görülüblər. Onlar ölkəmizdə ən yüksək standartlar səviyyəsində keçirilən və dünya idman tarixində yeni səhifə açan bu möhtəşəm idman bayramında könüllü gənclər arasında olmalarından və tapşırılan vəzifələri göstərilən etimada layiq şəkildə yerinə yetirmələrindən sonsuz şərəf və qürur hissi keçirdiklərini vurğulayıblar. Bu böyük idman tədbirində könüllü kimi öz əməyini sərf etmək həmin sağlamlıq imkanları məhdud gənclərdə öz güclərinə, potensiallarına inam hissini xeyli artırmaqla və böyük təcrübə qazandırmaqla onlara gələcək həyatlarında daim özünü doğrultmaq, uğur qazanmaq üçün güclü bir stimul verib.
Mərkəzdə peşə təlimi keçən gənclərin "Bakı-2015" açılış və bağlanış mərasimlərini, canlı şəkildə izləmələri, mütəmadi olaraq yarışlarda tamaşaçı kimi iştirak etmələri də təmin edilib.
Yarışlarda Azərbaycan yığmasının qazandığı mühüm tarixi nailiyyətlər, xüsusən paracüdoçularımızın uğurları, o cümlədən ikiqat paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyevin parlaq qələbəsi onlara sonsuz sevinc və fərəh hissi bəxş edib. Peşə Reabilitasiya Mərkəzində müxtəlif peşə və sənət növləri üzrə təlim kursları təşkil edilməklə bərabər, respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edəcək paralimpiyaçı gənclərin idmanın müxtəlif növləri üzrə hazırlıq keçmələri də təmin olunur. Bu ilin ötən dövründə 29 nəfər paralimpiyaçının burada məşq prosesini keçmələrinə şərait yaradılıb.
2013-cü ilin dekabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində təkcə cari ilin 6 ayında 258 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kursu keçib. Həmin gənclərdən 183 nəfəri bu ilin ötən dövründə kurslara cəlb edilib.
Gənclər burada kompyuter istifadəçisi və kompyuter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, toxuma və s. peşələr üzrə bilik və bacarıqlara yiyələniblər. Onlardan 144 nəfəri artıq kursları başa vurub və onlara peşə şəhadətnamələri, yalnız özünüməşğulluq imkanlarına yiyələnə bilən şəxslərə isə peşə kursunu bitirmələri barədə arayışlar verilib, digər gənclərin isə peşə təlimi kursu davam edir.
Gənclər burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar. Onların sosial reabilitasiyası, müxtəlif mədəni- kütləvi tədbirlərdə iştirakı, onlar üçün ekskursiyaların təşkili və s. istiqamətlərdə də məqsədyönlü işlər aparılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"2026-cı il Azərbaycanda böhranın başlanğıcı olacaq"- iqtisadçı NATİQ CƏFƏRLİ
Dünyada neçə pişik var? Hesablamalar aparılıb
Nərimandan tənqidlərə "cavab"
Bakıda ət bahalaşdı - YENİ QİYMƏT
Təzə avtomobil aldı, paspası qaldıranda həyatının şokunu yaşadı - VİDEO
Bakıda əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazidə...
Bu tarixdə GÜCLÜ KÜLƏK OLACAQ - SARI XƏBƏRDARLIQ
Vüqar Əhməd saxlanılıb? - Özü danışdı+Yenilənib
Qəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU
Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR
Həkim məsləhəti: Kitab oxumağın insan sağlamlığına FAYDALARI
Bəzi yerlərdə yollar buz bağlayacaq - Xəbərdarlıq
Bakının məşhur universitetində söküntü işləri başlayır
Sonsuz yalan danışırlar: Xroniki yalançıların 11 vərdişi