Son dəqiqə! Ermənistan ordusunda qırğın gedir: əsgərlər ÖLDÜ – Sarkisyana HÜCUM

Son dəqiqə! Ermənistan ordusunda qırğın gedir: əsgərlər ÖLDÜ – Sarkisyana HÜCUM"Ermənistan ordusunda zabitlər əsgərləri öldürür, bir sözlə qırğın gedir". Bu sözləri qətlə yetirilən 19 yaşlı Arsen Mxitaryanın valideynləri deyir.

Ermənistan ordusunda intiharların, eləcə də əsgərlərin müəmmalı şəkildə ölməsi hallarının sayı getdikcə artır.

"Epress" saytı yazır ki, A.Mxitaryan hərbi xidmətə gedəndən bir neçə ay sonra müəmmalı şəkildə qətlə yetirilib. Qətldən bir il vaxt keçir və əsgərin valideynləri hesab edirlər ki, yüksək vəzifəli məmurlar qətlin izlərini gizlətməyə çalışır. Ermənistanın hərbi rəhbərliyi əvvəlcə Arsenin Azərbaycan tərəfindən açılan atəş nəticəsində öldüyünü iddia edib. Daha sonra isə onun intihar etdiyi iddiası irəli sürülüb. Lakin valideynlər övladlarının ermənilər tərəfindən qətlə yetirildiyini deyirlər. Onlar Arsenin hərbi hissədə təzyiqlərə məruz qaldığı haqda danışırlar.

Arsenin anası Lusine Mxitryan danışır ki, "mən oğlumu itirmişəm və mənə deyirlər ki, ədalət tələb etmə".

"Bəs, belə ölkədə övladı orduya göndərməyə dəyərmi?", - deyə o davam edir.

Qətlə yetirilmiş əsgərin anası erməni analarını övladlarını orduya göndərməməyə çağırıb: "Əgər belə imkan yoxdursa, onda övladınızın taleyini lap əvvəldən həll edin, ya ölkədən qaçırın, ya da başqa bir yola əl atın. Çünki bu ölkədə orduya övlad göndərmək, ölümə göndərmək kimi bir şeydir".

L.Mxitran oğlunun qətlinə görə müdafiə naziri Viqen Sarkisyanı günahlandırıb.

"Orduda hər gün əsgərlərimiz ölür, qətlə yetirilir, başlarına min oyun açılır. Viqen Sarkisyanın başı isə siyasətə qarışıb", - Arsenin anası qeyd edib.

O, əsgər analarının Müdafiə Nazirliyinin binasına hücum etməyə və Viqen Sarkisyandan hesabat tələb etməyə çağırıb: "Ölən bizim övladlarımızdır, onlar isə öz keflərindədir".

Əsgərin atası Artur Mxitaryan isə deyir ki, Ermənistan ordusunun içində qırğın gedir.

Valideynlərə övladlarının xidmət etdiyi batalyonun komandiri Samvel Minasyan bildirib ki, "Arsen intihar edib, buna səbəb də öz ailəsində olan problemlərdir". Lakin valideynlər ailələrində heç bir problemin olmadığını və övladlarının intihar etmədiyini deyir.

Onların sözlərinə görə, hadisə 2016-cı ilin 3 iyulunda olub. Həmin gün Tavuş rayonunda hərbi hissənin döyüş mövqeyində olan əsgərlər heç bir güllə səsini eşitmədiklərini deyirlər.

"Yəni Arsen Azərbaycan tərəfinin atdığı güllə ilə ölməyib, nə də özünü güllələyib. Onu öldürüblər. Mən hadisədən sonra hərbi hissəyə getdim və oğlumun öldüyü yerə baxdım. Orada heç bir giliz yox idi", - deyə ata Artur Mxitaryan danışır.

Mxitaryan ailəsi bildirib ki, "biz özümüzü Ermənistanda təhlükəsizlikdə hiss etmirik. Əgər başımıza nəsə gəlsə, bilin ki, bunu onlar (ordu rəhbərliyi) edib".

Qeyd edək ki, Ermənistan hakimiyyəti orduda itkilərin sayını gizlətməyə çalışır. Lakin dünən bu ölkənin "Johovurd" qəzeti 2017-ci ilin yanvar ayından indiyə qədər orduda 26 itkinin olduğunu yazıb.

"Hərbi qulluqçulardan 10-u döyüş şəraitində, 16-sı isə intihar, qətl, silahla ehtiyatsız davranma və qəza nəticəsində ölüb", - deyə qəzet statistikanı açıqlayıb.

Lakin qeyd edib ki, bu statistika ictimaiyyətə məlum olan informasiyalar əsasında hazırlanıb. Reallıqda isə itkilərin sayı daha çoxdur.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 7042   Tarix: 19 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

Yeni təyin olunan rektor kimdir? - DOSYE

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. yeni təyin olunan rektorun dosyesini təqdim edir:. Heydər Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasiba

2 may
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

Prezident: "Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub"

"Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusund

1 may
.

"Bizim qarşımızda dövlət maskası geyinən terrorçu-cinayətkar qruplaşma var" - Politoloq

Xəbər verdiyimiz kimi Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlam

29 aprel
.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

29 aprel
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26 aprel
.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29 aprel
.

İranın mədəniyyət naziri Azərbaycana gələcək

İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana gələcək. Bu barədə nazir yerli mediaya açıqlamasında bəyan edib. Onun sözlərinə görə, səfərin məqsədi region ölkələri ilə münasibətlərin yaxşılaşdırılması yolunu davam etdirmək və beynəlxalq sammitdə iştirak etməkdir. M.M.İsmaili rəsmilərl

29 aprel