Leyla Əliyeva: "Ad günümü ailəmlə, valideynlərimlə keçirəcəyəm" - FOTO

Leyla Əliyeva: "Ad günümü ailəmlə, valideynlərimlə keçirəcəyəm" - FOTOPrezidentin qızı ad günün necə keçirəcəyini deyib.

"Ad günümü ailəmlə, valideynlərimlə keçirəcəyəm. Uşaqlıqda ad günümə çox qonaq gələndə, səs-küylü və şən olanda sevinirdim".

Sonxeber.az-ın məlumatına görə, bunu "Trend"ə müsahibəsində bu gün yubileyini qeyd edən Azərbaycan prezidentinin böyük qızı, Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyeva deyib.

Onun sözlərinə görə, ad günündə ən yaxın və ən əziz olan insanların əhatəsində, şərtsiz, təmənnasız sevginin əhatəsində olmaq istəyir. "Hamıya xoş əhval-ruhiyyə, möhkəm cansağlığı və bolluca xoşbəxtlik arzulayıram".

Dövlət başçısının qızı əkiz övladlarından da danışıb. O, uşaqları – ən böyük xoşbəxtlik adlandırıb.

"İndi mənim uşaqlarım elə bir yaşa çatıblar ki, mənə onlarla daha çox vaxt keçirmək maraqlıdır, nəinki dostlarımla. Biz birlikdə gəzirik, muzeylərə, parklara gedirik. Lap əvvəldən mənim onlarla dostluq münasibətlərim var. Mənim üçün olduqca vacibdir ki, uşaqlar valideynlərinə ilk növbədə hörmət etsinlər, onlardan qorxmasınlar. Buna görə də uşaqlar nəyisə düz etməyəndə onlara izah etməyə çalışıram. Həmişə seçim ixtiyarı verirəm. Hesab edirəm ki, onlara kifayət qədər çox azadlıq vermək lazımdır".

L.Əliyevanın fikrincə, anadan olandan insana doğrunu və yanlışı anlama qabiliyyəti Allah tərəfindən verilib. Bəzən valideynlər uşaqları qorumaq üçün onları həddən artıq himayə edirlər, məhdudiyyətlər və qadağalar qoyurlar.
O, isə övladlarına daha çox azadlıq verməyə çalışır, xüsusən də onlar oğlan olduqları üçün. "Qoy onlar müstəqil, sərbəst və güclü olsunlar.

Ən əsası, mən onlarla bir yerdə olanda yaxşı əhval-ruhiyyədə oluram, onlar heç vaxt məni məyus və kədərli vəziyyətdə görməyiblər. Mən həmişə onlara deyirəm ki, hər şey yaxşı olacaq. Mən onları müsbət ruhda kökləyirəm".

Əli və Mikayıl artıq üç dildə danışırlar: Azərbaycan, ingilis və rus. Onlar riyaziyyatla, incəsənətlə maraqlanırlar.

Anaları onlara kitablar oxuduğunu və kompüter arxasında daha az vaxt keçirməyə çalışdığını deyir. "Çox istərdim ki, övladlarım böyüyəndə öz uşaqlıq illərini həmişə sevə-sevə xatırlasınlar, yada salsınlar".

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva oğlanları ilə Bakı Zooloji Parkında saxlanılan pələng üçün quraşdırılmış yeni qəfəsin açılışında iştirak edib.

Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə Moskvada anadan olub. 2000-ci ildə otra məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) magistratura pilləsində təhsil alıb. 2009-cu il aprelin 18-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib.
2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.

2006-cı il aprelin 30-da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarov ilə ailə həyatı qurub. Cütlüyün 6 yaşlı Əli və Mikayıl adlı əkiz oğulları var. Cütlük may ayında ayrıldıqlarını elan ediblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1108   Tarix: 03 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DYP-dən əlverişsiz hava şəraiti ilə bağlı müraciət

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. -in məlumatına görə, müraciətdə avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarından yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməl

6 may
.

"Məlhəm"lə bağlı məhkəmə iddiası - Maddi ziyan tələb edilir

"Məlhəm Beynəlxalq Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) maddi ziyan tələb edilir. Qaynarinfo-nun məlumatına görə, klinikana barəsində Nəbiyeva Günay Mirsahib qızı məhkəməyə müraciət edib. Günay Nəbiyeva məhkəmədə "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklə

6 may
.

Əri tərəfindən boğularaq qətlə yetirilən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Sabunçu rayonunun Ramana qəsəbəsi, "3-cü Mədən" adlanan nömrəsiz fərdi yaşayış evlərinin birində 28 yaşlı Nurəddin Məmmədov aralarında yaranan mübahisə zamanı 22 yaşlı həyat yoldaşı Ayşən Məmmədovanı boğaraq qətlə yetirib. Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Nurəddin Məmmədo

6 may
.

Erməni hərbçi şərti sərhəddə özlərinin basdırdığı minaya düşdü

Ermənistan ordusunun hərbçisi Tavuş rayonunun Kirants (Günən) kəndi istiqamətində minaya düşüb. xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. "Hərbçi mina partlaması nəticəsində xəsarət alıb", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Məlumatd

6 may
.

Xankəndi Polis Şöbəsinə yeni təyinat olub

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xankəndi Polis Şöbəsinə yeni təyinat olub. report-a istinadən xəbər verir ki, əmrə əsasən polis kapitanı Alim Eldar oğlu Bağırov Xankəndi Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin yeni rəisi vəzifəsinə təyin olunub. Qeyd edək ki

6 may
.

Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO

Bakıda sahibsiz itlərin insanlara hücum etməsi ilə bağlı növbəti hadisə yaşanıb. xəbər verir ki, bu dəfə xoşagəlməz hal Xırdalan şəhərində yaşanıb. Bu barədə -in "qaynar xətti"nə şikayət və görüntülər daxil olub. Qeyd edilib ki, sahibsiz itlər AAF park yaşayış kompleksində yaşayan sakinlər

6 may
.

Bakı dünyanın "İdman Paytaxtı" seçilib - FOTO

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi

6 may
.

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq. "Report"un məlumatına görə, onlardan biri - Gülalı Məhəmməd oğlu Dadaşov Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq. Elşad Şirin oğlu Qayımo

6 may
.

Leysan olacaq, dolu yağacaq

Mayın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək

6 may