Lənkəranski ilə bağlı elə xəbər yayıldı ki...

Lənkəranski ilə bağlı elə xəbər yayıldı ki..."Şeron" musiqi qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədov və Ramil Qasımovdan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədovun cinayət işi üzrə məhkəmə keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində İntizar Məmmədov dindirilib.

O, ifadəsində təqsirləndirilən şəxslərdən şikayətinin olmadığını bildirib: "Onlar mənə hədə-qorxu gəlməyib, pul tələb etməyiblər. Onlardan şikayətçi deyiləm. Şəxsən mənə və mənim yanımda Ramilə Tahir və dostları heç bir hədə-qorxu gəlməyib. Sadəcə olaraq, həqiqətən də Rəşadgilə borclu qaldığımız pulu verməyimizi bildiriblər".

Onun istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olub. Ona görə də, İntizar Məmmədovun istintaqa ifadəsi elan edilib.

O, istintaqa verdiyi ifadəsində bildirib ki, 2012-ci ildə dostları Ramil Qasımov və Rəşad Əhmədov ilə birlikdə "Şadan" musiqi qrupunu yaradıb: "Qrupa maliyyə dəstəyi vermək üçün birlikdə Rəşadın atası Ziyadxana məxsus Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən səs-yazma studiyasını öz razılığı ilə 55 min dollara Tərlan adlı şəxsə satdıq. Əldə olunmuş vəsaitdən Rəşad özünə 5 min dollar götürdü, 5 min manatı isə mən götürdüm. Qalan pulu qrupun inkişafına xərclədik. Razılaşmışdıq ki, hər toy məclislərindən əldə etdiyimiz 3 min manatın 1000 manatını musiqiçilərə verək, 1000 manatını üçümüz aramızda bölək, qalan 1000 manatı isə Rəşadın atasına verək. Bir müddət bir yerdə işləyərək Rəşadın atasının pulundan 13 min manat qaytardıq. 2015-ci ildə qrupdan ayrıldım və ayrıca fəaliyyət göstərməyə başladım. Lakin Rəşadın atası və özü bizdən pulun qalan hissəsini tələb etməyə davam etdi. Həmin vaxt Rəşadın atası pulunu dolların həmin dövrdə qalxmış məzənnəsi ilə tələb edirdi".

Zərərçəkmiş şəxs qeyd edib ki, 2016-cı ilin oktyabr ayında Rəşadın atası sonradan adlarının "Qara Çöplü" ləqəbi ilə tanınan Tahir, "Vaska" ləqəbli Vazeh, Gündüz, gürcüstanlı Ariz, Zabratlı İlqar, Talış İlqar və Emin kimi şəxsləri üstlərinə göndərib: "Həmin şəxslərlə birinci dəfə Bakıxanov qəsəbəsində çayxanalardan birində, ikinci və üçüncü dəfə Tahir adlı şəxsin yaşadığı Zabrat qəsəbəsindəki evində, dördüncü dəfə isə Nəsimi rayon Polis İdarəsinin yaxınlığında "PUB"lardan birində görüşdük. Tahir bildirdi ki, Rəşadın atası borcunu almağı onlara həvələ edib. Tahir Rəşadın atasının obyektinin satışından əldə olunmuş 55 min dolların qaytarılmasının zəruri olduğunu bildirdi. Özünü ədalətli şəxs kimi göstərmək üçün həmin pulun hansı formada alınmasını Rəşaddan soruşdu. Rəşad bildirdi ki, obyektin satılması müqabilində 36 min manat və 13 min dollar alınıb. Bundan sonra Tahir həmin pulları üç nəfərin arasında böldü. Hərənin payına 12 min manat və 4 min dollar düşdüyünü təyin etdi. O, həmin pulların qısa zamanda ona çatıdırılmasını tələb edərək, bizdən nə edəcəyimizi soruşdu. Həmin görüşdə Ramil ilə birlikdə 13 min manatı birgə çalışdığımız dövrdə Rəşada qaytardığımızı dedik. Qalan pulun əvəzində "Mercedes Benz S-klass" markalı maşınımı verə biləcəyimi dedim. Avtomobilə baxış keçirərək 10 min manatla əvəzlədilər. Ramilə isə fikirləşməsi üçün vaxt verdilər".

Musiqiçinin istintaqa ifadəsində qeyd edib ki, onlara hələlik Ramil ilə birlikdə hərəsinə 500 dollar verməyi təklif ediblər: "Bir neçə gündən sonra Tahir zəng edib və görüşmələri üçün evinə dəvət edib. Ramil və Famil ilə birlikdə Tahirin evinə getdik. Orada Tahirin dostları da var idi. "Həmin vaxt avtomobilimin açarlarını və sənədlərini Tahirə verdim. Ramil isə pulunun olmadığını söylədi. Tahir isə Ramilə bir ay vaxt verdi və 4 min dolları ona çatdırmasını tələb etdi. 2015-ci ilin yanvarın 1-də Tahirin adından mənə Emin adlı dostum zəng vurdu. Emin Ramil ilə hərəmizə 100 manat verməyimizi tələb etdi. Mən isə pul verməkdən imtina etdim. Yanvarın 5-də isə Tahirin özü zəng vurdu. O, Ramildən şikayətləndi. Bildirdi ki, vəd verdiyi pulu vaxtından çatdırmayıb, müxtəlif yerlərdə görüş təyin etsə də, həmin görüş yerlərinə gəlməyib. Məndən Ramillə əlaqə saxlamağımı tələb etdi. Ramillə əlaqə saxladım, ondan nə baş verdiyini soruşdum. Ramil həyəcanlı şəkildə bildirdi ki, Tahir və dostları ona təzyiq göstərir, hədə-qorxu gəlir, təcili olaraq borclu olduğu pulu qaytarmasını bildirirlər. Sonradan eşitdim ki, Tahir və dostları gecə saatlarında Ramilin evinə gedib, buna görə də Ramil onlardan polisə şikayət edib".

Proses mayın 25-də davam edəcək.

Qeyd edək ki, Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov, Ariz Məmmədov və Əfsun Quliyev külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədi ilə əlbir olublar.

Onlar qrup halında özlərini cinayətkar aləmin nüfuzlu nümayəndələri Lotu Qulinin qardaşı Lotu Namiqin adamları kimi təqdim ediblər.
Dəstə üzvləri hər yerdə cinayətkar aləmlə sıx əlaqədə olduqlarını deyib, gəzdirdikləri silahlarla hədə-qorxu gəliblər, 2016-cı ilin oktyabr ayından 2017-ci ilin yanvar ayının 6-dək olan müddətdə "Şeron" qrupunun sabiq üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədovla Ramin Qasımovun hər birindən 12 min manat və 4 min ABŞ dolları məbləğində pul tələb ediblər, həmçinin müğənnilərə vaxt veriblər.
Dəstə üzvləri qoyduqları vaxtın artırılması üçün Lotu Namiqdən icazə almaq adı ilə 2016-cı ilin oktyabr ayının əvvəllərində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində İntizar Məmmədovla Ramin Qasımovun hər birindən 500 dollar olmaqla ümumilikdə 1000 dolları alıblar. Onlar bir qədər sonra isə İntizar Məmmədova məxsus "Mercedes Benz S-klas" markalı avtomobilini əlindən alaraq, verəcəyi pulun 10 min manatı ilə əvəzləşdiriblər.
Bundan başqa, Əfsun Quliyev və digərləri 2016-cı il noyabr ayının 30-da saat 23:30 radələrində Nəsimi rayonu ərazisindəki kafelərin birində Ramin Qasımovdan 4 min dollar alıblar. Bu il yanvar ayının 6-da isə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən "Ankara" şadlıq evinin yaxınlığındakı kafedə Ramin Qasımovdan qalan 12 min manat pulu istəyərkən Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.
İstintaq dövründə Binəqədi Rayon Prokurorluğunda Əfsun Quliyevin cinayət işinə xitam verilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
Əfsun Quliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Nəsimi rayon İdarəsində mülki mühafizəçi vəzifəsində çalışıb.

Mənbə: lent.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 5968   Tarix: 22 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun sədrliy

16 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində bacısını döyməkdə təqsirləndirilən Qamət Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətində

23 aprel
.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

Arvadını, qaynını, iki bacanağını avtomatla Bakıda qətl edən məşhur professor HƏBSXANADA DANIŞDI- VİDEO

Oruc Rəhimov 1960-cı ildə Şərur rayonunun Naxta kəndində anadan olub. 3 övlad atasıdır. Ali təhsillidir, Azərbaycan Texniki Universitetini bitirib. Bir müddət həmin ali məktəbdə müəllimlik edib, texnika üzrə fəlsəfə doktoru və professordur. 1992-ci ildə Milli Zadəgan Universitetini təsis edib və rektor

14 aprel
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

3 may
.

Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin gözətçisi, 200-ci il təvəllüdlü Mehdi Quluzadə həbs edilib. -ın əldə etdiyi məlumata görə, barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Mehdi bir neçə gün əvvə

29 aprel
.

Aytən Kərimovaya 7 il həbs istənildi

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. O, A.Kərimovanı

15 aprel
.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel