Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Fərid Namazovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra isə istintaq orqanı tərəfindən Nazim Bəydəmirli barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə yenidən ittiham irəli sürülüb.
Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 926 Tarix: 16 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Masazırda 2 qadın qətlə yetirildi - Adları məlum oldu - Yenilənib
Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfində
11 aprelSaleh Səmədov 200 min manat mənimsəyibmiş
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittihamı elan edib. İttihamda yazılıb ki, Saleh Səmədov cinayət baş verən dövrd
20 mayHamlet Musayevin qızı həbsdən azad edildi
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin yarım milyondan çox dələduzluqda ittiham edilən qızı həbsdən azad olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq qərar qəbul edilib. M.Musayeva 610 min manat pulunu ələ keçirdiyi Ü.Quliyev
20 mayAzərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Bolnisi rayonunda azərbaycanlı qadın övladını qətlə yetirib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu F.Əhmədova qayçı ilə zərbələr endirərək onu qətlə yetirib
2 iyunAğcabədidə əmioğulları qətlə yetirildi - Foto - Yenilənib
Ağcabədi rayonunda iki nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakinləri arasında yaranmış mübahisə sonradan qanlı insidentə çevrilib. Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdl
27 aprelAnasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin BƏZİ DETALLARI
67 yaşlı anasını yad kişilərlə yüngül həyat keçirməsini bəhanə edərək qətlə yetirən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-də Sabunçu rayonu, Ramana qəsəbəsi, "Gülçülük sovxozu" ərazisində baş verib
12 may