Azərbaycanda dərslərlə bağlı mühüm dəyişiklik

Azərbaycanda dərslərlə bağlı mühüm dəyişiklikTəhsil Nazirliyi tədris ilinin yenidən artırılmasını təklif edir.

Bu haqda nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, son günlərdə mediada və sosial şəbəkələrdə Azərbaycanda tədris ilinin 1 sentyabrda başlayıb 25 mayda bitməsi geniş müzakirə olunur. Halbuki, nazirlik dərs ilinin bir qədər də uzadılması haqda düşünür:

Nazirlik rəsmisi xatırladıb ki, iki il bundan əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul edib:

"Əsas məqsəd də dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi var idi- indi isə 34 olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq idi. Çünki çox oxuyan çox bilər. Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq daha 2 həftə çox öyrənmək istəyirik".

Qeyd edək ki, hazırda Azərbaycan dərs ili 15 sentyabrda başlayır, 15 iyunda başa çatır.

Xatırladaq ki, Milli Məclisin deputtaı Fazil Mustafa bir neçə gün öncə Azərbaycanda dərs ilinin qısaldılmaını – dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması təklifini irəli sürüb.
Deputat bildirib ki, 1 sentyabr – 25 may tarixləri müəllimə də, şagirdə də, valideynə də sərf edər, üstəlik tədrisin keyfiyyətinə də müsbət təsir göstərər.

"Əvvəllər sovet dövründə qəbul imtahanları avqust ayında qurtarırdı, tədris proqramı tələsik də olsa, sentyabrın 1-dən start götürürdü. İndi isə artıq iyul ayına imtahan qalmır, kifayət qədər tədris prosesinə hazırlıq vaxtı yaranır, niyə bu fürsəti qaçırırıq, doğrusu anlamaq olmur. İyun ayının ortalarına qədər tədrisin uzaldılmasının da ciddi əsaslandırılmasını görmürəm. Üstəlik də ölkənin paytaxtı Bakı şəhərində iyun ayında hələ bir neçə il Formula 1 yarışları keçiriləcək, əslində məktəblərin fəaliyyət göstərməsi bu mötəbər yarış üçün də müəyyən çətinliklər yaradır. Hamı məcburdur bu ərəfədə uşağını məktəbə aparsın, tıxac və başqa problemlər qarşıya çıxır. İyun ayında heç effektli dərs də keçirilmir, həm müəllimlər, həm şagirdlər, həm də valideynlər yay müddəti üçün işlərini normal planlaşdıra bilmirlər".

Mənbə:modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 19619   Tarix: 01 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hazırda paytaxtda sıxlıq olan yolların SİYAHISI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Aeroport şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində;. 2. Ziya Bünyadov prospekti, Bakı Olimpiy

2 may
.

"Qaçqınkom"da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişiklik edilib. Bunu -ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi İbrahim Mirzəyev deyib. O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentini

2 may
.

Bazarda min bir dərdin dərmanı olan yabanı bitkilərin QİYMƏTİ - VİDEO

Yolotu, qazayağı, gicitkən, cincilim, çiriş, dombalan, qulançar, boyana, əməköməci. Say, say bitmir. Bütün bunlar yaz mövsümündə yabanı halda bitən, sonra bazarların piştaxtalarına yol açan min dərdin dərmanı olan bitkilərdir. Hansı ki, bir çoxlarının onlardan xəbəri belə yoxdur. Baku TV-nin əməkdaş

2 may
.

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dövlət Ehtiyatlar Agentliyi "Karat Holdinq" şirkəti ilə 719.328 manatlıq satınalma müqaviləsi imzalayıb. Qaynarinfo xəbər verir ki, müqavilə ərzaqlıq buğdanın saxlanma xidmətinin satın alınması ilə bağlıdır. "Karat Holdinq" MMC 14 mart 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapital

2 may
.

Sabiq icra başçısına məxsus olduğu bildirilən klinika cərimələnir

"Vimay-med" MMC-yə inzibati protokol tərtib edilib. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fizik

2 may
.

Sumqayıtda 15 yaşlı qız itkin düşüb

Sumqayıtda 15 yaşlı qız itkin düşüb. "Report" xəbər verir ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Aylin Müşviq qızı Hüseynova Kimyaçılar qəsəbəsində yaşadığı evdən çıxıb gedib və geri qayıtmayıb. Faktla bağlı polisə məlumat verilib

2 may
.

Tavuşdakı aksiyalara Azərbaycan polisi müdaxilə edə bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsinə aparılıb. Bildiyimi

2 may
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiyi "Vaksinasiyay

2 may
.

Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, mayın 3-ü axşamdan 4-ü səhərədək bəzi yerlərdə yağı

2 may