Təcili! Ermənilərlə bağlı ŞOK DETAL - Sən demə Şuşada...

Bu gün yerli mətbuatda Ermənistanın Şuşada aeroport açması barədə xəbərlər yayılıb.

Məlumatda deyilir ki, "Yell Extreme Park" layihəsi Dağlıq Qarabağ ərazisində iki yerlik təyyarələrdə turist uçuşlarına başlayıb. Bu barədə "Yell Extreme Park"ın rəhbəri Tiqran Çibuxçyan bildirib. İlk uçuşlar keçən həftədən Xankəndi və Şuşa arasında təşkil edilir. 20-25 dəqiqə çəkənk uçuşlar üçün şirkət 35 min dram, yəni 72,4 dollar tələb edir. Tiqran Çibuxçyan layihəyə 35 min dollar vəsait yatırıldığını bildirir.

Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib:
"Artıq neçənci dəfədir ki, bizim mətbuat düşmənin dezinformasiyasını həqiqət kimi qəbul edib, bir qədər cəmiyyətdə çaşqınlıq yaradır. Axı, biz gözəl bilirik ki, ermənilər Şuşada bu günə kimi aeroport açmaq üçün heç cəhd də etməyiblər və edə də bilməzdilər. Onların istifadə etdikləri təkmotorlu o balaca təyyarələri onlar onsuz da nəzarətsiz ərazilərdə adi asfalt yolardan, ya düzənliklərdən istifadə etməklə havaya dəfələrlə qaldırıblar. Özü də, özlərini reklam etmək üçün, hansısa qondarma qurumu təqdim etməkdən ötəri onlar vaxtaşırı videogörüntülər də çəkərək sosial mediada yerləşdirilər. Ancaq, aeroport anlayışı tamam başqa məna daşıyır. Hesab edirəm ki, onlar o qədər ağıllarını itirməyiblər ki, Şuşa kimi bir şəhərdə bu cür avantyüraya qol qoysunlar. Biz, bir qrup jurnalistlər bir müddət bundan öncə ATƏT xətti ilə İrəvana və Şuşaya, Laçına və digər ərazilərə səfərə gedəndə də, söhbətlərimiz zamanı həm yerli ermənilərdən, həm də bir vaxtlar Azərbaycandan köçüb gedənlərdən o fikri eşidirdik ki, onlar tam əmindirlər ki, gec-tez azərbaycanlılar bu yerlərə qayıdacaqlar və öz ərazilərinə sahib olacaqlar. Ona görə də, sosial medianın verdiyi imkanlardan istifadə edib, geninə-boluna hər xəbərə sərt reaksiya verən dostlarımızdan yeganə xahişim budur ki, bir qədər emosiyalarımıza sahib çıxaq. Erməni tərəfinin şişirdilmiş xəbərlərinə dərhal inanmayaq. Sözsüz ki, bu ermənilərin çoxdankı arzularıdır ki, bizim ruhumuzu qırsınlar, bizi bədbin kökə salsınlar. Və bu cür qeyri-ciddi xəbərləri ilə onlar bəzən öz çirkin niyyətlərinə qismən də olsa çatmış olurlar. Şuşada ermənilərin heç bir aeroportu olmayıb və yoxdur. Heç bundan sonra ola da bilməz. Əksini sübut edən varsa, buyursun".

Ekspert bildirib ki, düşmənlərimiz son vaxtlar öz havadarlarının aktiv köməkliyi sayəsində çox güclü informasiya müharibəsinə başlıyıblar. Ona görə də bu məsələdə diqqətli olmaq lazımdır.
Təcili! Ermənilərlə bağlı ŞOK DETAL - Sən demə Şuşada...Təcili! Ermənilərlə bağlı ŞOK DETAL - Sən demə Şuşada...Mənbə: A24.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3184   Tarix: 25 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident: "Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub"

"Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusund

1 may
.

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Məsələ səsverməyə çıxarılıb və Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib. Qeyd edək ki, Prezident İlha

2 may
.

İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanaraq, bu tədbirin dünya səviyyəsində dinlər və mədəniyyətləraras

1 may
.

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə şamil olunacaq

Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 300-ə yaxın şəxsə şamil olunacaq. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarını

2 may
.

Prezident Almaniyadan belə yola salındı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri aprelin 26-da başa çatıb. "Qafqazinfo" Prezidentin Almaniyadan yola salınma görüntülərini təqdim edir:

27 aprel
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

1 may
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

1 may
.

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26 aprel