Azərbaycanda ŞOK OLAY: 4-cü kurs tələbəsi ona oxşayan qardaşların əvəzinə 2 dəfə imtahan verib instituta girdi !

Azərbaycanda ŞOK OLAY: 4-cü kurs tələbəsi ona oxşayan qardaşların əvəzinə 2 dəfə imtahan verib instituta girdi !Azərbaycanda IV kurs tələbəsi 2 abituriyentin əvəzinə qəbul imtahanında iştirak edib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Az.TV-də yayımlanan "Günün nəbzi" proqramında bildirib ki, bəzi valideynlər övladlarının qəbul imtahanlarında yüksək nəticə göstərməsi üçün müəyyən yollar axtarırlar. Onun sözlərinə görə, bu il keçirilən qəbul imtahanlarında IV kurs tələbəsinin abituriyentin əvəzinə imtahan vermək istədiyini aşkarlanıb.
M.Abbaszadə qeyd edib ki, həmin şəxsin ötən il bu il əvəzinə imtahan verdiyi abituriyentin kiçik qardaşının da əvəzinə imtahan verdiyi müəyyən edilib: "Valideyn həmin tələbəni bu il də taparaq digər övladının əvəzinə qəbul imtahanına göndərib. Həmin şəxs bu valideynin övladlarına üzdən çox oxşayır. İkinci dəfə qəbul imtahanında artıq bu şəxs tutulub və onun kimliyi müəyyən olunub. IV kurs tələbəsi ali məktəbdən xaric olunacaq, ötən il əvəzinə qəbul imtahanı verərək ali məktəbə qəbul olan şəxs barəsində də müvafiq tədbirlər görüləcək".
Direktorlar Şurasının sədri əlavə edib ki, belə halları aradan qaldırmaq üçün ilk növbədə valideynlər bu məsələlər məsuliyyətli yanaşmalıdırlar: "İmtahana gedən abituriyentə ailə üzvləri yalnız bir sual verməlidirlər – "Lazım olan sənədləri götürmüsənmi?".
M.Abbaszadə qeyd edib ki, bəzən abituriyentlər lazımi sənədləri evdə qoyur, telefonu isə imtahana keçirməyə çalışırlar: "Belə hallarda onların imtahan nəticələri pis olacaq. Bizə müəyyən iradlar tuturlar ki, buraxılış rejimi çətin keçir, imtahandan 2 saat öncə binalara çağırırsınız. İmtahana gələnlər bədənlərində nəsə gizlətməyə, imtahana keçirməyə cəhd etməsə, hamı qanun-qaydaya riayət etsə, buraxılış rejimini çox sakit və qısa müddətdə keçirmək mümkün olar. Amma araşdırmalar hamıya təsir edir və buraxılış rejimində müəyyən çətinliklər yaradır. Bir daha hamıdan xahiş edirəm ki, imtahan gələndə yalnız öz biliklərinə güvənsinlər. Onları əmin edirəm ki, belə olduğu halda bilik səviyyələri düzgün qiymətləndiriləcək və layiq olduqları nəticə elan olunacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 9108   Tarix: 26 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı

Qax şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Obyekt sahibi içərisində pul, bank kartları və sənədlər olan pulqabısının oğurlanması barədə polisə məlumat verib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon polis şöbəsini

4 may
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28 aprel
.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğın yanğında

28 aprel
.

9 maşının əzildiyi qəza anı - Video

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ötən gecə Nəsimi rayonu Rəşid Behbudov küçəsində baş vermis ağır qəzanın görüntülərini yayıb. "Qafqazinfo" xəbər verir ki, görüntülərdən sürət yarışına çıxmış avtomobillərin idarəetmədən çıxaraq qəza törətdiyi və ümumilikdə 9 maşına ciddi ziya

30 aprel
.

Bakıda alışan TIR-da 212 ədəd paltaryuyan və qabyuyan yanıb FHN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -in sorğusuna cavab olaraq bildirilib. "Yaxınlıqda dayanan "Scania" markalı yük avtomobilini

1 may
.

Türkiyə ordusunun hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqın şimalında şəhid olub. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, ötən gün 'Pəncə-Kilid" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərb

5 may
.

Kəlbəcərdə yük maşını aşıb, sürücü ölüb

Kəlbəcərdə yük maşını aşıb. xəbər verir ki, hadisə rayonun Qamışlı kəndi ərazisində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşı 1989-cu il təvəllüdlü Uysal Emrah hadisə yerində ölüb. Hadisə yerinə Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır

1 may
.

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT + YENİLƏNİB/FOTO

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatlar məlum olub. -ın əldə etdiyi məlumata əsasən hadisə otla

4 may
.

Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Türkiyənin Kütahya şəhərinin Çavdarhisar rayonunda avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Yaralı Kütahya Şəhər Xəstəxanasına çatdırılıb. Nəqliyyat vasitəsindəkilərin mərmər zavodunu

5 may