Ermənistandan ŞOK ETİRAF: Biz işğalçıyıq, Rusiyanın tələbi…

Ermənistandan ŞOK ETİRAF: Biz işğalçıyıq, Rusiyanın tələbi…Qarabağdakı status-kvo hər keçən gün Ermənistanın danışıqlardakı mövqeyini zəiflədir.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan diplomatı Arman Məlikyan söyləyib.

"Qarabağın statusu məsələsi hələ də havadan asılı vəziyyətdədir. Əgər əvvəllər danışıqlar "ərazilər status qarşılığında" aparılırdısa, indi "ərazilər situasiyanın yaxşılaşdırılması qarşılığında"dır. 1993-cü ildə Ermənistan rəsmən Qarabağ konfliktinin iştirakçısı kimi tanınıb, nəticədə isə konflikt beynəlxalq səviyyəyə çıxıb. Azərbaycan Ermənistanı aqressor ölkə elan edib, Qarabağ rejimi isə danışıqlardan kənarlaşdırılıb. Problem Azərbaycan və Ermənistan konflikti kimi, Ermənistanın Azərbaycan ərazilərinin işğalı və heç bir şərt olmadan geri qaytarılması kimi qəbul olunub. Biz "danışıqlarla torpaqları verək, əvəzində Qarabağın özünü idarəetməsinin tanınmasını qazanaq" fəlsəfəsində əl çəkməsək, həm torpaqları itirəcəyik, həm də tanınmanı əldə edə bilməyəcəyik.

ATƏT-in Minsk Qrupunun həmsədrləri həll perspektivindən tez-tez danışırlar və deyirlər ki, onlar Madrid ssenarisi, yəni Ermənistanın işğal edilmiş torpaqları geri qaytarması ilə razıdırlar. Regionda kifayət qədər əlaqələri, təsiri və rıçaqları olan ölkə Rusiyadır. ABŞ torpaqların geri qaytarılması məsələsinə müdaxilə etməməlidir. Əgər torpaqların qaytarılması Rusiya tərəfindən təşkil edilsə, o zaman Rusiyanın Ermənistanda təsiri kifayət qədər zəifləyəcək. Onlar Ermənistanı itirməmək üçün bunu səbirlə gözləyə bilərlər. Aprel müharibəsi, yəqin ki, bu istiqamətdə addımların atılması üçün hazırlıq idi. O, çoxlarına düşünməyə imkan verdi. Bu gün ərazilərdə güzəşt gedilməsi məsələsinin Rusiya tərəfindən ciddi şəkildə qoyulması faktdır və bunun haqqında düşünməyə və nəticələrini başa düşməyə dəyər", – deyə o bildirib.

Mənbə: axar.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2547   Tarix: 26 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

29 aprel
.

İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, ölkəmizi

6 may
.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26 aprel
.

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, erməni zabit A.Ç. və gizir F.B. 12 sıravi müqaviləli hərbçiyə etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb

27 aprel
.

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə şamil olunacaq

Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 300-ə yaxın şəxsə şamil olunacaq. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarını

2 may
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

4 may
.

Prezident: "Ölkəmizdəki müxtəlif etnik qrup və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır"

"Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlaya

1 may
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel