Kreml yeni müharibəyə nə vaxt başlayacaq? - Qələbə strategiyasına KEÇİD

Kreml yeni müharibəyə nə vaxt başlayacaq? - Qələbə strategiyasına KEÇİDABŞ Müdafiə Nazirliyininin (Pentaqon) Hərbi kəşfiyyat Agentliyinin direktorunun mayın 23-də açıqlanan məruzəsində qeyd edilir ki, 2018-ci ildə Minsk razılaşmaları yerinə yetirilməyəcək. Bildirilir ki, Rusiya Donbasda destabilizasiyadan imtina etməyəcək. Rusiya prezidenti Vladimir Putin və onun ətrafının Ukraynanın şərqində hansı hədəfləri var?
Rusiya politoloqu Dmitri Oreşkin Ukraynanın "Apostrof" nəşrinə bu hədəflərdən danışıb.
Politoloq qeyd edir ki, Qərb Putinin Ukraynada müharibəyə girməyəcəyini anlayır: "O artıq Donbasda 2014-cü ildə olduğu kimi real müharibə edə bilmir. Amma "hibrid müharibə" aparmağa, ora təlimatçıları göndərməyə məcburdur. Bunun üçün "DXR" və "LXR"dən istifadə olunur. Donbasda gərginliyi, ideoloji diversiyaları, partlayışları və ölümləri dəstəkləmək lazım olur. Qərbdə anladılar ki, Putinlə ümumi sivilizasiya tipinə aid olan insanla ünsiyyət çərçivəsində danışıqlar aparmaq lazım deyil. Onunla danışmaq mənasızdır, ona birbaşa maddi faktlarla təsir etmək lazımdır. Bu ölçülər çox effektivdir, sanksiyalar təsirlidir. Putin uduzacaq. O indiyə qədər Donetski birləşdirmədi, bilir ki, yeni sanksiyalar növbəti addım olacaq".
Dmitri Oreşkinin sözlərinə görə, Ukraynada Qərbin Rusiyaya qarşı ölçülərini çox zəif hesab edirlər. Amma politoloq SSRİ-nin dağılmasını xatırladır.
"Əslində, məhz belə ölçülər Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Ronald Reyqanın kommunizm üzərində qələbə strategiyası Putin üzərində qələbə strategiyasına keçdi. Onu "Böyük səkkizlik"dən tulladılar, ümumi daxili məhsulun həcmi artıq Cənubi Koreyadan da aşağıdır. Ölkə dalandadır, Putin təcrid edilib. Onun hərəkət etmək imkanları yoxdur, nəticələr çox ağır olacaq. Putin Avropada növbəti dəfə uduzdu. Avropa İttifaqını parçalamaq, Fransa və Almaniyanın arasını vurmaq, Marin Le Penin prezident seçilməsinə nail olmaq cəhdləri müvəffəqiyyətlə nəticələnmədi. Qərb Ukraynanın tərəfindədir, hərçənd Kiyev də özünü narazı aparır. Anlamaq lazımdır ki, Putində praktik planda heç nə yoxdur. Onda iqtisadi, demoqrafik və texnologiya resursu yoxdur".
Politoloq Rusiya və Şimali Koreya arasında müqayisə aparıb: "Şimali Koreyada yeməyə heç nə yoxdur, amma bütün xalq rəhbərin ətrafındadır və atom zərbəsinə cavabı hazırlayırlar. Rusiyada da vəziyyət eynidir, amma daha yumşaq formada: bütün vasitələrin üçdə birinə qədəri hərbi proqramlara gedir, təhsil və tibbi xərclər azalır, həyat standartları pisləşir. Amma bu Putinə təsir etmir, onun obrazı gündəlik çətinliklərdən uzaqdır, o, Amerika imperializmi ilə vuruşur. Buna görə də müharibə hissini dəstəkləmək Putin üçün sərfəlidir. Amma o anlayır ki, real müharibənin aparılması üçün resurslar lazımdır, amma onlar yoxdur. Ona real müharibə deyil, hibrid müharibə lazımdır. Əhali gərgin vəziyyətdə yaşasın, müqəddəs ideallar naminə ölməyə hazır olsun, xarici təhdidi daim hiss etsin. Əhali anlamalıdır ki, onlar Putinsiz sağ qalmayacaq".
Dmitri Oreşkin bildirir ki, Rusiyada vəziyyəti başa düşən insanlar olsa da, onu dəyişmək üçün alətlər olmadığı üçün ölkəni tərk edirlər.
Politoloqun sözlərinə görə, növbəti ildə Putinə vətənpərvərlik ritorikasını artırmaq lazım olacaq: "Çünki, gündəlikdə heç bir nailiyyət yoxdur. Prezident seçkilərində öz statusunun saxlanılması üçün neqativ stimulyasiyadan istifadə etmək lazım olacaq: bu qorxudur. Deməli, danışmaq lazım olacaq ki, Putinsiz bizi məhv edəcəklər: NATO gələcək və bizi tapdalayacaq. İnsanlara sübutları vermək lazımdır. Buna görə də növbəti il Ukrayna tərəfindən hücum kimi görünən kəskinləşməni gözləmək lazımdır. Məntiq belə olacaq: biz rusiyalılar cavab verməyə və Putinin ətrafında birləşməyə məcburuq. Düşünürəm ki, Putinin strateqləri Ukrayna tərəfindən genişmiqyaslı hərəkətləri təhrik etməyə hazırdır. Putin Ukraynanı Donbasda irəliləyişə dəvət edəcək. Bu, Ukraynada torpaqlar üzərində nəzarətin bərpası, Rusiyada isə təcavüz kimi qəbul ediləcək. Bu xalqın qarşısında çıxış etməyə imkan verəcək ki, "faşist" rejimi Donbasda Rusiyanın qardaşlarını məhv edir. Ümid edirəm ki, Ukraynada siyasi sinif bunu anlayır. Anlamaq lazımdır ki, Donbasda irəliləmək arzusu Putinə kömək ola, ona dəstəyin səviyyəsini artıra bilər".

Mənbə:publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4770   Tarix: 27 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

29 aprel
.

Rəsmi Bakıdan sərt AÇIQLAMA: "Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik"

29 aprel 2024-cü il tarixində Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik". xəbər verir ki

30 aprel
.

Konsulun vəzifələri artırıldı - FƏRMAN

Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbayca

29 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

2 may
.

Prezident bir qrup rektoru təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup rektor "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib. xəbər verir ki, təltif olunanlar sırasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, UNEC-in rektoru professor Ədalə

1 may
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

1 may
.

TÜRKSOY-un Baş katibi: Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir

Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir. "Report"un Ankara Bürosu xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını ziyarət edərkən deyib. Onun sözlərinə görə, şair bütün Türk dünyasının birlik rəmzidir

5 may