Prezidentdən mühüm məktub!

Prezidentdən mühüm məktub!Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş "Bakı Ürək Günləri" 5-ci Beynəlxalq Konqresin iştirakçılarına təbrik məktubu göndərib.

Məktubu konqresin açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.

Məktubda deyilir: "Hörmətli konfrans iştirakçıları! Sizi - Azərbaycan kardioloqlarını və müxtəlif ölkələrdən Bakıya gəlmiş alimləri səmimi qəlbdən salamlayır, hər birinizə insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə nailiyyətlər arzulayıram. "Bakı Ürək Günləri" Beynəlxalq Konqresinin təşkilinin artıq ənənəvi şəkil alması onun kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafı sahəsində nüfuz qazandığını göstərir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş konqresin işində dünyanın müxtəlif mötəbər tibb müəssisələrinin, o cümlədən Amerika Birləşmiş Ştatlarının Klivlend klinikasının, Almaniyanın Berlin Ürək Mərkəzinin, Türkiyə, Rusiya, İsveçrə, Avstriya və digər ölkələrin tibb müəssisələrini təmsil edən 400-ə yaxın kardioloq, alim və cərrahın iştirakı təqdirəlayiqdir. Yaxşı məlumdur ki, kardioloji xəstəliklər müasir dövrdə insanların ən çox məruz qaldığı xəstəliklərdəndir.

Dünyanın nüfuzlu kardioloji mərkəzlərində aparılan ən çətin əməliyyatların hazırda ölkəmizdə yeni nəsil kardioloqların fəaliyyəti sayəsində uğurla həyata keçirilməsi fərəh doğurur. Beynəlxalq təcrübədən qarşılıqlı sürətdə lazımınca faydalanmaqla kardiologiyanın aktual problemlərinin həllinə yönəlmiş birgə səylərinizin gözəl bəhrə verəcəyinə inanıram. Sevindirici haldır ki, Azərbaycan səhiyyəsinin bugünkü vəziyyəti təbabətin sürətlə inkişaf edən sahələrindən biri kimi kardiologiya elminin ən son nailiyyətlərinin tətbiqinə, ürək xəstəliklərinin müasir terapevtik və cərrahi üsullarla müalicəsinin təmin olunmasına əlverişli şərait yaradır. Ölkəmizdə gerçəkləşdirən bir çox tədbirlər, xüsusilə əhalinin müntəzəm dispanserzasiyası, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin geniş vüsət alması kardioloji xəstəliklərin profilaktikasına xidmət edir.

Builki konqresin böyük müvəffəqiyyətlə başa çatmış IV İslam Həmrəyliyi Oyunlarının ardınca keçirilməsi idman və təbabət arasında bağlılıq baxımından rəmzi məna daşıyır. Son illər Azərbaycanda mütəmadi təşkil olunan beynəlxalq səviyyəli mötəbər tədbirlər müxtəlif ölkələrdən gələn qonaqlara dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş Bakı ilə, xalqımızın mədəniyyət, elm və iqtisadiyyatda nail olduğu parlaq nəticələrlə tanışlıq imkanı yaradıb. Əminəm ki, siz də doğma vətəninizə xalqımızın və şəhərimizin haqqında aldığınız xoş təəssüratla dönəcəksiniz. Ümidvaram ki, yüksək elmi və elmi-təcrübi əhəmiyyətə malik bu konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək və tibb elminin inkişafına böyük töhfəsini verəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3927   Tarix: 27 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021