"Biz evlənəndə həyat yoldaşım..." - Ədalət Şükürov xanımından görün nələr danışdı

"Biz evlənəndə həyat yoldaşım..." - Ədalət Şükürov xanımından görün nələr danışdı"Biz evlənəndə həyat yoldaşım sadə Ədalətə ərə gəldi. Bir otaqlı evim vardı. Həyat yoldaşım uzun illər bankda işləyirdi, ali savadlı xanım idi. Sonra Sank-Peterburqa köçdük, məni rejissor işləməyə göndərmişdilər, yataqxanada yaşayırdıq".

Bunu Space telekanalında Elnarə Xəlilovanın təqdimatında efirə gedən "Xanımlar və cənablar" proqramında əməkdar artist Ədalət Şükürov deyib. Ailə qurmağından danışan müğənni çətin günlər keçirdiklərini etiraf edib. Lakin o, həyat yoldaşının hər zaman ona dəstək olduğunu deyib: "Biz evlənəndə mənim heç nəyim yox idi. Heç həyat yoldaşım bilmirdi ki, mən müğənni olub populyarlaşacam. Sadəcə bir məsələ var, əgər görürsənsə, həyat yoldaşın çayı soyuq içə bilmir, vermə, nəsə xoşuma gəlmir, bunu etmə. Həyat yoldaşım məni qısqanırsa, mən də ona heç vaxt qısqanmağa səbəb vermərəm. Deyəndə ki, qızı varlı oğlana ver, bu, mənə çatmır. Müdrik xanım odur ki, susur, başa düşür və ailəsi üçün hər şey edir. Olar ki, kişi ömür boyu işləyir, pul qazanıb evə gətirir, arvad biş-düş edib övladlarını böyüdür. Ya da kişi evdə oturur, xanım gedib pul qazanır. Biz müğənnilərin bir çoxunun arvadı işləyir. Hər kişinin işi ola bilməz. Əgər sənin xanımın işləyirsə, ona dəstək olmalısan, çantasını daşımalısan, maşını sürməlisən. Bu, ailəni bərkidir və büdcə evdə qalır".

Ə. Şükürov sənət adamlarının boşanmalarından da bəhs edib. Bir çox ailədə ayrılmaların olduğunu xatırladan müğənni bildirib ki, sadəcə olaraq müğənnilər göz önündə olduğu üçün onların həyatı hər kəsə maraqlıdır: "Bir çox sənət dostlarımın yaxşı ailəsi var. Bu, normaldır. Sadəcə digər insanlardan fərqimiz ondadır ki, bizi tez-tez efirdə göstərirlər və biz maraqlıyıq. Həkimlər, müəllimlər və başqa sənət sahibləri bizim qədər efirə çıxmır. Hər bir insan xoşbəxt olmaq istəyir. Hər kəs istəyir ki, bir dəfə evlənsin və bir ailəsi olsun. Qadın və kişi fərqlidir - həm fizioloji baxımdan, həm də düşüncə və fikirlərdə. Bəziləri deyir ki, həyat yoldaşımla bir-birimizi çox yaxşı başa düşürük, mən buna inanmıram. Ailədə gərək bir-birinə hörmət edəsən".

"Xanımlar və cənablar" proqramın digər qonaqları olan əməkdar artistlər Əjdər Həmidov, müğənni Mənzurə Musayeva, psixoloq Zarina Əliyeva ailənin qorunmasından danışıblar.

Qeyd edək ki, Elnarə Xəlilovanın təqdimatında efirə gedən "Xanımlar və cənablar" proqramı həftə içi 5 gün saat 17:30-dan etibarən iki saat olmaqla Space telekanalında yayımlanır. Proqramın informasiya dəstəyi Lent.az və Ailem.az saytlarına məxsusdur.

mənbə: ailem.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 9177   Tarix: 28 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" - VİDEO

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdən birind

4 may
.

Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi

Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı həkimi yenidən məhkəməyə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasınd

28 aprel
.

Mələkxanım Eyubovanın yeni DƏBDƏBƏLİ VİLLASI - VİDEO

Xalq artisti Mələkxanım Eyubova dəbdəbəli villasını efirdə nümayiş etdirib. axşam.az-a istinadən bildirir ki, sənətçinin Şağanda yerləşən yeni evində "Evdəkilərə salam" proqramı çəkiliş edib. Həmin görüntüləri təqdim edirik:

28 aprel
.

Ədalət Şükürovun qızının toyundan özəl görüntülər

Əməkdar artist Ədalət Şükürovun qızı Jalə ötən gün Ənvər adlı bəylə ailə qurub. OLAY yazır ki, sənətçinin övladının toyunda bir çox sənət nümayəndəsi iştirak edib. Məclisdən özəl görüntüləri təqdim edirik:

6 may
.

Nazilə Səfərlinin görün neçə yaşı var imiş - FOTO

Şairə Nazilə Səfərli ailəsi ilə bağlı paylaşım edib. O, qardaş-bacılarının və valideynlərinin yer aldığı fotoya bu sözləri yazıb:. "Mənim ailəm. Atam 1957, anam 1959, mən 1979, qardaşım isə 1989-cu ildəndir. Mənimlə qardaşım arasında 10 il var. 10 ilə bu 4 qızı sığdırıblar. Bu beşinci qız ümumiyyətl

5 may
.

Britni Spirs oteldə infarkt keçirib? - FOTO

Şəxsi həyatı ilə gündəmdən düşməyən məşhur müğənni Britni Spirsin qaldığı oteldə infarkt keçirdiyi bildirilib. xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi "Chateau Marmontda"kı otel otağına gələrək orada sevgilisi Pol Riçard Solizlə mübahisə edib. Həmin vaxt sənətçi infarkt keçirərək ayağında

4 may
.

Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi

29 aprel
.

Mehmet Ali Erbilin özündən 40 yaş kiçik sevgilisi ilə VİDEOsu gündəm oldu

Məşhur aparıcı və şoumen Mehmet Ali Erbilin özündən 40 yaş kiçik sevgilisi maraqlı açıqlama verib. xəbər verir ki, Gülseren Ceylanla məşhurla yenidən barışdığı üçün xoşbəxt olduğunu bildirib. 26 yaşlı gənc qız Mehmet Ali ilə birgə sosial hesabından açdığı canlı yayımda keçmiş sevgi münasibətlərində

4 may
.

"Nisə Qasımovaya halallıq vermirəm" - Ceyran Haşımova

"Xalq artisti adını daşıyan bir müğənni var ki, efirə çıxıb hər şeydən danışır, amma üzvü olduğu "Lalə" qızlar ansamblının adın çəkmir. Halbuki o, ilk addımlarını bu ansamblda atıb. Nankorluqlarını qəbul edirəm, halallıq vermirəm". Axşam.az xəbər verir ki, bunu Xalq artisti Ceyra

29 aprel