Azərbaycanda qandonduran hadisə! Anasının sevgilisi tərəfindən zorlanan uşağın dili tutuldu - FOTOLAR

Dünyada "körpə qığıltısından gözəl himn yoxdur", deyirdi Viktor Hüqo. Həqiqətən də bu həyatın uşaqlarsız nə ləzzəti? Övladsız ailə suyu sovrulmuş dəyirman kimidir. Amma elə ailələr də var ki, Tanrının bəxş etdiyi bu əvəzsiz payın qədrini bilmir, ona sahib çıxmırlar.

Uşaqlar var ki, ana nəvazişi, ata qayğısının nə olduğundan xəbərsizdirlər. Bu təzadlı dünyanın sakinləri olan o körpə fidanlar başqaları tərəfindən nə qədər qayğı ilə əhatələnsələr də, yenə də bir ana öpüşünə, ata sığalına ehtiyacları var.

Sonxeber.az bildirir ki, yenicag.az yolunu Azərbaycan Uşaqlar Birliyi nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzindən salıb. Burada ailə-məişət zəminində atılmış, valideynləri və qəyyumları tərəfindən imtina olunmuş, zorakılığın bütün növlərinə məruz qalan 31 uşaq böyüyür. 1-18 yaş arasında olan bu uşaqların hər birinin öz taleyi, öz alın yazısı var.

Birliyin sədr müavini, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli valideyn qayğısına möhtac olan körpə fidanları bura gətirən səbəblərdən danışdı.

Onun sözlərinə görə, buradakıların çoxu küçə uşaqlarıdır. Sığınacağın ana nəvazişindən, ata qayğısından illərlə uzaq düşən bu balaca sakinləri ilə dil tapmaq o qədər də asan olmur:

"Ailə tərbiyəsi görməyən, daim zorakılığa məruz qalan bu uşaqlar həddən artıq kaprizli olurlar. Onların çoxu əvvəl-əvvəl burdan qaçmağa, ya da intihara meyilli olurlar. Burda uşaqlar olub ki, biz 7 ay onunla danışa bilməmişik. Aylarla psixoloji yardımlar göstərdikdən sonra həmin uşaq elə dəhşətli həyat hekayəsini danışıb ki, şok olmuşuq. Təsəvvür edin, uşaq anasının məşuqu tərəfindən cinsi zorakılığa məruz qalıb. Elə uşaqlar olub ki, öz anasının gözü önündə zorlanıb, uşağın dili tutulub".

Otaqdakı müxtəlif əl işləri diqqətimizi çəkir. Birliyin sədr müavininin sözlərinə görə, bu əl işləri roman tayfasına məxsus 12 yaşlı qızın əl işləridir:
"Bu qızımızı metropoliten işçiləri tapıb gətirib. Bilirsiniz ki, roman tayfasına məxsus uşaqların reabilitasiyası çox çətindir. Çünki roman tayfaları uşaqlarına dilənməyi, pul qazanmağı ənənə kimi ötürür. Biz o uşağın qəyyumu olan nənəsini tapdıq, qız indi oxuyur, yazır, əl işləri var. Hətta roman tayfasına məxsus dildən istifadə etmir, qəyyumunu görmək belə istəmr. Oxumaq, ali təhsilli mütəxəssis olmaq arzusundadır".
Sığınacaqda olan bütün körpələr sanki bir mələyi xatırladır.

Təbəssümdolu baxışlarını bizdən ayırmayan bu yaraşıqlı qızın anası alkaqol düşkünüdür. Qızcığaz polis və yerli icra hakimiyyətinin nəzarəti altında sığınacağa yerləşdirilib. Dispanserə müalicəyə göndərilən ana, sonradan uşağını geri qaytarmaq üçün bu məkana üz utub. Amma uşağını nəinki geri alıb, hətta o biri övladı da anasından qurtulmaq üçün sığınacaqda qalmaq üçün yalvarıb. İndi hər iki bacı sərxoş anadan uzaqda - sakit məkanda öz uşaqlığını yaşayır
Sığınacaqda məskunlaşan analar da var. Onlar da həyat yoldaşları, doğmaları tərəfindən atılıb.

"Burda bir xanım var, bizə pənah gətirəndə atılmışdı, özü də hamiləydi. Həkimlər ona demişdi ki, uşağından imtina etməlisən, çünki xəstə doğulacaq. Hətta bu uşağı doğuracaq halda, öləcəyini də bildirmişdilər. Amma ana övladını seçmişdi. Qeyri-rəsmi nikahda yaşadığı əri də onu atıb"- deyən Vasif Akifli sığınacağa pənah gətirən ananın həyat hekayəsini qəhərlənərək danışır.
Onu da öyrəndik ki, burada böyüyən uşaqlar müxtəlif orta məktəblərdə təhsil alırlar. Sığınacaqdakı uşaqların çoxunun səsi ali məktəblərdən gəlir. Hətta İtaliyada təhsil alan tələbə də bu sığınacağın sakinlərindən olub. Tanınmış jurnalist xanımın da məhz bu sığınacaqda böyüdüyünü eşidincə də təsirləndik. Burda böyüyüb, ailə quran, öz ocağının işığını yandıran sakinlər də var.

Sonda onu da öyrənirik ki, gün ərzində sığınacağa xeyriyyəçilər, eləcə də tələbələr, müxtəlif insanlar gəlir. Onlar uşaqlarla əylənir, vaxt keçirir, ürəklərini şad edirlər.
... Sağollaşıb çıxmaq istəyirik. Uşaqlardan biri əlində ağ vərəqlə yaxınlaşıb, "mənə gül şəkli çəkə bilərsənmi?", deyir. Xətrinə dəymirəm. Amma bu xahiş çox maraqlı gəldi. Soruşmağa macal tapmadan onun səsini eşitdim: Anama verəcəm... Qəhərləndim. Sonrakı cümlədən sonra isə gözyaşlarımı saxlaya bilmədim: Mənə anamı gətir...
Azərbaycanda qandonduran hadisə! Anasının sevgilisi tərəfindən zorlanan uşağın dili tutuldu - FOTOLARAzərbaycanda qandonduran hadisə! Anasının sevgilisi tərəfindən zorlanan uşağın dili tutuldu - FOTOLARAzərbaycanda qandonduran hadisə! Anasının sevgilisi tərəfindən zorlanan uşağın dili tutuldu - FOTOLARAzərbaycanda qandonduran hadisə! Anasının sevgilisi tərəfindən zorlanan uşağın dili tutuldu - FOTOLARAzərbaycanda qandonduran hadisə! Anasının sevgilisi tərəfindən zorlanan uşağın dili tutuldu - FOTOLARAzərbaycanda qandonduran hadisə! Anasının sevgilisi tərəfindən zorlanan uşağın dili tutuldu - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3699   Tarix: 02 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral

11 sentyabr 2021
.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU

Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl

30 avqust 2021
.

Azərbaycanda ailə qətliamı: Nə baş verib? - TƏFƏRRÜAT

Azərbaycanda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb. "Xəzər TV"yə istinadən xəbər verir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həya

22 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı

Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm

29 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021