Diqqət/ Zəhərlənmələr zamanı bunları etməli - İLK YARDIM

Diqqət/ Zəhərlənmələr zamanı bunları etməli - İLK YARDIMHər hansı bir kimyəvi, üzvi və fiziki maddə orqanizmə daxil olduqdan sonra yerli və ümumi zədələnmə meydana gətirirsə, ölümə səbəb olursa, bu maddə zəhər, proses isə zəhərlənmə adlanır.

Əlamətlər: Yerli - sancılan, dişlənən, zəhərin təmas etdildiyi yerdə qızartı, şiş, ağrı,qaşınma meydana gəlir. Ümumi - Bədən hərarəti yüksəlir, bütün bədəndə qızartı,qaşıntı əmələ gəlməsi, tənəffüsün cətinləşməsi, nəbzin sürətli və səthi olması, baş ağrısı, qulalarda cingilti, halsızlıq, özündəngetmə, şüurun itməsi, şok və ölüm.

Zəhər bədənə qəsdən və qəza ilə daxil ola bilər. Zəhərin daxil olmasının 4 yolu var : Həzm, tənəffüs,dəri və qan yolu ilə…

HƏZM YOLU ZƏHƏRLƏNMƏLƏR…

Ağız yolu ilə alınan hər cür zəhərli təsiri olan maddələrlə meydana gəlir - boyat yeməklər,dərmanlar, alkoqollu içkilər, korroziv yandırıcı maddələr və ya allergik reaksiya törədən maddələr.

İlk yardım

Əgər zəhərin daxil olmasından hələ 30 dəqiqə keçməyibsə qusdurulur.Qusdurmaq üçün yardım edən öz barmağı ilə dil kökünün qıcıqlandıraraq zəhərlənəni qusdurur. İlıq su içirərək də (özü içməlidir) qusdurmaq olar.

DİQQƏT ! Turşu və ya qələvi (korroziv maddə), neft tərkibli maye içibsə və huşu aydın deyilsə qusdurulmaz !

Qusdurduqdan sonra və qusdurlmayacaq hallarda soyuq və ya ilıq su içirilir. Xəstəxanaya aparılır. Xüsusilə korroziv maddə içən insanları, xüsusilə xəstəxanaya çatdırmaq vacibdir.

Nə edəcəyinizi bilmədiyiniz hallarda təcili yardıma müraciət edin. Zəng vurmadan öncə bu bilikləri toplayın: Zəhərlənmə nə ilə meydana gəldi? Zəhərləyici maddənin qutusu və ya anatasiyasını yanınızda saxlayın. Qutuda, şüşədə hansı miqdarda maddə qalıb,əvvəl nə qədər idi, ətrafa saçılıbmı? Zəhərli maddə nə zaman qəbul olunub, hazırda xəstənin halı necədir?

QİDA ZƏHƏRLƏNMƏLƏRİ…

Bakteriya və onların toksinləri ilə törənən zəhərlənmələridir. Mədə bulantısı, qusma, kramp şəklində qarın ağrısı və ishal ilə müşahidə olunur.

Salmonella

Bakteriya ilə kontaminasiya olunmuş ət, süd, yumurta ilə zəhərlənmə baş verir. Yedikdən 12-24 saat sonra mədə bulanması, qusma, qarın ağrısı, ishal kimi əlamətlər üzə çıxır. 2-3 günə öz-özünə keçir. Antibiotik verilmir.

İlk yardım

İshal və qusma səbəbindən dehidratasiya əmələ gəldiyindən çoxlu maye qəbul edilməlidir.

Stafilakokk

Tez-tez rast gəlinən qida zəhərlənməsidir. Karbohidratlı, südlü,şəkərli qidalarla (dondurma, mayonez və s.) meydana gələn zəhərlənmələrdir, yedikdən 2-6 saat sonra mədə bulantısı, qusma şəklində özünü göstərir. 4-6 saat ərzində keçib gedir…

Belə halların yaşanmaması üçün südlü şirniyatların və qaynadılmadan bişirilən yeməklər hazırlandıqdan sonra uzun müddət saxlanmamalıdır.

Clostridium perfringens

Hazırlanan yeməklərin uzun müddət otaq temperaturunda saxlanması və kifaəyət qədər soyuqda saxlanmaması nəticəsində bu bakteriyalar artıb çoxalır və ya bakteriyaların yoluxduğu balıqların yeyilməsi zamanı zəhərlənmə baş verir.Yedikdən 8-10 saat sonra mədə bulantısı qarında kramplar şəklində ağrı, ishal ilə təzahür edir. 24 saat ərzində keçib gedir.

İlk yardım

Dehidtasiya baş verməməsi üçün bol maye içirdilir, duz və elektrik itkisini aradan qaldırmaq üçün bir stəkan suya duz və soda qarışdıraraq içirilir.Duzlu ayran, meyvə suyu, mineral su içmək olar.Su daha yaxşıdır.

Yaxşı yuyulmamış, yemək qalıqları qalmış qablar zəhərlənmə mənbəyidir!

Clostridium Botilinium

Yaxşı konservləşdirilməmiş qidalardan törənən ən təhlükəli və hətta ölümcül zəhərlənmələrdir.Yedikdən 24 saat sonra əlamətlər görülür. İshal olmur, qəbizlik ola bilər. Şiddətli halsızlıq, gücün itməsi, hətta ölüm baş verə bilir.

Əlamətlər: Ağız və boğaz quru və ağrılı olur.Gözlərin foksu pozulur, ikili görmə, bulanıq görmə ola bilir. Halsızlıq, udma və danışmada çətinlik, gücsüzlük, gözlərin hərəkətinin məhdudlaşması, göz bəbəklərinin genişlənməsi, tənəffüs əzələlərinin sinir tənziminin pozulması, tənəffüsün və nitqin çətinləşməsi,başın ön hissəsində ağrılar.

İlk yardım

ABC kontrol edilir, davamlılığı təmin edilir. İmkan varsa oksigen verilir. Süni tənəffüs verilə bilər.Təcili xəstəxanaya çatdırılmalıdır, antitoksin vurulmalıdır.

TƏNƏFFÜS YOLU ZƏHƏRLƏNMƏLƏRİ…

Dəm qazı,duman və digər zəhərli qazlarla nəfəs alma nəticəsində görülür. Əlamətlər: Baş ağrısı, başgicəllənmə, qulaqlarda cingilti, özündəngetmə, mədə bulanması, qusma, dəri rənginin dəyişməsi.

İlk yardım

Qaz mənbəyi bağlanır, hava dəyişilir, xəstə təmiz havaya çıxarılır.Üzünə su vurulur,qolları açıb- bağlamaqla hərəkət etdirilir, ehtiyac varsa süni tənəffüs və ürək masaj edilir. Xəstəxanaya çatdırılmalıdır.

DƏRİ YOLU İLƏ ZƏHƏRLƏNMƏ

Kremlər, tozlar, mayelər ilə təmas nəticəsində, dişləmə, sancma, inyeksiya ilə meydana gəlir. Zəhərin təsir səviyyəsinə görə yerli və ümumi əlamətlər müşahidə olunur .

İlk yardım

Maddə krem və ya toz şəklindədirsə bol su ilə yuyulur,yara varsa steril tənziflə örtülür.Yerli əlamətlər getdikcə atrır, ümumi əlamətlər meydana çıxmağa başlayıbsa tez bir zamanda xəstəxanaya çatdırılmalıdır.Allergik şoka qarşı tədbir görülməlidir.a24.az


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 6215   Tarix: 11 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021