Bürclərin ən yaxşı keyfiyyətləri

Bürclərin ən yaxşı keyfiyyətləriSonxeber.az bürclərin ən çox diqqətçəkən müsbət keyfiyyətləri haqqında yazını təqdim edir:

Qoç bürcü haqqını hər zaman tələb edir, özünü heç kimin qabağında əymirlər. Həddindən artıq məsuliyyətli insanlardır. Bir qaşıq su ilə əsl fırtınalar yarada bilir. Onu narahat edən olmasa, ömür boyu sakit qala bilər. Heç bir şeydən qorxmur və gücünü lazımlı məqama saxlayır.

Buğa bürcündən olanlar sevdiyi kişi və ya qadına olduqca bahalı hədiyyələr etməyi sevirlər. Boşuna dava-dalaş çıxarmırlar. Nə asanlıqla sevə, nə asanlıqla unuda bilirlər. Bu bürcün sahibləri həm də zövqlü olur.

Əkizlər bürcünün ətrafı hər zaman insanlarla dolu olur. İllər ötsə də, gözəlliyini və cazibəsini qoruyub saxlayırlar. Duyğusal olmasına baxmayaraq, sevgi acısını tez unudurlar.

Xərçəng bürcünün nümayəndələri bacarıqlı, eyni zamanda saf və məsum insanlar kimi tanınır. Olduqca romantik insanlardır. Xərçəng bürcündən olan insanların əhvalı tez-tez dəyişə bilir. Bəzən nə istədiklərini heç özləri də bilmirlər.

Şir bürcündən olan insanlar lider ruhlu olduqları üçün hər zaman irəli getməyə öyrəşirlər və sevgi ilə təmin olmaqlarını gözləyirlər. Başqasının yüksək pilləyə qalxmasını həzm edə bilmədiyi üçün qısqanclıq duyğuları açıq şəkildə hiss olunur. Bundan stressə düşürlər. Həm də açıq sözlü, heç nəyə boyun əyməyən və istiqanlı keyfiyyətləri ilə özlərini insanlara sevdirə bilirlər.

Qız bürcünün nümayəndələri bəzən çox duyğusal olurlar. Bir insanı özünə aşiq etməyi çox gözəl bacarırlar. Geyimə, sağlamlığa çox diqqət verirlər. Özündən başqa, heç kimə inanmırlar.

Tərəzi bürcünün təmsilçilərinin yaraşıqlı olması onlara hər zaman kömək edir. Qarşısındakı insanı özünə inandırmaqda usta sayılırlar.

Əqrəb bürcündən olanların cinsi həyatları olduqca sağlamdır və dayanılmaz cazibəyə sahibdirlər. Onlar çox mənalı gözlərə sahib olurlar. İstədiklərini əldə etməyi bacarırlar. Ya hər şey, ya da heç nə devizi ilə yaşayırlar.

Oxatan bürcü isə macəra və həyəcanı sevən insanlardır. Hər kəsə güvənir və tez aşiq olurlar. Qısqanclığı ilə hamını bezdirirlər. Pozitiv və yumor qabiliyyəti güclü olduğu üçün hər kəsi güldürməyi yaxşı bacarırlar.

Oğlaq bürcünün təmsilçiləri yalnızlığı sevirlər, insanlara qarşı anlayışlı davrana bilmirlər. Bu bürcün nümayəndələri dürüstlüyü sevir və yaşından böyük davranırlar. Hər yaşda insanla o yaşa uyğun rəftar edirlər.

Dolçalar dostluqda sədaqətlidir, sirr saxlamağı bacarırlar. Orijinal fikirləri ilə hər yerdə seçilirlər. İnsanlarla ünsiyyətdə hər zaman məsafə saxlayırlar.

Balıq bürcünün nümayəndələrinin özünəməxsus dünyası olur. Bu bürcün insanları şair ruhlu olurlar. Eyni zamanda, çox mərhəmətli və səxavətli insanlar olurlar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3048   Tarix: 07 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinci evlilikləri

21 aprel
.

Dünyanın ən ölümcül iynəli heyvanı BU BÖCƏKDİR

Çoxları yəqin ki, ən ölümcül yırtıcının aslana, pələngə və ya bəbirə olduğunu düşünür. Həqiqətən, bu böyük pişiklər əla ovçulardır, lakin onların bütün hücumları müvəffəqiyyətlə bitmir. xarici KİV-ə istinadən xəbər verir ki, ov səmərəliliyi baxımından dünyada ən təsirli yırtıcılar iynəcələrdir. Harvar

26 aprel
.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

28 aprel
.

Bir pişiyin müsbət və mənfi cəhətlər: Heyvan sahiblərinin NƏZƏRİNƏ

Hansı ev heyvanı almağa qərar verdikdən sonra cinsiyyət məsələsini həll etməyə dəyər. Aydındır ki, erkək və dişi pişiklər həm görünüş, həm də davranış baxımından fərqlənəcəklər. xarici KİV-ə istinadən xəbər verir ki, buna görə mütəxəssislər bu məsələni əvvəlcədən təhlil etməyi məsləhət görürlər. Bi

27 aprel
.

Əsəbdən ortaya çıxan kəşf: hər kəsin sevimlisinin MARAQLI TARİXİ

Bu gün böyükdən-kiçiyə əksəriyyət insanın çox sevdiyi çipslərin maraqlı tarixi var. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu xırtıldayan ləzzət üçün Afrika və Yerli Amerika mənşəli şef Corc Kruma təşəkkür etməliyik. 1853-cü ilin yayında Corc Krum Nyu-Yorkun Saratoqa Sprinqs şəhərindəki dəbdəbəl

2 may
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21 aprel
.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28 aprel
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25 aprel
.

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı

Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir. Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbii üsul fikirləşiblər və nəticənin möhtəşəm olduğunu bildiriblər. Bunun üçün sirkə, zeytun yağı və şampunun bərabər nisbətdə qarışdırılması ilə "kokteyl"

21 aprel