Reklamdan əldə edilən gəlirin 450-500 milyon manatını Hacıbala Abutalıbov nə edib?

Reklamdan əldə edilən gəlirin 450-500 milyon manatını Hacıbala Abutalıbov nə edib?Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, iclasda "Reklam haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara dəyişikliklərin edilməsi müzakirə edilib.

Layihələrin müəllifləri adıçəkilən komitənin üzvləri Vahid Əhmədov və Əli Məsimlidir. V.Əhmədov "APA-Economics"ə açıqlamasında bildirib ki, "Reklam haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara təklif olunan dəyişikliklər ölkəmizdə Dövlət Reklam Agentliyinin yaradılması ilə əlaqədardır və reklam bazarının inkişafına xidmət edəcək. "Bu qanunlara dəyişikliklərin edilməsi olduqca zəruridir. Bilirsiniz ki, reklam sahəsində dil problemləri mövcuddur. Bundan başqa, reklamın yerləşdirilməsi və dizaynı ilə bağlı problemlər çoxdur. Bu problemlərin həllinə istiqamətlənmiş məsələlər qanun layihələrində əksini tapıb", – deyə millət vəkili qeyd edib.

Onun sözlərinə görə, il ərzində dövlət büdcəsinə reklamdan təxminən 55 milyon manat daxil olur, halbuki bu rəqəm 10 dəfə çox ola bilər: "Bakı şəhərində reklam bazarı faktiki olaraq Bakı şəhər İcra Hakimiyyətinin nəzarətində idi. İl ərzində dövlət büdcəsinə reklamdan 50-55 milyon manat daxil olurdu. Lakin bizim hesablamalarımıza görə, dövlət büdcəsinə reklamdan 450-500 milyon manata yaxın olmalıdır. Göründüyü kimi, ortada ciddi çatışmazlıqlar var. Bildiyimiz kimi, ölkə başçısının fərmanı ilə Dövlət Reklam Agentliyi yaradılıb. Mən bu quruma rəhbər təyin olunan şəxsi səriştəli, peşəkar bir insan kimi tanıyıram və bu qurumun gələcək fəaliyyəti ilə bağlı olduqca optimistəm. Dövlət Agentliyinin yaradılması reklam bazarına nəzarəti gücləndirəcək, dövlət büdcəsinə daxilolmaların artmasına səbəb olacaq. Ölkə başçısı mühüm addım ataraq bu qurumu yaratdı və bu qanun layihələrinin müəlliflərindən biri kimi mən prezidentə dərin minnətdarlığımı bildirirəm".

Xatırladaq ki, iyunun 20-də prezident İlham Əliyev Dövlət Reklam Agentliyi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Agentlik ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin edəcək.

Həmin gün ölkə başçısının imzaladığı sərəncama əsasən Aydın İbadov Dövlət Reklam Agentliyinə direktor təyin edilib.

Qeyd edək ki, ötən gün keçirilən iclasda millət vəkilləri hər iki dəyişikliyi Milli Məclisin plenar iclasına tövsiyə ediblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2028   Tarix: 23 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

1 may
.

"Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm" - Seymur Orucovun qohumu həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov və baş mühasib Rəşad Babayev sözügedə

2 may
.

Sənədsiz evlərlə bağlı YENİLİK - VİDEO

"Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb". Bunu "XəzərXəbər"ə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib. Bu dövrdə qeydiyyata alınan mülkiyyə

1 may
.

Plastik-cərrah Ülviyyə Ağazadənin növbəti QURBANI: Bədən şəkilləndirmə edən xanımı az qala öldürürdü - FOTO

" "-ya müraciət edən vətəndaş N.Baxşəliyeva (Ad və soyadları şərti verilib – red.) bildirir ki, estetik bədən şəkilləndirmə əməliyyat etdirmək üçün "Azer Türk Med" kilnikasında plastik-cərrah həkimi Ülviyyə Ağazadəyə müraciət edib. Lakin əməliyyat zamanı vətəndaşın vəziyyəti sözü

1 may
.

Məşhur Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib. Qeyd edək ki, Xalq artisti qızı Nigar Teymurovanı

2 may
.

Səkinənin sizin köməyinizə ehtiyacı var

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

1 may
.

Bakı sakini dayanacaqda qarət olundu

Bakıda dayanacaqda oğurluq hadisəsi olub. Daxili İşlər Nazirliyindən -a verilən xəbərə görə hadisə Nizami rayonu ərazisində baş verib. Dayanacaqda bir nəfər şəxsin içərisində 400 manat dəyərində noutbuku və idman geyimi olan çantasının oturacağın üzərindən oğurlanması barədə polisə məlumat daxil olub

1 may
.

Sumqayıtda 15 yaşlı qız itkin düşüb

Sumqayıtda 15 yaşlı qız itkin düşüb. "Report" xəbər verir ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Aylin Müşviq qızı Hüseynova Kimyaçılar qəsəbəsində yaşadığı evdən çıxıb gedib və geri qayıtmayıb. Faktla bağlı polisə məlumat verilib

2 may
.

Qarabağda ermənilər üçün ayrıca məktəblər AÇILACAQ? - AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə azsayda olsa da ermənilər yaşayır. Ö cümlədən həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirilir. Bir məsələ var ki, burada hər iki tərəfin təhsil məsələsi var. İlkin vaxtlarda məlum neçə illiyin düşmənçiliyidə var. Çünk

1 may