Azərbaycanda qandonduran olay! 22 yaşlı İbrahimin zarafatı, döymələri və törətdiyi dəhşətli qətl

Azərbaycanda qandonduran olay! 22 yaşlı İbrahimin zarafatı, döymələri və törətdiyi dəhşətli qətlSevdiyi qızın xalası oğlunu qətlə yetirən şəxsin növbəti məhkəmə prosesi keçirilib.

Sonxeber.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 22 yaşlı Sadıqov İbrahim Arzu oğlunun cinayət işi üzrə məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edib.

Məhkəmədə sərbəst ifadə verən İbrahim deyib ki, qətli törətsə də müstəntiq işi düzgün yazmayıb. O, qətlə yetirdiyi şəxsin də görüşə bıçaqla gəldiyini söyləyib.

İ.Sadıqovun öldürdüyü şəxs sevdiyi qızın xalası oğludur. Sadıqov sevdiyi Günel Əsgərovadan "yox" cavabı aldıqdan sonra onun xalasıgilə zəng edib. Telefona G.Əsgərovanın xalası oğlu İslam Hüseynov cavab verib.

İbrahim məhkəmədə deyib ki, mərhum İslam ona var-yox, namus və qeyrət söyüşləri söyüb.

"Telefon danışıqlarında hər şey aydındır. Dedi ki, sənin bağırsaqlarını tökəcəm, doğrayacam səni. Məni görüşə çağıranda bu sözlərindən sonra bıçaq götürdüm. O məni vurmaq istəyəndə mən onu vurdum. Üstümə hücum çəkirdi"- deyə İbrahim ifadəsinə əlavə edib.

33 yaşlı İslam Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisənin əsas səbəbi isə şit zarafat olub. İbrahim sevdiyi qızın xalası oğluna "Güneli anası ilə birlikdə qaçıracağam" deyib. İbrahim bu sözü dediyini etiraf edib.

Məhkəmədə o da məlum olub ki, 22 yaşlı İbrahim hərbi xidmətdə olmayıb. O, bunun səbəbini belə izah edib: "Maştağada dəlixanada yatmışam".

22 yaşlı İbrahim əllərindəki oğru aləminə aid çoxsaylı döymələrlə də diqqət çəkib.

Prosesin davamında mərhum İslam Hüseynovun həyat yoldaşı Telli Hüseynova ifadə verib.

O, hadisə baş verən gün rayonda olduğunu, hadisəni sonradan eşitdiyini söyləyib: "İslam Bakıda idi. Zəng elədilər ki, budundan bıçaqlanıb. Gələndə bildik ki, ölüb. İbrahimdən soruşmaq istətirəm ki, bir söyüşə görə balamı niyə yetim qoydu?".

İbrahim məhkəmədə "sevdiyi qız Günel" ifadəsinin işlənməsinə etiraz edib: "Hanıs qızdan söhbət gedir? Nə qız? Mən onu tanımıram".

İbrahimin dayısı İlham Yəhyayev də şahid qismində ifadə verib. O, İbrahimlə İslam arasında olan telefon danışığından xəbərdar olduğunu və onları sakitləşdirdiyini deyib: "İkisini də başa saldım ki, olan şeydir. Zarafat xoşunuza gəlməyibsə, məsələni böyütməyin. Həmin gün İbrahim yanımda idi. Evdən çıxıb getdi. İslamla görüşə getdiyini bilsəydim, imkan verməzdim. Amma mərhumun yaxınları, qardaşı bu görüşü bilib. Qardaşı orada olub. Niyə imkan verirdilər belə olsun?".

Digər şahid mərhumun anası Kəmalə Hüseynova olub. O, da hadisələrdən oğlunun qətlindən sonra xəbər tutduğunu qeyd edib.

"İbrahimin anası dedi ki, İslamı budundan vurublar. Gələndə bildik ki, ölüb. Bir söyüşə görə adam adamı öldürər? İndi İbrahimin anası, bacısı bizi hədələyir? Balamı alıbsınız, indi nə istəyirsiniz? İbrahim, bıçaqla vurdun əlindən qaçdı. Daha niyə arxasınca düşüb sürüyürsün? Bıçağın birini çıxarıb birini soxmusan. İnsafın yoxdu?"- deyə mərhumun anası əlavə edib.

Kəmalə Hüseynova deyib ki, qətli törədən İbrahim əmisinin nəvəsidir.

İbrahim mərhumun anasının sözlərinə də reaksiya verib: "Sizin nəslinizdə hər kəsə cavab verə bilərəm. Amma bir səndən başqa".

Hadisədə adı keçən Günel də məhkəmədə şahid qismində dindirilib. 18 yaşlı Günel müstəntiqə ifadəsini təsdiq etdiyini söyləyib.

Məhkəmədə İ.Sadıqovun vəkili vəsatət qaldırıb. O, müvəkkilinin ambulator psixoterapiya statisionar ekspertizadan keçirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib və proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

İbrahim Sadıqov Cinayət Məcəlləsinin 120.2.2 (xüliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqda adam öldürmə) maddələri ilə təqsirli bilinir.

Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2738   Tarix: 23 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qaçırdığı qızı zorla videoya çəkdi - Dostları ilə birgə tutuldu

Ağdaşda qısqanclıq zəminində ayrıldığı qızı qaçıran oğlan və ona kömək edən qardaşlar uzunmüddətli həbsə göndərilib. "Qafqazinfo"nun məlumatına görə, cinayət hadisəsi ilə bağlı 28 yaşlı Seyran, dostları olan iki qardaş - Elvin və Səxavət (bütün ad-soyadlar şərtidir) birgə mühakimə edilib. Hadisəni

10 mart
.

Qaradağda böyük əməliyyat: Beş nəfər SAXLANILDI - VİDEO

Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar həyata keçiriblər. Bu çərçivədə rayon ərazisind

7 aprel
.

Öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş - Yenilənib

Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gəncin qətlə yetirilməsi faktı qeydə alınıb. APA-ya istinadla xəbər verir ki, 20 yaşlı Ümid Bayramov naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbi hələlik məlum deyil

3 aprel
.

Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı

Suraxanı rayonunda qətl hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. 35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının qətlində həyat yoldaşı, 43 yaşl

21 mart
.

Masazırda 2 qadın qətlə yetirildi - Adları məlum oldu - Yenilənib

Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfində

11 aprel
.

Bu hal cinayət hesab ediləcək

Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab olunacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin

21 aprel
.

Azərbaycanda insan alverində təqsirləndirilən iki nəfər axtarışa verilib

Azərbaycanda iki nəfər insan alverinə görə axtarışa verilib. -a istinadən xəbər verir ki, onlar Ağsu rayon sakini, 28 yaşlı Ayşən Araz qızı Əzizxanlı və Qax rayon sakini, 29 yaşlı Əbdül Ruslan oğlu Musayevdir. Onların barəsində Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə cinayə

11 mart
.

"Çimməyə 5 dəqiqə vaxt verirdi" - Qayınanasını öldürməyindən danışdı

Astaranın Kotalan kəndində qayınanasını öldürməkdə ittiham olunan 22 yaşlı gəlinin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, iki azyaşlı uşaq anası Ruhanə İmanova ittihamı yüngülləşdirilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib. Məlum olub ki, ölümlə nəticələnə

18 mart
.

Fidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi

Son dövrlərdə müxtəlif qalmaqallarla gündəmə gələn, özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində hər hansı rəsmi nikah münasibəti olmayıb - red.) Fidan Loğman qızı Abbasova ilə bağlı hüquqi proseslər çərçivəsində yeni və diqqətçəkən faktlar ortaya çıxıb. "Qafqazinfo"y

16 aprel