Bu avtobusun sürücülərinə bəd xəbər

Bu avtobusun sürücülərinə bəd xəbərMüntəzəm marşrut avtobuslarından istifadə edən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Bu sahədə qoyulan məqsədə nail olmaq üçün Agentlik tərəfindən bütün zəruri tədbirlər, o cümlədən maarifləndirmə işləri aparılmaqdadır.

Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər qarşısında qoyduğu tələblərin icra vəzəyyətini yoxlamaq məqsədi ilə müxtəlif nəzarət mexanizimlərindən istifadə edilir. Marşrut xətləri üzrə mütəmadi olaraq montitorinqlər keçirilir. Son bir həftədə keçirilən növbəti belə monitorinqlərin nəticəsi olaraq qoyulan tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülərə qarşı ciddi cəza tədbirləri görülüb.
213 nömrəli marşrut xəttində fəaliyyət göstərən 90 TV 751 DQN-lı avtobusu idarə edən sürücü Baloğlanov Sahib Qasım oğlu isə "D" kateqoriyalı sürücülük vəsiqəsinə malik olmadığı üçün dərhal sərnişindaşımadan kənarlaşdırılıb. Fakt sürücü bazasının formalaşdırılması çərçivəsində aparılan araşdırılma nəticəsində aşkar edilib.
Eyni zamanda 150 nömrəli müntəzəm marşrutda fəaliyyət göstərən 10 TF 378 DQN-lı avtobusun sürücüsü Qazıyev Rəşad Kifayət oğlu sərnişinlə YDM-ə daxil olduğu üçün sürücünün izahatı alınıb və xəbardarlıq edilib. Məlumat üçün qeyd edək ki, 150 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların texniki baxımdan qoyulan tələblərə cavab verməməsi, istehsalat bazalarının yarasız vəziyyətdə olması, sürücülər tərəfindən ciddi qayda pozuntularına yolvermə hallarının çox olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Buna baxmayaraq daşıyıcı qeyd edilən nöqsanların aradan qaldırılması istiqamətində konkret addımların atılmasını təmin etməyib. Bütün bu hallar nəzərə alınaraq 150 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcının dəyişdirilməsi qərara alınıb.
Analoji qərar 148 nömrəli marşrut xətti ilə bağlı da qəbul edilib. Aparılan monitorinqlər zamanı bu marşrut xətti üzrə da avtobusların texniki baxımdan qoyulan tələblərə cavab vermədiyi müəyyən edilib.
Monitorinqlər zamanı yol hərəkəti qaydalarını pozmaqla sərnişinlərin həyatını təhülkəyə atan sürücülər də müəyyən edilib. Belə ki, 4 nömrəli müntəzəm marşrut xətt avtobusunun sürücüsü Cavid Ələsgərov qoşa xəttin tələbini kobud şəkildə pozaraq əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxdığı üçün BNA-nın təqdimatı əsasında işdən azad edilib.
Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasınıa malik olmayan, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılara qarşı səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1319   Tarix: 23 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

4 may
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

3 may
.

COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

4 may
.

SON DƏQİQƏ! Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita ilə görüşüb. Bu barədə -a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zaman

4 may
.

GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra qanunvericilik aktlarına qəbul edilmiş dəyişikliklər ölkənin Avropaya, xüsusən də qonşu ölkələrə maye qaz ixracının həcmini artırmağa imkan verəcək. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Paylayıcılar Birliyini

5 may
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

3 may
.

Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. 5-i axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Azərbaycanı

5 may
.

Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR

Azərbaycanda qadınların pensiyaya daha tez çıxması məsələsi geniş müzakirə olunan məsələlərdəndir. Bu mövzu zaman-zaman ictimailəşib və müxalif ekspertlər öz fikirlərini bildiriblər. Deputat Vüqar Bayramov məsələ ilə bağlı açıqlama verib. -un xəbərinə görə, deputat qeyd edib ki, Milli Məclisə etdiy

5 may
.

Jukov: "Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək"

Asiya İnkişaf Bankı (ADB) ümid edir ki, Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh sazişi əldə olunacaq, çünki bu, regiona kifayət qədər əhəmiyyətli olan iqtisadi dəhlizlər açmağa kömək edəcək. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Asiya İnkişa

4 may