"2-3 günə İkinci Qarabağ savaşının başlaması gözlənilməz deyil" - VİDEO - FOTOLAR

"2-3 günə İkinci Qarabağ savaşının başlaması gözlənilməz deyil" - VİDEO - FOTOLAR"Azərbaycan nə qədər çox silah alırsa, o qədər güclü olur. Bakı Qarabağı qaytarmaq üçün son savaşa hazırlaşır. Təbii ki, Azərbaycan bu silahları Ermənistana qarşı istifadə edəcək. Çünki Azərbaycan başqa ölkəyə qarşı müharibəyə hazırlaşmır", - bu sözləri rusiyalı hərbi ekspert Aleksandr Xramçixin Azərbaycan Müdafiə Nazirliyinin bəyatanı şərh edərkən deyib.
Azərbaycanın Rusiyadan silah alışı və bunun Ermənistan mətbuatında kütləvi şəkildə tirajlanması regionda yeni ab-hava yaratdı. Xramçixinin məsələyə münasibəti "müharibə başlaya bilərmi" sualını da özü ilə gətirdi.
Hərbi ekspert Üzeyir Cəfərlinin Publika.az-a verdiyi açıqlamaya görə, Rusiyadan alınan silahlar xüsusi savaşdan daha çox, ordunun döyüş qabiliyyətinin gücləndirilməsinə yönəlib:
"Azərbaycan hər zaman xəbərdarlıq edir ki, Ermənistan işğal etdiyi əraziləri boşaltsın. Xatırladım ki, bu silahların ilk partiyası bizə hələ 2015-ci ildə gəlib. Biz heç vaxt gizlətməmişik ki, aldığımız silahlar ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin etmək üçündür. Odur ki, biz bunu Rusiyanın və ya Ermənistanın hər hansı addımı ilə etmirik, sadəcə ordumuzun müdafiə qabiliyyətini artırırıq. Hansı ki, bu silahlar ən modern silahlardır. "Xrizantema-S" tank əleyhinə raket kompleksi daha yeni avadanlıqlarla təchiz olunub. Bu silahlarda radarlar var və hansı ki, bu vasitə ilə hədəfin aşkar edilməsi çox rahat şəkildə həyata keçirilir. Aprel döyüşləri zamanı Azərbaycan daha çox İsrail istehsalı olan "Spike" tipli kompleksdən istifadə edirdi. Həmin vaxt bu raketlər sayəsində ermənilər ciddi itkilərə məruz qaldılar. Ona görə indi də narahatdırlar. Çünki "Xrizantema-S" tank əleyhinə raket kompleksi bir zərbə ilə 4 ağır zirehli texnikanı sıradan çıxarmaq gücünə malikdir".
Ü.Cəfərlinin sözlərinə görə, Azərbaycan nə vaxt xaricdən silah alsa, Ermənistan hökuməti qorxuya düşür:
"Biz təkcə Rusiyadan deyil, Pakistandan, Çindən, İsraildən, Türkiyədən müxtəlif təyinatlı silahlar almışıq. Ermənilərin narahatçılığı sırf Rusiyadan silah almağımız deyil, ümumiyyətlə silahlı qüvvələrimizin ən müasir texnikalara yiyələnməsidir. Ona görə, silah alışını ordumuzun savaş hazırlığı yox, gündəlik fəaliyyəti kimi dəyərləndirirəm".
Təbii ki, Azərbaycanın silah alması Moskva ilə Bakı arasında bağlanmış sazişlərə əsasən həyata keçirilir. Bakı limanına gətirilən silahların cəbhəboyu zonaya göndəriləcəyi də istisna olunmur. Azərbaycan Müdafiə Nazirliyinin yayımladığı fotolardan da görünür ki, alınan silahların çoxu "Xrizantema-S" tank əleyhinə raket kompleksidir. Hansı ki, bu kompleks ağır zirehli texnikanı vurmaq üçün müasir döyüşdə ən yaxşı vasitələrdən hesab olunur.
Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov Publika.az-a açıqlamasında yaxın zamanlarda döyüş əmri verilərsə, bunun heç də gözlənilməz olmayacağını bildirdi:
"Azərbaycan istədiyi ölkədən istədiyi silahı ala bilər. Ordumuz böyük savaş üçün çoxdan hazırdır. Sözsüz ki, ordunu daha da gücləndirmək üçün döyüş hazırlığı və təlimləri ilə yanaşı, mütəmadi yeni silahlar da alınmalıdır. Ona görə də yeni silah alınmasını düzgün bir mesaj kimi qiymətləndirmək olar. Ordumuz torpaqları işğaldan azad etmək üçün hazır vəziyyətdədir. 2-3 gün sonra Ali Baş Komandan əmr verər və İkinci Qarabağ savaşı başlayar - bu heç də gözlənilməz deyil. Hər an hər şeyi gözləmək olar".
Y.Aydəmirovun sözlərinə görə, Ermənistan döyüşdə tanklardan çox istifadə etdiyi üçün "Xrizantema-S" tank əleyhinə raket kompleksi düzgün seçimdir:
"Ümumiyyətlə Azərbaycanın aldığı bütün silahlar hədəfə hesablanmış silahlardır. Bizdə kifayət qədər güclü silahlar var. Ermənistanın da döyüşdə tanklardan çox istifadə etdiyini nəzərə alsaq, "Xrizantema-S" tank əleyhinə raket kompleksi bu baxımdan çox vacib silahdır. Bizim heç bir dövlətlə problemimiz yoxdur, Ermənistandan başqa. Ermənistanı da qısa bir zamanda diz çökdürməyə qadirik. Onlar hansı vəziyyətdə olduqlarını nə qədər tez dərk etsələr, özlərini fəlakətdən o qədər tez qurtararlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3232   Tarix: 27 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

1 may
.

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizi

29 aprel
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

4 may
.

"İranın Azərbaycana dostluq mesajları verib, Təbrizdə Ermənistanın baş konsulluğunu açması düzgün və etik deyil" -Politoloq

Yaxın zamanlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq. Bununla bağlı Ermənistan hökumətinin iclasında qərar qəbul edilib. Eyni zamanda, baş konsulun əldə edəcəyi maaş da açıqlanıb. Bildirilir ki, konsulun gəliri 2565 dollar həcmində təyin edilib. Təbrizdə Ermənistanın baş konsulugun açıqlmas

26 aprel
.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel
.

Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başlayıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir. *. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliye

26 aprel
.

"Yaxın gələcəkdə Azərbaycan və İran arasında münasibətlər müsbətə doğru dəyişə bilər" - Ekspert

Xəbər verdiyimiz kimi , Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bildirilib ki, görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakir

3 may
.

İranın mədəniyyət naziri Azərbaycana gələcək

İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana gələcək. Bu barədə nazir yerli mediaya açıqlamasında bəyan edib. Onun sözlərinə görə, səfərin məqsədi region ölkələri ilə münasibətlərin yaxşılaşdırılması yolunu davam etdirmək və beynəlxalq sammitdə iştirak etməkdir. M.M.İsmaili rəsmilərl

29 aprel
.

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may