Son dəqiqə! Prezidentdən çox mühüm açıqlamalar - Yenilənib

Son dəqiqə! Prezidentdən çox mühüm açıqlamalar - Yenilənibİqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edə bilmiş bir ölkədir.

Sonxeber.az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Varşavada Azərbaycan-Polşa biznes forumuda çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti bildirib: "Polyak dost və tərəfdaşlarımızı çox sürətli iqtisadi inkişaf münasibətilə təbrik etmək istəyirəm. Bu gün Polşa ən yüksək iqtisadi artım sürəti, siyasi və iqtisadi sabitlik nümayiş etdirir. İnkişaf isə bu gün ölkənizin tərəqqiyə doğru yolunu gücləndirmək üçün çox yaxşı imkanlar yaradır.

Azərbaycana gəlincə, ölkəmiz nisbətən gəncdir, müstəqillik yalnız 25 il bundan öncə bərpa olunmuşdur. Biz keçən il bunu qeyd etdik. Bu illər transformasiya illəri - siyasi, sosial və əlbəttə ki, iqtisadi transformasiya illəri olmuşdur. Bu gün Azərbaycan, həmçinin çox yaxşı iqtisadi fəaliyyət nümayiş etdirir. 2004-cü ildən bəri iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Biz işsizliyi və yoxsulluğu 5-6 faiz səviyyəsinə qədər azalda bilmişik. Hazırda ümumi daxili məhsulun 70 faizdən çoxu özəl sektorun payına düşür və maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə artıqdır. Beləliklə, iqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edə bilmiş bir ölkədir. Bunların təxminən yarısını xarici sərmayələr təşkil edir. Əlverişli investisiya mühiti və əcnəbi investorlar üçün çox etibarlı investisiya şəraiti şirkətlərə Azərbaycanda işləmək üçün yaxşı imkanlar yaradır.

Biz Polşa şirkətləri ilə həm Azərbaycanda, həm də Polşada tərəfdaş qismində müxtəlif layihələrdə çalışmaq istəyirik. Biz investisiya qoyuluşu ilə bağlı layihələrdə iştirak etmək istəyirik. Biz Polşa şirkətlərini Azərbaycanda həyata keçirilməkdə olan enerji, nəqliyyat, tikinti layihələrində tərəfdaş olmağa dəvət edirik. Biz onları podratçı qismində dəvət edirik. Biz şirkətləri Azərbaycanda və regionda bazar potensialı olan sahələrə sərmayə yatırmağa dəvət edirik. Hesab edirəm ki, belə yaxşı siyasi münasibətlərə və iqtisadi əməkdaşlıq üzrə aydın təsəvvürə malik olmaqla biz çox qısa müddət ərzində uğur qazana, ticarət dövriyyəsini, zənnimcə, bir neçə dəfə artıra və biznes icmaları üçün çox möhkəm təməl yarada bilərik".

***
İqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edə bilmiş bir ölkədir.

Sonxeber Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Varşavada Azərbaycan-Polşa biznes forumuda çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti bildirib: "Polyak dost və tərəfdaşlarımızı çox sürətli iqtisadi inkişaf münasibətilə təbrik etmək istəyirəm. Bu gün Polşa ən yüksək iqtisadi artım sürəti, siyasi və iqtisadi sabitlik nümayiş etdirir. İnkişaf isə bu gün ölkənizin tərəqqiyə doğru yolunu gücləndirmək üçün çox yaxşı imkanlar yaradır.

Azərbaycana gəlincə, ölkəmiz nisbətən gəncdir, müstəqillik yalnız 25 il bundan öncə bərpa olunmuşdur. Biz keçən il bunu qeyd etdik. Bu illər transformasiya illəri - siyasi, sosial və əlbəttə ki, iqtisadi transformasiya illəri olmuşdur. Bu gün Azərbaycan, həmçinin çox yaxşı iqtisadi fəaliyyət nümayiş etdirir. 2004-cü ildən bəri iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Biz işsizliyi və yoxsulluğu 5-6 faiz səviyyəsinə qədər azalda bilmişik. Hazırda ümumi daxili məhsulun 70 faizdən çoxu özəl sektorun payına düşür və maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə artıqdır. Beləliklə, iqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edə bilmiş bir ölkədir. Bunların təxminən yarısını xarici sərmayələr təşkil edir. Əlverişli investisiya mühiti və əcnəbi investorlar üçün çox etibarlı investisiya şəraiti şirkətlərə Azərbaycanda işləmək üçün yaxşı imkanlar yaradır.

Biz Polşa şirkətləri ilə həm Azərbaycanda, həm də Polşada tərəfdaş qismində müxtəlif layihələrdə çalışmaq istəyirik. Biz investisiya qoyuluşu ilə bağlı layihələrdə iştirak etmək istəyirik. Biz Polşa şirkətlərini Azərbaycanda həyata keçirilməkdə olan enerji, nəqliyyat, tikinti layihələrində tərəfdaş olmağa dəvət edirik. Biz onları podratçı qismində dəvət edirik. Biz şirkətləri Azərbaycanda və regionda bazar potensialı olan sahələrə sərmayə yatırmağa dəvət edirik. Hesab edirəm ki, belə yaxşı siyasi münasibətlərə və iqtisadi əməkdaşlıq üzrə aydın təsəvvürə malik olmaqla biz çox qısa müddət ərzində uğur qazana, ticarət dövriyyəsini, zənnimcə, bir neçə dəfə artıra və biznes icmaları üçün çox möhkəm təməl yarada bilərik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2724   Tarix: 28 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyada ən çox yoluxma bu ölkədədir

Dünyada 208 705 980 nəfərdə koronavirus aşkarlanıb. xəbər verir ki, virusdan 4 383 786 xəstə ölüb, 187 101 209 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (37 736 986 nəfər), Hindistan (32 250 679 nəfər), Braziliya (20 378 986 nəfər), Rusiya (6 621 601 nəfər) və Fransadı

17 avqust 2021
.

Koronavirusun "delta" variantı 96 ölkədə qeydə alındı - ÜST

Koronavirusun "delta" variantı bu günədək dünyanın 96 ölkəsində qeydə alınıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülletenində deyilir. Qeyd olunur ki, ilk dəfə Hindistanda aşkar edilmiş bu ştamm son həftə ərzində 11 yeni ölkədə müşahidə olunub. Bunda

30 iyun 2021
.

İTV-nin əməkdaşına qarşı sosial şəbəkədə təxribat - FOTO

İTV-nin əməkdaşı Nigar Sabirqızına qarşı sosial şəbəkədə təxribat olub. -ın xəbərinə görə, bu barədə N.Sabirqızı özü məlumat verib. "İnstagramda bəzi səhifələr şəklimdən istifadə edərək guya hansısa məbləğdə pul uduşu qazanmağım və bu barədə İTV-nin efirində məlumat getdiyi ilə bağlı yalan informasiy

4 aprel 2021
.

Minalardan ən erkən BU RAYON təmizlənəcək – VİDEO

Ermənilər minalanmış ərazilərin xəritəsini versə, azad edilən torpaqların minalardan təmizlənməsi iki dəfə daha tez bir vaxtda bitər. Bunu ARB24-ün "Nə baş verir?" verilişinə müsahibəsində hərbi ekspert Elxan Şıxalıyev deyib. O bildirib ki, Ağdam azad edilən torpaqlar arasında minalardan ə

14 mart 2021
.

"Təxribatlardan ermənilər və onun havadarları zərər görəcək"

"Azərbaycan regionda elə bir dövlətdir ki, balanslı siyasət yürütməlidir". Bunu "MediaPost"a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib. Onun sözlərinə görə, hazırkı gərgin vəziyyətdə Azərbaycan hər iki dövlətlə - Türkiyə və Rusiya ilə normal münasibətlər saxlayıb düzgün siyasətin

21 avqust 2020
.

İlham Əliyev: "Biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsini tezliklə başa çatdıracağıq"

"Mən İtaliya parlamentinin sədr müavininin başçılığı ilə müxtəlif siyasi qrupları təmsil edən nümayəndə heyətini qəbul etmişəm. Onlar Ağdamda və Gəncədə olmuşlar. Birinin işğal nəticəsində viran qoyulduğu, digərinin isə müharibə vaxtı ballistik raket hücumu nəticəsində çoxsaylı qurban verdiyi b

9 dekabr 2020
.

UEFA prezidentindən Kristian Eriksenlə bağlı açıqlama

"Mən Kristian Eriksənə tezliklə sağalmasını arzulayıram və dua edirəm ki, onun ailəsində güc və inam olsun". UEFA-nın mətbuat xidmətinin məlumatına görə, bu sözləri qurumun prezidenti Aleksandr Çeferin deyib. "Bu zaman futbol ailəsinin birliyi o qədər böyük idi ki, o və ailəsi hər kəsi

12 iyun 2021
.

Bülbülün Şuşadakı evinin bərpa layihəsi hazırdır

"Şuşaya səfər edəndə özümlə memar Rizvan Bayramovu da aparmışdım. Mən ondan xahiş elədim, bir yerdə, bir maşında Şuşaya getdik". xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib. Səfirin sözlərinə görə, daha sonra Rizva

27 mart 2021
.

Mehriban Əliyeva: "Azərbaycanın ərazi bütövlüyü bərpa olundu!"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Ordusunun II Qarabağ müharibəsindəki qələbəsi münasibəti ilə xalqı təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz həmvətənlər!. Bu gün böyük gündür – Qələbə Günüdür! Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu

10 noyabr 2020