"Təxribatlardan ermənilər və onun havadarları zərər görəcək"
"Azərbaycan regionda elə bir dövlətdir ki, balanslı siyasət yürütməlidir".
Bunu "MediaPost"a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
Onun sözlərinə görə, hazırkı gərgin vəziyyətdə Azərbaycan hər iki dövlətlə - Türkiyə və Rusiya ilə normal münasibətlər saxlayıb düzgün siyasətini davam etdirməlidir:
"Tovuz rayonunda yerləşən strateji layihələr Ermənistanın yeni təxribatına yol açdı. Silahlı münaqişənin ilk günündən Türkiyənin mövqeyini bildirməsi Azərbaycan üçün hərbi-siyasi baxımdan çox əhəmiyyətli idi. Bu, həm də Ermənistana və onun havadarlarına mesaj idi ki, layihələr iqtisadi və siyasi baxımdan zərər görsə, Türkiyə bu layihələrə nəzarəti öz üzərinə götürəcək. Təbii ki, bu da Azərbaycanın xeyrinədir. Çünki Azərbaycanın başçılığı ilə Türkiyənin də olduğu layihələr hər iki ölkənin siyasi, iqtisadi və hərbi sahədə güclənməsinə səbəb olur. Bu layihələr bilavasitə yeni alternativlər açır".
R. Məmmədova bildirib ki, Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sazişə əsasən keçirilən təlimlərdən Ermənistan tərəfi narahatlıq yaşayıb:
"Türkiyə tərəfi açıq-aşkar dedi ki, Ermənistan Azərbaycanla müharibə aparsa, Türkiyə bu məsələyə nəinki fikrini bildirəcək, eyni zamanda, müharibəyə özü də qoşulub Azərbaycana dəstək göstərəcək. Türkiyənin başqa seçim yolu yoxdur. Bunlar çox ciddi çəkisi olan mesajlar idi. Bütün hallarda, təxribatdan erməni tərəfi və onun havadarları ziyan görəcək. Bu gün Azərbaycan regionda elə bir dövlətdir ki, balanslı siyasət yürütməlidir. Ona görə də həm Rusiya, həm də Türkiyə ilə dostluq əlaqələrini saxlamaq lazımdır. Azərbaycan strateji layihələrin təzyiq altında qalmaması və davamı üçün məsuliyyətli davranmalıdır. Eyni zamanda, Azərbaycan hansı yolla olur olsun, öz torpaqlarını işğaldan azad etməlidir.
Düşünürəm ki, Azərbaycan hər iki dövlətlə – Türkiyə və Rusiya ilə normal münasibət saxlayıb düzgün siyasətini davam etdirəcək".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1600 Tarix: 21 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Koronavirusu dəf edən SİMPTOM AŞKARLANDI
İybilmənin zəifləməsi koronavirusun erkən diaqnozu üçün etibarlı amil olmaqla yanaşı, həm də xəstəliyi dəf etmək ehtimalına dair nikbin əlamətdir. Belə bir qənaət Madrid Complutense Universiteti (UCM) və San Karlos Klinik Hospitalının mütəxəssislərinin rəhbərliyilə keçirilən 5 868 koronavirus xəstəsini
16 mart 2021Bir saata iki zəlzələ oldu
Gürcüstanın qərbində, Oni şəhərindən cənub-şərqində iki zəlzələ olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bir saat fərqi ilə baş verən zəlzələlərin episentri Onçeli kəndində yerləşib. Birinci zəlzələ 3,7, ikinci zəlzələ isə 4,3 bal gücündə olub. Dağıntı və itkilər barədə məlumat yoxdu
13 mart 2021Bakıda 550 küçə dezinfeksiya edilib
Bu gün paytaxtda təmizliklə bağlı daxili iməcilik və geniş dezinfeksiya tədbirləri keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, iməcilik zamanı səkilərin kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, köşklərin, mağazaların vitrinlərinin
10 aprel 2021Maskanın yaratdığı təhlükə - Ağızda göbələk əmələ gələ bilər
Həkim İhsan Hubbezoğlu koronavirus epidemiyası zamanı istifadəsi məcburi olan maskanın ağız və diş sağlamlığına təsir etdiyini bildirib. -a istinadla bildirir ki, onun fikrincə, maskaları dəfələrlə taxmaq, eyni maskanı uzun müddət istifadə etmək və keyfiyyətsiz bir maska seçmək ağızda göbələk əmələ gəlməsin
13 mart 2021Bunları yeyərək immunitetinizi güclü saxlayın
Son günlər koronavirus infeksiyasına qalib gəlmək üçün immunitetin yüksək saxlanması məsləhət görülür. Çünki o bizi bir çox xəstəliklərdən qoruyur, viruslarla mübarizə aparmağımıza kömək edir. Bəs görəsən, immuniteti yüksək tutan amillər və qidalar nələrdir?. Axşam.az-a istinadən immun sistemini gücləndirə
13 mart 2021İri ticarət mərkəzləri və "Mall"lar sentyabrın 13-dən açılır?-AÇIQLAMA
Sentyabrın 8-dən Azərbaycanda karantin rejimi yenidən yumşaldılır. Belə ki, rayonlara şəxsi avtomobillə gediş-gəliş bərpa edilir, restoran və kafelər əvvəlki qaydada fəaliyyət göstərəcək. Növbəti yumşalmada iri ticarət mərkəzləri də açılacaqmı? . Bununla bağlı -a danışan deputat Azər Badamov bildiri
7 sentyabr 2020MM-də dövlət qulluğuna qəbul qaydalarının sadələşdirilməsi təklif olunub
"2019-cu ilin dövlət büdcəsində əməyin ödənişi xərci üzrə 82 milyon manat qənaət yaranıb. Bu, əsasən büdcə təşkilatlarında olan vakant vəzifələrin vaxtında doldurulmaması ilə bağlıdır". , bunu Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasını
6 noyabr 2020Onlayn dərslər uşaqların psixi sağlamlığına necə təsir edir? - ÜST AÇIQLADI
COVID-19 pandemiyasına görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər, o cümlədən onlayn təhsilə keçid uşaqların psixi sağlamlığına mənfi təsir edə bilər, lakin bunun uzunmüddətli nəticələri hələ araşdırılmalıdır. -ın "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə ÜST-ün psixoaktiv maddələ
9 dekabr 2020Ağdam Cümə Məscidindən FOTOLAR
Media nümayəndələri, deputatlar, QHT rəhbərləri Ağdam Cümə Məscidində olublar. -ın müxbiri xəbər verir ki, onlar işğal müddətində ermənilər tərəfindən dağıdılmış məscidlə tanış olublar. Həmçinin məscidin yaxınlığında yerləşən Ağdam Dövlət Dram Teatrına da baxış keçirilib
13 mart 2021