Azərbaycan milli geyimləri olduğu kimi - BAKIDA UNİKAL SƏRGİ

Azərbaycan milli geyimləri olduğu kimi - BAKIDA UNİKAL SƏRGİAzərbaycan milli geyimlərini olduğu kimi görmək istəyənlər Milli Azərbaycan Tarixi Muzeyinə üz tuta bilərlər.

Sonxeber.az APA TV-yə istinadəən verdiyi məlumata görə, ziyarətçilər tarixi mənbələr, o cümlədən Azərbaycan, Gürcüstan və İrandakı muzey materialları əsasında bərpa olunmuş Azərbaycan milli geyimləri ilə tanış ola bilərlər.

"Azərbaycan milli geyimləri olduğu kimi" sərgisində nümayiş olunan geyimlər sənətşünaslıq üzrə elmlər doktoru Səbirə Dünyamalıyevanın uzun illər apardığı araşdırmaların nəticəsidir. Onun Azərbaycanda, eləcə də qonşu dövlətlərin muzey və kolleksiyalarda apardığı tədqiqat nəticəsində XIX əsrin sonu - XX əsrin əvvəllərində mövcud olan milli geyimlərin standartları tərtib edilib. Sərgidə Təbriz, Ərdəbil, Dərbənd, Borçalı və başqa bölgələrə aid geyimlər ilk dəfə nümayiş olunur: "Bu araşdırma 1995-ci ildən başlanıb. Yeni olaraq Cənubi Azərbaycan geyimlərini təqdim edirik. Ora xüsusi ezamiyyə təşkil olundu. Həm muzeylərdə olan, həm də kolleksiyalardakı geyimlərlə tanış olduq. Həmçinin Qacar dövrünün rəsm əsərlərində olan geyimlərlə də tanış olduq".

Sərginin təşkil olunmasında məqsəd, adından göründüyü kimi, həm də Azərbaycan milli geyimlərinin olduğu kimi təqdim olunmasıdır. Araşdırmaçı istər filmlərdə, istərsə də digər sahələrdə milli geyim standartlarına riayət olunmadığını deyir: "Geyimlərin həm biçim xüsusiyyətləri, həm rəng seçimi, həm mütənasiblik qanunları, həm tikiş texnologiyalarına görə hər xanlığın öz bədii-dekorativ xüsusiyyətləri var idi. Onlara fikir vermədən necə gəldi tikirlər. Bu, düzgün deyil. Bəzəyi çoxdursa, bu o demək deyil ki, Azərbaycan geyimidir. Məsələ daha rəngarəng, qızılı rənglərlə işləmələrdə deyil. Təəssüf ki, milli geyim tikənlər araşdırma aparmırlar. Biz bu sərgini ona görə təşkil etdik, standartlar kitabını ona görə hazırladıq ki, araşdırma aparmağa ehtiyac olmasın, ordan istifadə etsinlər".

Tarix üzrə fəlsəfə doktoru Səbuhi Axundov araşdırma zamanı ortaya çıxan çətinliklərdən danışıb: "Bir çox materialların Azərbaycandan kənarda, üstəlik, pərakəndə halda olması, yəni Azərbaycanla bağlı fotoqraf, səyyahların materialları müxtəlif ölkələrin arxivlərində saxlanılır. Bu baxımdan çətinliklər oldu. Amma bir üstün məqam var ki, bu geyimlərin müasir materiallardan hazırlanması bizə bu sərgini səyyar sərgiyə çevirməyə imkan verir. Çünki bilirsiniz ki, tarixi eksponatları aparmaq çətindir - müəyyən temperatur rejimi, müəyyən şəraitə uyğun qorunub sərgilənməlidir. Zənnimcə, bu sərgini rayon muzeylərinə apara bilərik".

Qeyd edək ki, sərgiyə giriş sərbəstdir.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1206   Tarix: 05 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO

Yaxud gerçəklə yuxunun arasındakı məqam. Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşa

10 iyul 2021
.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib. -ın məlumatına görə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib. Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayını

4 sentyabr 2021
.

"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB

Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız

11 iyul 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

69 yaşlı Əməkdar artist plastik əməliyyatdan sonra - FOTOLAR

Xəbər verdiyimiz kimi, 69 yaşlı Əməkdar artist Vahid Əliyev plastik əməliyyat etdirib. xəbər verir ki, aktyor üzünə kök hüceyrə etdirərək qırışlardan xilas olub. V.Əliyev əməliyyatdan 3 gün sonrakı görüntülərini yayımlayıb. Aktyorun üzündəki qırışların açıldığı diqqət çəkib

28 iyun 2021