"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTOYaxud gerçəklə yuxunun arasındakı məqam

Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşaq qəlblidir və insanların arasında da dolanır. Ölüm tanrısı isə ürəyində zərrə qədər də mərhəməti olmayan qəddardır. Buna görədir ki, insan yuxudan ayıla bilər, ölümdən yox...

"Kaspi" qəzeti bildirir ki, fantasmaqorik üslubda çəkilmiş "Ölüm növbəsi" filminin süjet xətti sürrealelementlərlə zəngindir. "Sınaq Film Prodüser Mərkəzi"nin istehsalı olan bu filmin ssenari müəllifləri yazıçı-dramaturq İlqar Fəhmi və eyni zamanda filmin quruluşçu rejissoru olan Fikrət Əliyev, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Mais Ağabəyovdur. Qeyd edim ki, fantasmaqoriya fantastik filmə bənzər, lakin daha çox mistik, qeyri-real hadisələr, obrazlar, qarabasmalarla zəngin bir film janrıdır. "Ölüm növbəsi" filmi də yerlə göy arasında olan bir fəzadır. Və burada çox şey real görünsə də, onların həlli, sübutu yoxdur.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTOFilm Bakı kəndlərinin birində baş qəhrəman Şamilin (rolun ifaçısı Şamil Süleymanov) uzunmüddətli yuxudan ayılması, dama çıxıb yağışın altda Allaha dua etməsi, təmizlənmək istəyi ilə başlayır. Bu xəbər bir anın içində kəndə yayılır və hər kəs onun tamaşasına gəlir. Yuxudan həqiqətləri açıq-aydın görə bilən insan qismində oyanan Şamilə adamlar qəribə baxırlar. Dediklərinin həqiqət olduğunu görəndən sonra isə bunun özlərinə sərf etmədiyini anlayıb, bir az da qıcıqlanırlar ona qarşı.

Keçək yağışın altda insanın təmizlənmək istəyinə. Belə bir inanc var ki, yağış yağanda Allahın dərgahı açıq olur və dualar daha tez qəbul edilir. Şamil indiyə kimi yaşadıqlarının o biri üzünü artıq tül-pərdədən baxan kimi görür. Yəni günahlarını da, savablarını da. Və Allaha dua edibtəmizlənmək istəyir. Amma Şamil indi kənd sakinlərinin də bütün pis əməllərindən xəbərdardır. Və onun dediyi həqiqətlər heç kimin ürəyincə deyil. Sanki insanlar bu həqiqətlərdən qaçır, amma Allahdan qorxmurlar.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTOFilmdə insan nankorluğu məsələsi xüsusi diqqət cəlb edir. Uzun illər öncə məcburi köçkün kimi ailəsi ilə birlikdə kənddə sığınacaq tapan kişi - Murtuz, əli çörəyə çatmayanda ona çörək verən, qahmar çıxan, evinə gətirən adamlara qarşı dəyişir, onları alçaldır, evindən qovur. Bu adam - elindən-obasından, torpağından uzaq düşən biri, bu elin-obanın torpağını satır, pul qazanır, bununla varlanır. Şamil ona deyir ki, bu torpaq müqəddəsdir, biz onu heç çirkli ayaqqabı ilə də tapdalamazdıq. Mənəviyyatını itirmiş bu adam üçün müqəddəs heç nə yoxdur. O, hər kəsə qarşı aqressiv, qəddardır, onu ancaq pul, var-dövlət maraqlandırır. Bu adam istəklərinə o qədər aludə olur ki, qızı Baharın Laçına (nə vaxtsa evlərində onlara sığınacaq verən adamın oğlu) olan sevgisinə də qərəzlə baxır. Və sonda onların saf məhəbbətinin məhvinə bais olur.

Filmdə Qorxmaz Əlilinin canlandırdığı Əmirqulu obrazı var ki, o da özünəməxsusluğu ilə fərqlənir. Əmirqulu kəndin bərbəridir. Hamıya da eyni sözü deyir: "Allah mənim ömrümdən kəssin, sənin ömrünə calasın!" Və bir gün yarıyuxulu-yarıgerçək bir məqamda Əzrail onu aparmağa gəlir. Qorxudan rəngi saralan Əmirqlunun "məni niyə tez aparırsan" sualına Əzrail belə cavab verir: "Özün o qədər dedin ki, Allah mənim ömrümdən kəssin, səni ömrünə calasın, Allah da kəsdi". Təbii ki, Əmirqulu qorxuya düşür. Sözünü geri götürür. Sonda yuxudan ayılır, amma özü də gördüyünün tam yuxu və ya gerçək olduğunu anlaya bilmir. Bu detal dualarımıza, arzularımıza diqqətli yanaşmalı olduğumuza sətiraltı işarədir.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO...Amma Murtuz verdiyi sözdən, bağladığı əhddən də üz döndərmişdi. Qayıdaq Əmirquluya. Özündən zümrəcə kiçik olanlara yumşaq-yumşaq da olsa sözünü deyir, amma məsələn, Cahangir Zeynalovun yaratdığı polkovnik Zeynala heç nə deyə bilmir. Böyük məbləğdə rüşvət alır, ancaq sadə bərbərin zəhmətinin haqqını vermir. Ümumiyyətlə, bu filmdə zümrələr arasındakı təbəqələşmə, ayrı-seçkilik də ön planda verilir. Bu qəhrəmanın beli donqardır. "Donqarı qəbir düzəldər" misalına uyğun olaraq, bu adam da filmin sonuna qədər düzəlmir, hətta ölümlə üz-üzə gəlib geri qayıdandan sonra da.

Filmdə sevgi xətti də "Leyli və Məcnun" misalı əlçatmaz, ünyetməz bir məqamdadır. Varlı olan Murtuz qızı Baharı özünün elə uşaq vaxtı ad elədiyi, "kürəkənim" dediyi Laçına vermək istəmir. Onu alçaldır, qovur... Sözünə naxələf çıxır. Və sonda sevginin aliliyini, müqəddəsliyini hər şeydən üstün bilən bu iki gənc əl-ələ verib qayalardan - real yüksəklikdən səmavi yüksəkliyə - buludlara ucalırlar. Əslində bunun özü də gerçəklə yuxunun arasındakı məqamlardan biridir. Yəni hadisələr Xəzərin sahilindəki qayalıqda baş versə də, onlar özlərini dənizə atmırlar, aşağı enmirlər, əksinə, aliliyə ucalırlar. Burda da rejissor, bunun nə dərəcədə real və qeyri-real olduğunu, onların hara yoxa çıxdığını tamaşaçı düşüncəsinin öhdəsinə buraxır.
Ümumiyyətlə, Şamilin bütün həqiqətləri bilməsi də sual doğuran məqamdır. Yəni bir insan yuxu görüb hər şeyi necə bilə bilər?

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTOQayıdıram yenə də əvvələ - ölüm və yuxuya. Şamil yuxudan ayılır, onunku ölüm deyildi, yuxu idi. Yuxuya həm də qısametrajlı ölüm də deyirlər axı. Amma ölümdən ayılmayanların yuxusu, artıq tammetrajlı, heç vaxt oyanmayacaqları yuxudur. Şamil oyanır və hər şeyi görür. Gördüklərinin içində həqiqətlərdən başqa, ölüm növbəsində dayanan bütün kənd sakinləridir. Əslində bu kənd sakinləri ancaq simvolikdir. Bütün dünya ölüm növbəsindədir - uşaqlı, böyüklü. Biz - sadə insanlar, zamanını bilməsək də, hərənin öz getmə - bu dünyanı tərketmək vaxtı var. Qəbirlərin arasında gəzən, tütək çalan, Əmirqulunu qorxudan uşaq - filmdə onu "Əzrail" adlandırırlar, mənə həmin bu ölüm tanrısını xatırlatdı. Bu uşaq kəndin ortasında qarşısında bir adam oturdub onun üçün həvəslə tütək çalır. O da "qulaq asır". Məlum olur ki, onu dinləyən adam kardır, əslində, heç nə eşitmir. Və bunu o da bilir, amma tütəyi çalır, dayanmır. Görəsən, bununla rejissor, ssenarist nə demək istəyir? Bu həyatda hər şeyin bihudə olmasınamı, yoxsa heç kimin lazımı yerdə, lazımı məqamda olmamağınamı işarə edirlər? Yenə də tamaşaçının öhdəsinə buraxılan suallar barədə düşünürük.
Şamil yuxudan oyananda, onu oyanması münasibətilə təbrik edənlərin də səmimiyyətinə inanmır. O bilir ki, insanlar, sadəcə onun ölmədiyinidəqiqləşdirməkdən ötrü gəliblər. Və Şamil deyir: "Gedin, bozbaş qonaqlığı olmayacaq!" Yəni insanların yas yerinə kimisə itirdiklərinin ağrı-acısını bölüşməyə yox, əslində,qarın doydurmağa gəldiyini dilə gətirir.

Bütün film sürreal hadisələr, maraqlı tapıntılarla zəngindir. Hətta 90 yaşlı kişinin ağıl dişi çıxartması da sual doğuran məqamdır.
Filmdə insanın nankorluğu qabarıq boyalarla əks etdirilib. Yəni yaxşılıqların cavabı yamanlıqla verilir. Bu, pislənir, aydın məsələdir. Digər tərəfdən də, insanlara yaxşılıq etmək ideyasının vacibliyi tamaşaçıya aşılanır. Əgər bu yaxşılığın qarşılığı pisliklə qarşılanırsa necə?.. Yenə də insana seçim verilir: yaxşı ola bilirsənsə, yaxşı ol...

Və filmin sonunda...

Filmin sonunda Şamili gerçəkləri sillə kimi insanların üzünə vurduğuna görə güllələyir, hətta bir qədər sonra onu dəfn edirlər. Amma sonrakı kadrda Şamilin sağ olduğunu, evində yatdığını görürük. Deməli, Şamilin həyatının qayəsi onun güllələnmə anında bitməyib. Onun ölüm növbəsinin çatmasına hələ var...


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3652   Tarix: 10 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand

9 sentyabr
.

Anar Nəriman Həsənzadə ilə bağlı xatirələrini bölüşdü: "O səsi bir daha eşidə bilməyəcəyəm"

"Nəriman Həsənzadənin vəfatı Azərbaycan elmi və ədəbiyyatı üçün ağır itkidir". xəbər verir ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib. Anar bildirib ki, Nəriman Həsənzadə təkcə görkəml

2 avqust
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?

Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd

11 avqust
.

"Odissey"in kitab satışları 1400 faiz artdı

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri

31 iyul
.

Rəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"

Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda

8 iyul
.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr