Azərbaycanda RƏZALƏT! 6 kişi otlaq sahədə 12 yaşlı uşağı dəfələrlə zorladı, videoya çəkdi

Azərbaycanda RƏZALƏT! 6 kişi otlaq sahədə 12 yaşlı uşağı dəfələrlə zorladı, videoya çəkdiSamux rayonunda 12 yaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Sənan Bağırov və onun həmyaşıdı Murad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sənan Bağırov həbs olunana kimi Gəncə şəhəri, 2 saylı peşə liseyinin şagirdi olub. O, 2015-ci ilin iyunun 10-11 tarixlərindən birində 2005-ci il təvəllüdlü Sadiq Səlimova (ad və soyad şərti verilib - red.) təcavüz edib.

Otlaq sahəsində zorakılıq

Həmin gün saat 18 radələrində Sadiq Səlimov Samux rayonu, Kəsəmən kənd ərazisindəki otlaq sahəsində iri və xırdabuynuzlu heyvanlarını otarırmış.

Bu zaman ora Sənan Bağırov gəlib. O, Sadiq Səlimova cinsi əlaqədə olmağı təklif edib. Lakin 12 yaşlı oğlan Sənan Bağırovun bu təklifini rədd edib.

12 yaşlı oğlana təcavüz

Sənan Bağırov Sadiq Səlimovu yerə yıxaraq döyüb və daha sonra onun əllərini saman kəndirilə bağlayıb. Onu otlaq sahəsinin yaxınlığında "qarğılıq" adlanan yerə aparıb.

Orada Sənan Bağırov Sadiqin köməksiz vəziyyətindən istifadə edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, daha sonra 12 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib.

Vatsapda şantaj

Sənan Bağırov Sadiq Səlimova etdiyi zorakılıq hərəkətlərini videoya çəkib. Həmin video çəkilişi Vatsap vasitəsilə Murad Həsənova göndərib.

Murad Həsənov da həmin çəkilişi Sadiq Səlimova göstərib və onunla da cinsi əlaqədə olmayacağı təqdirdə həmin video çəkilişi sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Bu hədələrlə Murad Həsənov Sadiq Səlimovla qeyri-təbii yolla cinsi əlaqədə olub. 12 yaşlı Sadiq Səlimov baş verən hadisəni valideynlərinə danışıb. Onun valideynləri hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Sənan Bağırov və Murad Həsənov həbs edilib.

Bundan başqa, Sənan Bağırov və Murad Həsənov həmin kəndin sakini Elçin Əliyevə qarşı da seksual xarakterli hərəkətlər ediblər. O, həmin hərəkətləri video çəkiliş edib və sonra dəfələrlə onunla cinsi əlaqədə olub.

Zorlama ittihamı

Sənan Bağırov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilib.

Onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zabil Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə ifadə verən Sənan Bağırov özünü təqsirli bilməyib. O bildirib ki, Sadiq Səlimova qarşı zorakılıq və seksual xarakterli hərəkətlər etməyib.

Azyaşlıya qarşı daha kimlər zorakılıq edib?

Zərərçəkmiş Sadiq Səlimov ifadəsində deyib ki, mal-qara otaran zaman Sənan Bağırov onun yanına gəlib və ona zorakılıq edib. O, həmçinin bildirib ki, Sənan Bağırov bu hərəkətlərini videoya çəkib və "WhatsApp" vasitəsilə yayıb.

Azyaşlılara təcavüz edən kimlər cəza aldı?

Zərərçəkmiş qeyd edib ki, kənd sakinləri - Zəfər Həsənov, Pərviz Məmmədov, Alsu Vəliyev, Bəhrəm Vəliyev, Səfa Vəliyev və Şükran Əhmədov da ona qarşı zorakı hərəkətləri edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Bağırov və Murad Həsənovun hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan Sənan Bağırov və Murad Həsənovun vəkilləri apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində müdafiə etdikləri şəxslərin günahsız olduqlarını deyiblər.

Həmçinin bildirilib ki, zərərçəkmiş tərəf bir qrup şəxsin cinayəti törətdiyini qeyd etsə də, yalnız bu işdə iki nəfər - Sənan Bağırov və Murad Həsənov məsuliyyətə cəlb olunublar.

Vəkillər müdafiə etdikləri şəxslərin barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyiblər. Onların şikayətləri araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Yaxın günlərdə bu şikayətin araşdırma mərhələsi başlanacaq./Publika.az


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 7029   Tarix: 05 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Goranboyda 13 yaşlı qız faciəli şəkildə ölüb

Goranboyda 13 yaşlı qız dəm qazından boğularaq ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Məşədiqaralar kəndində baş verib. Kənd sakini - 2012-ci il təvəllüdlü Nərmin Cəfərova yaşadığı mənzilin hamam otağında dəm qazından boğularaq həyatını itirib. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar

20 dekabr
.

Bu toyuqları almayın - AÇIQLAMA

Toyuq əti Azərbaycanda ən çox istehlak olunan qida məhsullarından biridir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda toyuq əti sağlamlıq üçün ciddi təhlükə yarada bilər. xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssisi Ağa Salmanovun sözlərinə görə, risk əsasən istehsal, saxlanm

21 dekabr
.

Avtobus sürücüsü ilə qadın sərnişin əlbəyaxa dava edib - VİDEO

Adanada xüsusi ictimai avtobusda sürücü ilə qadın sərnişin arasında yaranan mübahisə davaya çevrilib. türk mediasına istinadən xəbər verir ki, hadisə günorta saatlarında şəhər mərkəzində fəaliyyət göstərən xüsusi ictimai avtobuslardan birində baş verib. İlkin məlumata görə, sürücü ilə qadın sərnişi

19 dekabr
.

TRT-nin canlı yayımında qadın "Bəsdir!" deyə qışqıraraq pencəyini cırdı - VİDEO

TRT Haber kanalında studiyadan kanal mərkəzinə qurulan canlı bağlantı zamanı arxa planda olan bir qadının yaşadığı əsəb gərginliyi efirdə də əks olunub. İdarə mərkəzi hadisənin fərqinə vardıqdan sonra görüntünü dərhal yayından çıxarıb. türk mediasına istinadən xəbər verir ki, canlı bağlantı zamanı qadını

19 dekabr
.

Ağdamda sahədə işləyən traktorçu minaya düşdü

Ağdamda sahədə soğan əkən traktorçu minaya düşüb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib. Belə ki, kənd sakini Məlik Məmmədov iş başında minaya düşüb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma başlanıb

17 dekabr
.

Boğazında çörək qalan şagirdi belə xilas etdilər - Anbaan görüntülər

Bakıda yerləşən orta məktəblərdən birində boğulma təhlükəsi ilə üzləşən şagird vaxtında göstərilən yardım sayəsində xilas olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə paytaxtın 112 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinfində qeydə alınıb. Belə ki, şagird yemək zamanı boğazında çörə

20 dekabr
.

Həmin balıqçı bir ay əvvəl evlənibmiş - VİDEO

Xəbər verdiyimiz kimi Astara rayonunun Şahağac kəndi yaxınlığında balıq tutmağa gedən iki nəfərin meyiti tapılıb. xəbər verir ki, onlardan biri 199-cu il təvəllüdlü Ağadədə Həsənov, digəri isə 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğludur. Turanın bir ay əvvəl evləndiyi bildirilir və sosial şəbəkələrd

20 dekabr
.

Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Son xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündü

20 dekabr
.

Dünyanın ən ölümcül dəniz canlılarından birinə toxunan turist təhlükəni sonra başa düşdü - VİDEO

Filippində tətil edən britaniyalı turist dayaz sularda qarşılaşdığı və zərərsiz sandığı bir dəniz canlısına toxunaraq böyük təhlükə ilə üzləşib. Mütəxəssislər bildirirlər ki, sözügedən canlı - mavi halqalılı ahtapot - siyanürdən təxminən 1 00 dəfə daha güclü zəhərə malikdir. türk mediasına istinadə

18 dekabr