Qızı və qardaşı qızı ilə sevişən, inanılmaz iyrəncliklər edənlər - FOTOLAR

Bir neçə gün öncə bütün xəbər saytlarını bürüyən, inanclı insanların heysiyyatına toxunulan mühüm bir xəbər yayıldı - Vatikanda növbəti seks-qalmaqalı: polis homoseksualların narkotiklərlə müşayiət edilən eyş-işrət məclisinə basqın etdi. İlkin olaraq "Metro" xəbər yaydı ki, jandarm Vatikanda bir mənzilə basqın edib, və gey-orgiya darmadağın edilib. Bəlkə də adi xəbər ola bilərdi, mənzilin sahibi nüfuzlu kardinal olmasaydı.
Binada yaşayan digər sakinlər "pis mənzil" barədə asayiş keşikçilərinə şikayət edib. Onların sözlərinə görə, axşamlar ora şübhəli şəxslər gəlirdilər. Hüquq mühafizə orqanları əməkdaşlarının əməliyyatı nəticəsində mənzildə yaşayan Papa Şurasının sədri, katib Françesko Kokkopalmerio tutulub. Ona hansı cəzanın veriləcəyi hələlik məlum deyil. Təxminən bir ay bundan öncə, iyun ayında isə Vatikanın baş xəzinədarı avstraliyalı kardinal Corc Pellanı insan zorlamaqda ittiham etmişdilər. Yeri gəlmişkən, homoseksual orgiyanın təşkilatçısı kardinal Françesko Kokkopalmerio uzun müddət narkotik asılılığı ilə mübarizə aparırdı.

Bütün bunların fonunda tarixə nəzər salmağı düşündük. Vatikanın 2000 illik tarixində bütün səhifələr ağ rəngdə deyildi – bir çox Roma Papası var idi ki, heç də dindar saymaq olmazdı, əksinə onlar tarixə Vatikanın üz qarası kimi düşməyi bacardılar. Adi insanlara örnək olmaq əvəzinə Papalar içərisində qəsbkarlar, əxlaqsızlar, indulgensiyalarla alver edənlər, yeni müharibələri alovlandıranlar və digər şəxslər var idi. Əsrlər boyu Papa taxt-tacı Avropa siyasətinin mərkəzi sayılırdı. Onların xeyirxah imici zaman keçdikcə əhəmiyyətli şəkildə dəyişməyə başladı. Bəs Roma Papalarından hansıları ən mənəviyyatsız şəxslər kimi tarixə düşə bilib?
Publika.az aşağıdakı icmalla onların bir neçəsini təqdim edir:
Papa VI Stefan (bəzi mənbələrdə VII), öz qısa müddətli hakimiyyəti dövründə tarixə iz sala bildi. 897-ci ildə o, "meyit məhkəməsi" adını almış ən qorxunc məhkəmənin təşəbbüskarı olub. VI Stefanın əmrilə onun sələfi və ideoloji düşməni olan Papa Formozun meyiti məhkəməyə təqdim edildi. Qorxunc məhkəmə iclasında meyiti taxtın üstündə oturdaraq simvolik sorğu-suala tuturlar. Onu xainlikdə ittiham etdilər, seçilməsini etibarsız saydılar, barmaqlarını kəsdilər, roma küçələrində sürüdülər və naməlum əcnəbilərdən ibarət qəbirdə basdırdılar. Məhkəmədən az sonra zəlzələ baş verdi və romalılar bunu "yuxarıdan əlamət" kimi qəbul edərək VI Stefanı taxtdan endirdilər.
955-964 illərdə Papa olmuş XII İoann zinalarda, yalançı şahidlikdə, kilsə torpaqlarının satışında ittiham olunub. Liutprand Kremonski öz xronikasında bunları iddia edir: "Dəqiq sübutlar var ki, o, Renyenin dul arvadı Stefani ilə, atasının məşuqəsi Anna ilə, qardaşı qızı ilə zina etmiş və ümumiyyətlə müqəddəs yeri fahişə evinə çevirmişdi". Ölümü də eyni iyrənclikdədir - onu yataqda arvadı ilə görən bir kişi qətlə yetirib.
Roma Papası IX Benedikt də ən abırsız və əxlaqsız hökmdarlardan biri kimi tarixə düşüb. O, zorlama və orgiya (kütləvi seks) təşkil etməsilə ittiham olunub. Onu "keşiş libasında cəhənnəmdən gələn şeytan" adlandırırdılar. O, həmçinin, öz hakimiyyətini pulla satmaq və sonradan yenidən taxta qayıtmaq istəyib.
Papa VI Urban 1378-ci ildə Roma-katolik kilsəsinin parçalanmasının təşəbbüskarı olub və taxt-tac uğrunda bu ixtişaşlar təxminən 40 il davam edib. O, öz qəddar və zalım xasiyyəti ilə tanınırdı.

XXII İoann günahların bağışlanmasını özünəməxsus biznesə çevirdi. Günah nə qədər ağır idisə, onun bağışlanması da bir o qədər yüksək qiymətləndirilirdi. X Papa Lev isə daha irəli getdi: qərara gəldi ki, "tariflər" həddindən artıq aşağıdır və indulgensiyanın dəyərini artırdı. Özü isə bədxərcliyilə Vatikanın xəzinənisini boşaldırdı. Böyük məbləğ müqabilində qatillərin və insest edən şəxslərin günahlarından keçirdi. Bu hiddət doğuran özbaşınalıq Papalığa qarşı xüsusi çıxışlara, etirazlara gətirib çıxardı. Eyni zamanda Martin Lüter də etirazlara qoşulmuşdu.
Qızı və qardaşı qızı ilə sevişən, inanılmaz iyrəncliklər edənlər - FOTOLARQızı və qardaşı qızı ilə sevişən, inanılmaz iyrəncliklər edənlər - FOTOLARQızı və qardaşı qızı ilə sevişən, inanılmaz iyrəncliklər edənlər - FOTOLARQızı və qardaşı qızı ilə sevişən, inanılmaz iyrəncliklər edənlər - FOTOLARQızı və qardaşı qızı ilə sevişən, inanılmaz iyrəncliklər edənlər - FOTOLARQızı və qardaşı qızı ilə sevişən, inanılmaz iyrəncliklər edənlər - FOTOLARQızı və qardaşı qızı ilə sevişən, inanılmaz iyrəncliklər edənlər - FOTOLARQızı və qardaşı qızı ilə sevişən, inanılmaz iyrəncliklər edənlər - FOTOLARMənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 4460   Tarix: 14 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus

5 may
.

Metroda qıza cinsi zorakılıq edən şəxs sərbəst buraxıldı, yenidən eyni addıma əl atdı - VİDEO

Türkiyədə metroda gənc qıza sataşan şəxs saxlanıldıqdan sonra sərbəst buraxılıb. xarici mediaya istinadən xəbər verir ki, şübhəli daha sonra başqa bir təcavüz hadisəsinə görə yenidən saxlanılıb. Cinsi zorakılığa görə cinayət keçmişi olan şübhəlinin marketdə biri uşaq olmaqla daha 2 nəfərə sataşdığı görüntülər

6 may
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

4 may
.

Finlandiya təcili şəkildə trotil zavodu tikmək istəyir

Finlandiya Ukraynada müharibə və partlayıcı maddələrin kəskin çatışmazlığı fonunda təcili olaraq trotil istehsalı zavodu tikmək istəyir. "Report" xəbər verir ki, bu barədə "Yle" ictimai yayımı məlumat yayıb. "Biz partlayıcı maddələrin istehsalını əhəmiyyətli dərəcədə artırmalıyıq

5 may
.

Ceyk Sallivan: 2025-ci ilə qədər Ukraynanın yeni əks-hücumunu gözləmək lazım deyil

"ABŞ Konqresinin bu yaxınlarda təsdiqlədiyi Kiyevə yeni hərbi yardım paketi döyüş meydanındakı vəziyyəti dərhal kökündən dəyişdirə bilməyəcək. 2025-ci ilə qədər Ukraynanın yeni əks-hücumunu gözləmək lazım deyil". "Report" xəbər verir ki, bunu Vaşinqtonda "Financial Times"

5 may
.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

5 may
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

4 may
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

5 may
.

KİV: HƏMAS İsraillə razılaşmanın birinci mərhələsində 33 girovu azad etməyə hazırdır

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında vəziyyətin nizamlanması üçün İsraillə razılaşmaların birinci mərhələsində radikalların əlində olan 33 girovu azad edəcəyi ilə bağlı razılığa gəlib. "Report"un məlumatına görə, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. Eyni zamanda, məlumat

5 may