Deputat: Maaş və pensiyalar artırılsın

Deputat: Maaş və pensiyalar artırılsınTarif Şurasının müvafiq qərarı ilə "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti artırılaraq, 1 litr üçün 0,90 AZN müəyyən olunub. Bu digər sahələrə nə kimi təsir göstərəcək?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü millət vəkili Əli Məsimli Sonxeber.az-a açıqlamasında benzinin qiymətinin bahalaşmasının bütün sahələrə təsir edəcəyini bildirib.

Onun sözlərinə görə, benzinin bahalaşması nəqliyyatla bağlı sahələrdə qiymət artımına səbəb olacaq. O cümlədən nəqliyyatda daşınan məhsulların maya dəyərində artan məbləğ özünü büruzə verəcək.

Millət vəkili vurğulayıb ki, qiymət artımı olanda hərmişə əhali arasında panika təsiri yaranır. Sahibkarlar benzinin qiyməti bahalaşdığından digər məhsulların da qiymətini qaldırmağa çalışırlar. Bu bahalaşma xüsusən aztəminatlı təbəqənin nəqliyyatına, aldığı məhsulların qiymətinə təsir edəcək. Ümumiyyətlə benzinin qiymətini qaldırmağa bir əsas yox idi. Hansısa təşkilatların təsərrüfatsızlığının, idarəetmə meyarının aşağı səviyyədə olması bahalaşmaya gətirib çıxardı. Bu baxımdan onlar maya dəyərinin aşağı salınması istiqamətində işlər görsünlər ki, onların fəaliyyətinin mənfiliklərindən əhali əziyyət çəkməsin".

"Benzinin bahalaşması nəqliyyat xərclərinə birbaşa təsir göstərəcək və qiymət qalxacaq. Bu da öz növbəsində nəqliyyat sektorunda daşımaların qiymətini artıracaq. Daşımada qiymət artacaqsa dolayı yolla daşınan məhsulların, əhaliyə ən çox lazım olan məhsulların bahalaşmasına gətirib çıxaracaq. Nəticə etibarı ilə əhalinin aldığı məhsulların bahalaşmasına təsir edəcəksə deməli aztəminatlı təbəqənin əməkhaqlarının, pensiyalarının artırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əlavə tədbirlər görülməsinə ehtiyac var. Benzinin qiyməti qalxıbsa nəqliyyatın bütün sahələrində artım olacaq. Avtobus dəmiryol nəqliyyatında bahalaşma olacaq.Bu baxımdan maaşların pensiyaların artırılması istiqamətində əlavə tədbirlər görülməsi vacibdir".-Əli Məsimli deyib.

Millət vəkili benzinin bahalaşmasının kommunal xidmətlərə təsir edəcəyinə də münasibət bildirdi:

"Bu proses kommunal xidmətlərə dolayı yolla təsir göstərəcək və bu psixoloji təsiri ola bilər. Bu zəncirvari psroses kimi bir müddət sonra kommunal xidmətlərdə qiymətlərin artmasına təsir göstərəcək".

Aysel Kərimova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 12866   Tarix: 15 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTO

Bəzi media səhifələrində paytaxtın Səbail rayonu ərazisində ictimai iaşə obyektlərinin birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub. Bu barədə -a Qida Təhlükəsizliyi Agentliyində

7 may
.

Elşad Həsənov geyim satan şirkətlə Yasamalın yollarını təmir etmək istəyir – 387 minlik tenderin izi ilə

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yolların təmiri ilə "Koneks Construiction" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. xəbər verir ki, şirkət qurumu bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. "Koneks Construction"

7 may
.

Azərbayanda bu şəxslərə mənzil kirayəsi ilə əlaqədar pul veriləcək

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək. "Report"un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliy

7 may
.

DİQQƏT: Azərbaycanda dönərdən zəhərlənənlərin sayı KƏSKİN ARTDI - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Qeyd edək ki, məsəl

7 may
.

Keçmiş məhkum yenə narkotiklə tutuldu

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum olunmuş Habil Zamanov saxlanılıb. Bu barədəSonxeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunda

7 may
.

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

Mayın 7-də Hərbi Prokurorluqda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğu

7 may
.

Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO

Keşlə bazarının söküntüsü həyata keçiriləcək. xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Səbəb olaraq isə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinin başlamasını göstəriblər

7 may
.

Sabah leysan yağacaq, külək əsəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 8-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edili

7 may
.

Şəhidin yeganə qardaşı vəfat etdi - Fotolar

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Cahangir Tağızadənin ailəsinə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. Şəhidin yeganə qardaşı Elvin Tağızadənin bədbəxt hadisə nəticəsində vəfat etdiyi qeyd edilib

7 may