Azərbaycanlı oliqarxdan uşaq dünyaya gətirən Ruhi - "Ondan sonra həyatım dəyişdi" - FOTO

Azərbaycanlı oliqarxdan uşaq dünyaya gətirən Ruhi - "Ondan sonra həyatım dəyişdi" - FOTO"Ana olana qədər xoşbəxtliyim bütöv deyildi. Təbii ki, sevib-sevilirdim. Dəyərli insandan özü boyda dəyər alırdım, o öz yerində... Amma qadın olaraq məndə tamamlanmayan bir hiss var idi - analıq hissi. Məhz ana olandan sonra dünyanın ən xoşbəxt qadını oldum".

Bu sözləri biznes-ledi Ruhi Əliyeva deyib. Əkiz övladlarının doğum gününü qeyd edən Ruhi onlara olan hisslərini bölüşüb:

"Uşaqlarımı çox çətinliklə dünyaya gətirdim. Yaşanan hər ağrı-acıya baxmayaq yaşadığım hiss o qədər güclü idi ki, mənə heç bir qüvvə qalib gələ bilməzdi. Övladlarım həyatımı tamamilə dəyişdi. Hər gün bir başqa Ruhi olduğumu anladım. Daha həssas, kövrək oldum, bəlkə də... Onlar mənim duyğularımı gözəlləşdirdi, hisslərimi daha da saf etdi. Mən təsəvvür belə etmirmişəm ana övladına bu cür yanaşa bilərmiş.

İçimdə izaholunmaz, möhtəşəm bir duyğu var. Bütün ana olmayan qadınlara yaşadığım bu müdhiş hissləri arzu edirəm. Ana olmadan bunları dadmaq mümkünsüzdür. Bu gün ona görə xoşbəxtəm ki, Məhəmməd və Həsənin anasıyam. Şükür edirəm ki, bu gün sağlam, savadlı, yaşından asılı olmayaraq böyük dərrakəli iki oğul anasıyam. Allahımdan çox razıyam. Mənə hər şeyi gec nəsib etsə də, təməlli, möhkəm verir! Rəbbim sevimli bəndələrini sınağa çəkir, deyirlər. Mən də Allahın sevimli bəndəsiyəm, bəlkə də... Çünki hər şeyi əziyyətlə əldə etmişəm.

Bu gün övladlarımın doğum günüdür. Həyatdaki bütün arzularım onlarla bağlıdır. Sağlam, savadlı şəxsiyyət olmalarını gözləyirəm. Valideynlərinə, vətəninə, millətinə layiqli övlad olacaqlarına ümidim böyükdür! İnşallah, Məhəmməd və Həsən insansevər, vətənpərvər olarlar. Onların yüksək təhsilə sahiblənməsi üçün əlimdən gələni edirəm. İnşallah, daima başımızı uca edərlər".

Qeyd edək ki, müğənni Ruhi Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan azərbaycanlı oliqarx-professor İlham Rəhimovla münasibətindən Məhəmməd və Həsən adlı iki oğul dünyaya gətirib.(BiG.AZ)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 5523   Tarix: 25 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq artistinə AĞIR İTKİ

Xalq artisti Yusif Eyvazovun ailəsinə ağır itki üz verib. xəbər verir ki, sənətçinin həyat yoldaşı Anna Netrebkonun atası dünyasını dəyişib. Bu haqda Xalq artisti sosial şəbəkədə məlumat verib. O, qayınatası ilə görüntülərini yayımlayaraq onun vəfatı üçün dərin kədər hissi keçirdiyini bildirib:. "2005-c

8 sentyabr 2021
.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətl

16 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm

6 sentyabr 2021
.

Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. -a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib. Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlə

6 sentyabr 2021
.

"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO

Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ

17 sentyabr 2021