Ermənistanda çaxnaşma: müharibə başlayır

Ermənistanda çaxnaşma: müharibə başlayırErməni general xalqa müraciət etməli olub

Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinin yaydığı birgə bəyanat İrəvanda müharibə çaxnaşmasına səbəb olub.

Ermənistan paytaxtında əhali o qədər qorxuya dühüb ki, Şuşanın işğalına rəhbərlik etmiş erməni general Arkadi Ter-Tadevosyan xalqa müraciət etməli olub.

Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinin yaydığı bəyanatda dinc əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhalinin atəşə tutulmasının qabardılması erməni ekspertləri ən çox qorxudan səbəbdir. Onlar düşünürlər ki, Azərbaycan böyük müharibə planlaşdırır və bunu əsaslandırmaq üçün mülki əhalini qorunması problemini irəli sürür.

"Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca ağır silahlardan istifadə edilməklə atəşkəs rejiminin intensiv şəkildə pozulması və təxribatların törədilməsi halları baş verməkdədir", - deyə Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinin yaydığı birgə bəyanatda deyilir.

Azərbaycanın əldə etdiyi ən qorxulu silah
Beləliklə, Ermənistanda müharibə ilə bağlı yeni qorxu dalğası başlayıb və bu, 1990-cı illərdə olduğu kimi geniş hal ala bilər. 1994-cü ildə baş vermiş Horadiz döyüşlərindən sonra da İrəvanda belə əhval-ruhiyyə yaranmışdı və ermənilər kütləvi olaraq şəhəri tərk edirdilər. Bunun əsas səbəbi Horadiz döyüşlərində 15 min erməninin həlak olması ilə bağlı idi. Ermənistan rəhbərliyi cəbhədəki itkilərin yerini doldurmaq üçün zavod və fakriklərdən hərbi təcrübəsi olmayan adamları ön cəbhəyə aparırdılar. Ailələrinə isə oğullarının Rusiyaya ezamiyyətə getdiyini deyirdilər.

Qeyri-rəsmi məlumatlara görə, Ermənistan birinci Qarabağ münaqişəsində 75 min əsgər itirib. O vaxt Ermənistanda belə bir lətifə yaranmışdı: "İrəvanı axırıncı tərk edən adam hava limanında işığı söndürsün".
İndi də Ermənistandan miqrasiya var, hər il 2 minə yaxın 16 yaşa çatmamış oğlan Ermənistanı tərk edir. Bu, Ermənistanın hərbi çağırışa yararlı gənclərinin 10 faizi deməkdir. Erməni hərbçilər bu rəqəmin dəfələrlə artmasından qorxurlar, bu isə Ermənistanda onsuz da çətin olan hərbi çağırışçı problemini dərinləşdirəcək.

"Lragir" vasitəsi ilə ermənilərə müraciət edən general-mayor Arkadi Ter-Tadevosyan erməniləri sakitləşdirməyə çalışıb: "Onlar (azərbaycanlılar - red) gah burada, gah orada hərbi təlim keçirirlər ki, bizim aramızda çaxnaşma yaransın".

Halbuki, Arkadi Ter-Tadevosyanın iyulda aktiv döyüşlərin başlaya biləcəyini və Ermənistanın aprel döyüşlərinin intiqamını alacağını bildirmişdi. İndi isə sülhdən danışmağa başlayıb.

Mənbə: istipress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 7083   Tarix: 28 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

2 may
.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

1 may
.

Yeni təyin olunan rektor kimdir? - DOSYE

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. yeni təyin olunan rektorun dosyesini təqdim edir:. Heydər Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasiba

2 may
.

İranın mədəniyyət naziri Azərbaycana gələcək

İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana gələcək. Bu barədə nazir yerli mediaya açıqlamasında bəyan edib. Onun sözlərinə görə, səfərin məqsədi region ölkələri ilə münasibətlərin yaxşılaşdırılması yolunu davam etdirmək və beynəlxalq sammitdə iştirak etməkdir. M.M.İsmaili rəsmilərl

29 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel