Prezidentin həbs olunmuş qızı Gülnarə Kərimova haqda ŞOK FAKTLAR

Prezidentin həbs olunmuş qızı Gülnarə Kərimova haqda ŞOK FAKTLARÖzbəkistanın sabiq prezidenti İslam Kərimovun dünən həbs olunan qızı Gülnarə Kərimova haqqında indiyə kimi bilinməyən məqamlar ortaya çıxıb.

Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, Gülnarə Kərimova hələ atasının sağlığında bəzi cinayətkar qruplarla əlbir olubmuş. Bildirildiyinə görə, prezident qızı sənətçi tərəfi ilə cinayət əməllərini uzun müddət ört-basdır edə bilib. Ailəsi ilə münasibətləri korlanandan sonra isə prezidentin xanımı qızının arxasında dayanan bütün qüvvələri sıradan çıxarıb. İndi isə arxasındakı qüvvə çəkildiyindən Gülnarə cinayət əməllərini daha çox gizlədə bilməyib.

Kimdir Gülnarə Kərimova?

Qeyd edək ki, sözü gedən məşhur xanım 1972-ci ildə anadan olub və sabiq prezidentin böyük qızıdır. O, atasının sağlığında və hələ münasibətlərinin korlanmadığı vaxtlarda çox böyük gücə sahib olub. Gülnarə Kərimova 1991-ci ildə Mansur Maqsudi ilə evlənib. 12 il davam edən evlilik 2003-də sona çatıb. Həmin evlilikdən Gülnarənin iki övladı var.

Təhsilini Daşkənd Universitetində başlayan Gülnarə Kərimova 1996-cı ildə məzun olub. Daha sonra ABŞ-da Harvard Universitetində master dərəcəsi alıb. 2009-cu ildən bəri siyasət elmi üzrə professordur. Həmçinin Gülnarə Kərimova Özbəkistanda Texnologiya Universitetinin də məzunu olub, 1992-ci ildə ABŞ-da Fashion Universitetində tam kurs keçib.

Gülnarə Kərimova iş adamı olmaqla yanaşı, moda stilisti və müğənni kimi də fəaliyyət göstərib. O həmçinin Mədəniyyət forumu və Özbəkistan Sənətçilər Fondunun da rəhbəridir.

2015-ci ildə aparılan istintaq zamanı saxlanılan Gülnarə Kərimovanın Özbəkistanda Skandinaviya və Rusiya telekom şirkətlərindən 1 milyard dollar rüşvət aldığı ortaya çıxıb. Lakin Gülnarə Kərimova bu ittihamları qəbul etmir.

Gülnarə Kərimova həbs edilənə qədər Cenevrə şəhərində 2009-cu ildə aldığı 18 milyon 200 min İsveç frankına aldığı mənzildə yaşayıb.

Türkiyə mətbuatı isə yazıb ki, Gulnarə Kərimova bundan 2 il qabaq da saxlanılıb, barəsində araşdırma aparılıbmış.

Daha sonra məlum olub ki, sabiq prezidentin qızı müəyyən cinayətkar qrupla birgə külli miqdarda dövlət əmlakını mənimsəyib və hədə-qorxu ilə pul tələb ediblər. Gülnarə Kərimovanın daxil olduğu mütəşəkkil cinayətkar qrupun 12 xarici ölkə ərazisində 1,394 milyard dollar, 27,1 milyon funt sterlinq və 18,5 milyon frank dəyərində aktivləri aşkarlanıb.

Bundan başqa, onların eyni zamanda Fransa, Honkonq, İsveç, Böyük Britaniya, Latviya, İrlandiya, BƏƏ, Malta, İspaniya və Rusiyada da mülk və pulları olub.

Təkcə İsveçrədə 777,8 milyon dollar və Koloni şəhərində dəyəri 18,5 milyon dollar olan villa aşkarlanıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 4481   Tarix: 29 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

4 may
.

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Aviasiya tarixində dayanmadan və yanacaq doldurmadan dünya ətrafında ilk uçuş edən Dik Rutan 85 yaşında Aydaho (ABŞ) xəstəxanasında vəfat edib. Məlumata görə, pilot ağır ağciyər infeksiyası keçirdikdən sonra oksigendən imtina etmək qərarına gəlib. Dik öz nailiyyətinə ikinci pilotu Cina Yiger ilə imz

5 may
.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

5 may
.

İranın dövlət televiziyasına kiberhücum olub

İranın dövlət televiziyasına kiberhücum olub. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb. Məlumata görə, hücum zamanı efirdə BBC kanalının İranda baş verən xalq etirazlarında insanların öldürülməsi və həbs edilənlərin də edam təhlükəsində olması ilə bağlı səs yazısı yayımlanıb.

4 may
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

5 may
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

5 may
.

Rusiya Volodimir Zelenskini AXTARIŞA VERDİ

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenskini axtarışa verib. "Report" xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. Məlumatda Ukrayna dövlət başçısının Rusiya Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi açıqlanmayıb

4 may
.

KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

ABŞ münaqişə başlayandan bəri ilk dəfədir ki, İsrailə sursat tədarükünü dayandırıb. "Report" xəbər verir ki, bu barədə Amerikanın "Axios" nəşri iki İsrail rəsmisinə istinadən məlumat yayıb. "İsrail rəsmiləri bildiriblər ki, ötən həftə İsrailə sursat tədarükü dayandırılıb"

5 may
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

5 may