Ən varlı ölkənin ən zavallı insanları: "Həyatımız bizə qarşıdır" - FOTO

Nə qədər çalışsalar da, bir o qədər yolxsullaşırlar. Aclıq, yoxsulluq, səfillik, ümidsizlik, hirs, sinir, pərişanlıq.

Bura ABŞ-ın Missisipi ştatı, Missisipi çayının deltasıdır.

Burada yaşayanların 40 faizi yoxsulluq səviyyəsindən aşağıda ömür sürürlər.

Birləşmiş Ştatlarda federal miqyasda yoxsulluq səviyyəsi 15 faizdən artıq deyib.

"Delta" adlandırılan məkanda isə vəziyyət fəlakət, faciə həddindədir.

Yerli sakinlərin tam əksəriyyəti yoxsullardır.

Onlar işləmək istəmədikləri üçün belə acınacaqlı həyat sürmürlər.

Tam əksinə.

Məsələn, Otibehiya Allen iki yerdə işləyir. Amma övladlarına yemək pulunu güclə çatdırır.

ABŞ-da ən yoxsul vətəndaşlara verilən "Medicare" dövlət tibb sığortasının ləğv olunması ilə bağlı işlər gedir.

Belə olarsa, "Delta" sakinlərini nə gözləyir - təxminləmək belə, çətindir.

Otibehiya Allen Missipi çayının deltasında, soya və pambıq tarlalarının arasında doğulub, böyüyüb, yaşayır.

O, övladlarını təkbaşına böyüdür.

Furqonda yaşayırlar və yay aylarında bu "treyler-ev" saunaya dönür, çünki xarab olmuş kondisioneri təmir etmək, yaxud yeni kondisioner almaq üçün Otibehiyanın pulu yoxdur.

5 övlad anası olan Allenin dediyinə görə, övladlarına, sadəcə, yemək pulunu tapmaq üçün həftədə 30 saatdan çox çalışır: "Həm "call center"də işləyirəm, həm də klinikada nəqliyyat dispetçeri kimi çalışıram. İki yerdən maaş alıram, amma yeməyə güclə çatır".

Allenin maşın almağa pulu yoxdur. "Delta"da isə ictimai nəqliyyat yox səviyyəsindədi.

Missisipi deltasında yoxsullar əksəriyyət etibarilə "Sunflower county" ("Günəbaxan bölgəsi") adlanan məkanda yaşayırlar. Burada əmək qabiliyyətinə malik 26407 nəfərin 40 faizi işsiz, 70 faizi yoxsuldur.

Missisipi ştatının 3 milyon sakininin 35 faizi qaradərililərdir.

"Delta"da yaşayanlar ərzaq almaq üçün 21 km uzaqlıqdakı Klarksdeyl şəhərinə yollanmaq məcburiyyətindədir.

"5 uşağı böyütmək asan deyil. Yox, anlayıram ki, kimsə məndən bu qədər uşaq doğmağı tələb etməyib. Mən belə qərar verdim və deməli, bu uşaqlara görə mən cavabdehəm. Yaşamaq, yaşatmaq isə çətindir", - Allen ağlayır.

49 yaşlı pediatr Barbara Riks də "Delta"da doğulub, burada böyüyüb.

O da yoxsul yaşayır.

"Yoxsulluq yalnız sosial problem yox, həm də tibbi problemdir. Burada yaşayanların yaşamı, sanki, onlara qarşıdır. ABŞ dünyanın ən varlı, ən qüdrətli ölkəsi sayılır. Amma biz ən qüdrətli ölkənin ən naəlac, ən zavallı, ən yoxsul insanlarıyıq. Vaşinqtonda oturanlar niyə bizi görmək, səsimizi eşitmək istəmirlər", - Barbara Riks qəhərlənərək söyləyir.

(milli.az)
Ən varlı ölkənin ən zavallı insanları: "Həyatımız bizə qarşıdır" - FOTOƏn varlı ölkənin ən zavallı insanları: "Həyatımız bizə qarşıdır" - FOTOƏn varlı ölkənin ən zavallı insanları: "Həyatımız bizə qarşıdır" - FOTOƏn varlı ölkənin ən zavallı insanları: "Həyatımız bizə qarşıdır" - FOTOƏn varlı ölkənin ən zavallı insanları: "Həyatımız bizə qarşıdır" - FOTOƏn varlı ölkənin ən zavallı insanları: "Həyatımız bizə qarşıdır" - FOTOƏn varlı ölkənin ən zavallı insanları: "Həyatımız bizə qarşıdır" - FOTOƏn varlı ölkənin ən zavallı insanları: "Həyatımız bizə qarşıdır" - FOTOƏn varlı ölkənin ən zavallı insanları: "Həyatımız bizə qarşıdır" - FOTOƏn varlı ölkənin ən zavallı insanları: "Həyatımız bizə qarşıdır" - FOTOƏn varlı ölkənin ən zavallı insanları: "Həyatımız bizə qarşıdır" - FOTOƏn varlı ölkənin ən zavallı insanları: "Həyatımız bizə qarşıdır" - FOTOƏn varlı ölkənin ən zavallı insanları: "Həyatımız bizə qarşıdır" - FOTOƏn varlı ölkənin ən zavallı insanları: "Həyatımız bizə qarşıdır" - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1430   Tarix: 07 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bir müddət xəbər alınmayan kişi evində ölü tapıldı - Qatil axtarılır

Bir müddət xəbər alınmayan kişi evində ölü tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə bir müddətdir xəbər alınmayan 38 yaşlı Ferdi Dəniz evində ölü tapılıb. Həkim qrupları ilə birlikdə evə gələn jandarma, başından tüfənglə vurulmuş vəziyyətdə hərəkətsiz vəziyyətdə tapıb. Öldüyü təsbi

7 may
.

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin bəzi nümayəndələrinə qarşı sui-qəsd hazırlayan agent şəbəkəsi ifşa edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Saxlanılanlar arasında V. Zelenskini

7 may
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

5 may
.

KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

ABŞ münaqişə başlayandan bəri ilk dəfədir ki, İsrailə sursat tədarükünü dayandırıb. "Report" xəbər verir ki, bu barədə Amerikanın "Axios" nəşri iki İsrail rəsmisinə istinadən məlumat yayıb. "İsrail rəsmiləri bildiriblər ki, ötən həftə İsrailə sursat tədarükü dayandırılıb"

5 may
.

Kirayə villada dəhşətli qətl: Həyat yoldaşının mesajlarını gördü...

Mart ayında Türkiyənin Bursa şəhərində villada baş verən partlayış və yanğından sonrakı hadisənin təfərrüatları ortaya çıxıb. xarici mediaya istinadən xəbər verir ki, aparılan istintaq zamanı yanğın baş verilən meyitdə bıçaq zərbələrinin olduğu məlum olub. Bıçaq izləri olan şəxsi öldürdüyü iddiası il

7 may
.

Avropa İttifaqının Qırmızı dənizdəki missiyası hərbi gəmi çatışmazlığı yaşayır

"Avropa İttifaqının Qırmızı dənizdəki missiyasının təhlükəsiz və tam işləməsi üçün kifayət qədər gəmisi yoxdur". "Report" xəbər verir ki, bu barədə Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) fevralın 19-da yaradılan "Aspides" adlı missiyasını

5 may
.

İranda molla hicaba görə qadına hücum edib - VİDEO

Qum şəhərində hökumət mollası baş örtüyü çiyinlərinin üstünə düşən qadını təhqir edib. Bu barədə "Azad İran" "Telegram" kanalı sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən, xəbər yayıb. Məlumata görə, çarəsiz qadın təhqir edilməsinin qarşısında mollaya iradını bildirdəndən sonr

6 may
.

Əsrlik malikanənin partlama görüntüsü: 1 ölü - VİDEO

Türkiyənin Amasya şəhərind 130 illik malikanədə baş verən partlayışın görüntüləri ortaya çıxıb. xarfici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfər dünyasını dəyişib. Amasyada Sultan II. Bəyəzid məscidinin yanındakı yanğında külə dönən 100 illik tarixi malikanədə partlayış anı təhlükəsizli

7 may
.

Ölən əmisini banka aparıb kredit götürmək istəyən qadın DANIŞDI " Öldüyünü hiss etməmişdim" - VİDEO

Ötən ay əlil arabasında əmisinin cansız bədəni ilə banka gedərək kredit götürməyə çalışan qadın ilk dəfə danışıb. xarici mediaya istinadən xəbər verir ki, 43 yaşlı qadın ifadəsində bunları deyib. "Ailəmdən ayrı keçirdiyim günlər dəhşətli, çox çətin keçdi. Əmim öldüyünün fərqinə varmadım. İnsanları

8 may