Nazir müavinindən dəhşətli hərəkət - qadını restoranda ... - VİDEO - FOTO

Cənubi Afrika Respublikasının ali təhsil və tərbiyə nazirinin müavini Mduduhi Manana Yohannesburq şəhərindəki restoranlardan birində qadını döyüb.

Davaya nazirin əlaltıları da qoşulublar və sonucda üç qadın döyülüb.

Nazir müavini olaya görə üzr istəsə də, qadınlar onun istefasını tələb edirlər.

Hadisə Yohannesburqdakı "Cubana Fourways" restoranında baş verib. Qadın burada qohumları və rəfiqələri ilə şam edirdi. Onlar iqtidardakı Afrika Milli Konqresi (ANC) Partiyasının yeni liderinin seçkilərini müzakirə ediblər.

Seçkilər dekabrda keçiriləcək.

Nazir müavini qadını restoranda döydü - VİDEO - FOTO
Manana və dostları yaxınlıqdakı masada oturmuşdular.

"Biz, sadəcə, istirahət edirdik. Lakin nazir müavini və dostları söhbətimizə müdaxilə etdilər, qışqırmağa və söyməyə başladılar. Sonra hücum çəkib bizi döydülər", - zərərçəkən qadın Mandiza Duma deyib.

Manana isə The Times-a deyib: "O qadın məni söyməyə başladı, sonrda homoseksual adlandırdı. Qadını mən vurmadım. Mənimlə gələnlər dalaşıblar. Baş verən hadisəyə görə Mandiza Dumadan, ölkə hökumətindən və bütün qadınlardan üzr istəyirəm".

CAR-ın polis naziri Fikile Mbalula olayın tam təfərrüatı ilə araşdırılacağını deyib.

Yohannesburqun Duqlasdeyl səmtindəki polis idarəsində cinayət işi açılıb.

Hazırda CAR-da qadınların zorakılıqdan müdafiəsi aylığı (Women's Month) keçirilir.

Ölkədə iqtidarda olan ANC partiasının qadın təşkilatı (African National Congress Women's League, ANCWL) olayı qətiyyətlə pisləyib, döyülən qadınları dəstəklədiyini bəyan edib, qanun qarşısında hamının bərabər olduğunu xatırladıb.

CAR-da sosial şəbəkələrdə Mandiza Dumaya dəstək məqsədilə "#JusticeForMandisaDuma" heşteqi yaradılıb.

(MİLLİ.AZ)
Nazir müavinindən dəhşətli hərəkət - qadını restoranda ... - VİDEO - FOTONazir müavinindən dəhşətli hərəkət - qadını restoranda ... - VİDEO - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1992   Tarix: 09 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avropa İttifaqı "Telegram"ı nəzarətə götürdü

Belçikanın Poçt Xidmətləri və Telekommunikasiya İnstitutu Avropa İttifaqı daxilində "Telegram" sosial şəbəkəsinin işini tənzimləyəcək və platformaya nəzarəti həyata keçirəcək. Belçika mətbuatı yazır ki, institut "Telegram"ın mesencerində qeyri-qanuni məzmunun yayılmasına, zorakılığ

6 may
.

Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub

"Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub". "Report" xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, ölkənin enerji sistemi külək və Günəş Enerjisi Generatorları tərəfindən dəstəklənir:. "Yaz və yayd

5 may
.

Polisdən qaçarkən tarlada qəza törətdilər, daha sonra gizlənməyə çalışdılar: Avtomobildən minlərlə...

Polisdən qaçan avtomobil tarlaya girdi. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Avtomobildə aparılan axtarış zamanı minlərlə narkotik həb aşkar edilib. Sürücü polisdən idarəetməni itirib əlkin sahəsinə girib. Qəzadan sonra maşında olan 4 nəfər ərazidə gizlənməyə çalışıblar

6 may
.

Villada müəmmalı ölüm: 17 yaşlı yeniyetmə...

17 yaşlı gənc villada ölü tapılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, 17 yaşlı Mervan İpek adlı gənc Böyükçekmecedə əylənmək üçün kirayə qaldığı lüks villadakı hovuzda ölü tapılıb. İlkin məlumatlara görə, gənc qız , hovuza düşüb və boğularaq həyatını itirib

6 may
.

Ermənistanda Rusiya kanallarının yayımı dayandırıla bilər

Ermənistanda Rusiya kanallarının yayımı dayandırıla bilər. TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib. O, qeyd edib ki, Rusiya telekanalları Ermənistanın daxili həyatına hörmətsizlik etsələr, onların yayımı qadağan olunacaq. "İmzalanmı

7 may
.

Əsrlik malikanənin partlama görüntüsü: 1 ölü - VİDEO

Türkiyənin Amasya şəhərind 130 illik malikanədə baş verən partlayışın görüntüləri ortaya çıxıb. xarfici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfər dünyasını dəyişib. Amasyada Sultan II. Bəyəzid məscidinin yanındakı yanğında külə dönən 100 illik tarixi malikanədə partlayış anı təhlükəsizli

7 may
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

5 may
.

Kirayə villada dəhşətli qətl: Həyat yoldaşının mesajlarını gördü...

Mart ayında Türkiyənin Bursa şəhərində villada baş verən partlayış və yanğından sonrakı hadisənin təfərrüatları ortaya çıxıb. xarici mediaya istinadən xəbər verir ki, aparılan istintaq zamanı yanğın baş verilən meyitdə bıçaq zərbələrinin olduğu məlum olub. Bıçaq izləri olan şəxsi öldürdüyü iddiası il

7 may
.

Qovulan qız şagird, silahla məktəbə qayıdaraq atəş açmağa başladı - VİDEO

Türkiyədə davamsızlıq və intizam cəzası səbəbindən məktəbdən qovulan şagird, silahla məktəbin qapısına gəlib. xarici mediaya istinadən xəbər verir ki, məktəbə daxil olmaq istəyən, qapını təpiklə vuran və havaya bir neçə dəfə atəş açıb. Ətrafda və məktəb daxilində böyük çaxnaşma yaşanıb. Qız şagird qapın

7 may