ERMƏNİLƏR: "Burda perspektiv yoxdur"

İsveçrəli jurnalist Mihael Vraze "Luzerner Zeitung"da dərc edilmiş "Vətənə" qayıdış" adlı reportajında yeni sığınacaq tapmaq ümidi ilə Ermənistana üz tutan suriyalı ermənilərin ağır taleyindən bəhs edib.
Məqalədə 2012-ci ildən etibarən 20 mindən çox suriyalı erməninin Ermənistana üz tutduğu qeyd edilir.
Guya, Ermənistan Suriyadakı vətəndaş müharibəsindən qurtulmağa çalışan ermənilərə nəinki siyasi sığınacaq verməyə, hətta pasportlarla təmin olunmalarına şərait yaratmağa hazır imiş... Reallıq isə tamam əksini deyir.
Erməni qaçqınlarının demək olar ki, hamısı Hələb şəhərindən qaçmışlar. "Onlardan təqribən 16 min nəfərə yaxını Ermənistanda qalıb. Əksəriyyətinin vəziyyəti müharibədən öncəki Suriyadakı vəziyyətdən qat-qat acınacaqlıdır", – deyə məqalədə qeyd olunur.
"Hələbdə mənim məşhur bir avtomobil emalatxanam var idi", – deyə müəllif hazırda Ermənistanın boğanaqlı yeraltı keçidlərindən birində paxlava satan Ovanes Degirmengyanın sözlərini sitat gətirir.
"Onun qazancı çox aşağıdır. Yaşı 50-ni xeyli ötmüş Ovanesin beş nəfərdən ibarət ailəsini dolandırmaq üçün qeyri-hökumət təşkilatlarının köməyi olmadan baş çıxarması mümkünsüzdür. Həmin QHT-lər Ermənistan hökumətinin qaçqınların inteqrasiyasına dair vəzifələrini öz üzərinə götürmüşlər. "Aleppo-ngo.org" kimi QHT-lər Beyrutdan Ermənistana axışan qaçqınlar üçün aviabiletlər təşkil edir, Ermənistan paytaxtında məskunlaşdıqları evlərin kirayə haqqını ödəyir və işə düzəlmələrinə yardım edir", – deyə məqalədə qeyd olunur.
"Yeni gələnlərin demək olar ki, hamısı burada bir-iki ay qalacaqlarını, sonra isə yenidən Suriyaya qayıdacaqlarını zənn edirdi", – deyə humanitar təşkilalardan birinin mətbuat katibi Sarkis Balxyan məqalə müəllifi isveçrəli jurnalistə bildirmişdi.
Hər üçüncü adamın işsiz olduğu bir ölkədə həyatlarını yenidən qurmaq məcburiyyətində qalmaları suriyalı ermənilər üçün əsl şok olmuşdur.
"Yerli ermənilər bizim doğma evimizdə olduğumuzu hiss etməyimizə imkan vermir. Onlar bizim nəyə isə iddialı olduğumuzu, onları nədənsə məhrum etmək niyyətində olduğumuzu düşünür", – deyə Sevak Sarkis adlı qaçqınlardan biri giley edir.
Sevakın atası Suriyaya qayıtmağı arzulayır: "Müharibə dayanan kimi, birinci mən geriyə qayıdacağam", – deyə o, "erməni vətənini" tamamilə başqa cür təsvir etdiyini qeyd edərək, təəsüfflə bildirir.
Mihael Vraze məqaləsində Hələb əsilli suriyalı qaçqın Anna İstanyandan da sitat gətirir. Belə ki, Anna da öz gələcəyini Ermənistandan xaricdə görür: "İstər iş baxımından, istərsə də yaşamaq baxımından bura həddindən artıq darısqaldır. Perspektiv çatışmazlığı var, irəli getmək şanslarının bol olduğu Avropa ilə ABŞ-dan fərqli olaraq, burada elə imkanlar yoxdur". Anna "vətən" olan Ermənistanın onun üçün Suriyadan "qızıl Qərbə" aparan yolda sadəcə bir aşırım, bir keçid olduğunu bildirir.
ERMƏNİLƏR: "Burda perspektiv yoxdur"ERMƏNİLƏR: "Burda perspektiv yoxdur"Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1688   Tarix: 10 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan və İran generalları görüşdülər

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini

3 may
.

Rəsmi Bakıdan sərt AÇIQLAMA: "Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik"

29 aprel 2024-cü il tarixində Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik". xəbər verir ki

30 aprel
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26 aprel
.

"Almatıda keçiriləcək görüş, aparılan danışıqlar prosesinə müsbət təsir göstərəcək" - Politoloq

Xəbər verdiyimiz kimi, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyanla Ceyhun Bayramov Almatıda görüşəcəklər. Bununla bağlı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. Bununla belə, görüşün konkret tarixi açıqlanmayıb. Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazad

1 may
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

2 may
.

Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başlayıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir. *. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliye

26 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

Prezident: "Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir"

"Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətləraras

1 may
.

Prezidentin yeni təyin etdiyi icra başçısı kimdir? - DOSYE

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Ovni Muradov, əvvəllər Babək rayon E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru, Babək rayo

29 aprel