Son dəqiqə! Nailin öldürdüyü şəxsin uşaqları Əli Həsənovdan razıdır

Son dəqiqə! Nailin öldürdüyü şəxsin uşaqları Əli Həsənovdan razıdırBaş nazirin müavini Əli Həsənov nəvəsinin törətdiyi qəzada ölən Vaqif Əsədovun ailəsinə baş çəkib. Qəza qurbanının övladları bu səbəbdən də daha mətbuata heç nə danışmaq istəmədiklərini deyiblər...

74 yaşlı Vaqif Əsədov Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektinin kəsişməsindəki binada yaşayırmış. O, avqustun 3-də Heydər Əliyev prospektində baş verən qəzanın qurbanlarındandır. Həmin gün axşam saatlarında Nail Abdullayevə məxsus "Mercedes Gelandewagen" markalı avtomobilin törətdiyi qəza nəticəsində onunla yanaşı daha 1 nəfər həyatını itirib. İki Türkiyə vətəndaşı isə yaralanıb.

Soraqlayıb Vaqif Əsədovun yaşadığı evi tapırıq. Onun mənzilinə, binanın 5-ci mərtəbəsinə qalxırıq. Aşağı mərtəbələrdəki qapılar bir-birinə bənzəyir, imkanlı olduqları hiss olunur. Yalnız sonuncu qapı öz nimdaş görkəmi ilə seçilir. Həmin qapını döyürük, bir qadın açır, jurnalist olduğumuzu deyirik. Dəhlizdə dayanmış ortaboylu, qaraşın, təxminən 35-40 yaşlarında bir kişi "qonaqsız, keçin içəri, amma biz müsahibə verməyəcəyik" - deyir.

SONxəbər.AZ xəbər verir ki, bu barədə Meydan TV-yə mərhumun ailəsi danışıb. İçəri, təmirsiz, darısqal otağa daxil oluruq. Stolun üzərinə halva, xurma düzülüb. Çay gətirirlər. Bir gün əvvəl "olke.az" saytına atası barədə danışan Ramiz Əsədov yorulduğunu, danışmaq istəmədiyini deyir:

"Jurnalist gəlmişdi, danışdım. Ondan sonra telefonum susmur, jurnalistlər müsahibə üçün zəng edirlər, siz də gəlmisiz. Heç bilmirəm ünvanımızı haradan alırsız. Yorulmuşam, bizim tələbimizə əməl olundu, danışmaq istəmirik".

Bizi qarşılayan kişinin Vaqif Əsədovun böyük oğlu olduğunu öyrənirik. Qapını açan isə qızıdır. Heç biri adını açıqlamır. Öyrənirik ki, Ramiz Əsədovun müsahibəsindən sonra Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ailəyə baş çəkib.

"Gəlmisiniz, qonaq kimi bir stəkan çay içib gedin. Bizə lazım olanda jurnalist tapacağıq. İndi danışmaq istəmirik. Qardaşım da məndən icazəsiz danışıb. Hadisədir, olubdur də, indi mətbuat yazıq uşağın (Nail Abdullayev nəzərdə tutulur - red) üstünə düşüb, onu vurmaq istəyir. Şou yaradırlar" - böyük qardaş əsəbi şəkildə deyinir.

Bu zaman bacısı da ona dəstək verir:

"Əli Həsənov gəldi, nə suallarımız vardı verdik, cavab da aldıq. 70 yaşı var. O boyda kişi əziyyət çəkib 5 mərtəbəni qalxdı, evimizə gəldi. Özünüz də gördüz necə çətindir bu pilləkənləri qalxmaq. Əli Həsənov "əlimlə nəvəmi aparıb polisə təslim etdim", - dedi. Günahkar axı təkcə Nail deyil. Bunların İntellektual İdarəetmə Sistemi var, bu kameralar yolboyu onu görmürdü? Onu niyə yolda saxlamırdılar?"
Otaqda var-gəl edən böyük qardaş danışmasına imkan vermir, bacısına "əsəbləşirəm, çox danışma" - deyir.

Bacısı isə onu sakitləşdirməyə çalışır, sonra yenidən söhbətə davam edir:

"Hadisə ilə bağlı cinayət işi başlayıb. Günahkarlar cəzasını alacaq. Biz nə vaxt istəsək, onda da jurnalistləri özümüz tapacağıq".
Qapıya qədər ötürürlər, mərhumun böyük oğlu yenə təkrar edir:

"İndi bizə jurnalist lazım deyil. Lazım olanda özümüz əlaqə saxlayacağıq..."


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3364   Tarix: 11 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

"İranın Azərbaycana dostluq mesajları verib, Təbrizdə Ermənistanın baş konsulluğunu açması düzgün və etik deyil" -Politoloq

Yaxın zamanlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq. Bununla bağlı Ermənistan hökumətinin iclasında qərar qəbul edilib. Eyni zamanda, baş konsulun əldə edəcəyi maaş da açıqlanıb. Bildirilir ki, konsulun gəliri 2565 dollar həcmində təyin edilib. Təbrizdə Ermənistanın baş konsulugun açıqlmas

26 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel