Bir həftəyə SON DÖYÜŞLƏR BAŞLAYIR: düşmənin xain planı ÜZƏ ÇIXDI

Bir həftəyə SON DÖYÜŞLƏR BAŞLAYIR: düşmənin xain planı ÜZƏ ÇIXDITürkiyənin Suriyanın Afrin bölqəsində əməliyyata hazırlaşması ABŞ və onun kimayə etdiyi PYD-ni (PKK terror təşkilatının Suriya qolu) təlaşa salıb.

İŞİD terror təşkilatını bəhanə edərək Suriyanın şimalını PKK-ya təslim edən ABŞ indi də "Əl-Qaidə"yə hücum adı ilə İdlibi işğal etməyə hazırlaşır.
Suriyanın şimalında dövlət qurulması üçün PYD-yə 3 ayda 1100 TIR silah-sursat göndərən ABŞ PYD-nin nəzarətindəki Afrinin cənubunda yerləşən İdlibə hücum planı hazırlayır.
ABŞ gücləri Ayn əl-Arab, Tel-Abyad və Rimeylanda qurduğu bazalardan pilotsuz uçuş aparatları qaldıraraq bölgədə müxalifət güclərinin vəziyyətinə dair kəşfiyyat məlumatlari toplayır. ABŞ həmçinin "MOC" ("Birgə Əməliyyat Qurumu") nəzdində 2014-ci ildən bu yana əlaqə qurduğu müxalifət qruplarının bəzi nümayəndələrini İncirlik hərbi hava bazasına çağırıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) ilə birbaşa bağlı olan bu şəxlərin İdlibdə Türkiyənin dəstəklədiyi müxalifət qrupları barədə məlumatlar verdiyi bildirilir.
Çankayada təcili toplantı
Ankara ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yeni oyununu diqqətlə izləyir. Türkiyə Silahlı Qüvvələri Afrinin şərqində yerləşən "Fərat Qalxanı" bölgəsinə davamlı olaraq hərbi güc toplayır. Eyni zamanda İdlibdə Azad Suriya Ordusuna (ASO) bağlı olan qruplara dəstək də artırılıb. ABŞ-ın Suriyadakı son addımları iki gün əvvəl Çankaya Köşkündə keçirilən təhlükəsizlik toplantısında müzakirə edilib. Toplantıya baş nazir Binəli Yıldırım, prezident sözçüsü İbrahim Kalın, Baş qərargah başçısı Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və digər yüksək səviyyəli rəsmilər qatılıblar. Toplantıda ABŞ-ın İdlibin işğalı əməliyyatına başlayacağı halda Türkiyənin cavab addımlarının nədən ibarət olacağı müzakirə olunub.
Əvvəl bombardman, sonra işğal
Məlumata görə, Pentaqon İdlibin mərkəzi və ətrafını 15-20 gün ərzində fasiləsiz bombardman edəcək. Daha sonra isə bölgəyə PKK/PYD güclərinin daxil olacağı bildirilir.
Əməliyyat planına həmçinin ABŞ xüsusi təyinatlıları da daxil edilib. Əməliyyata lojistik dəstək isə Suriya hökumət qüvvələrinin nəzarət etdiyi bölgədən quru yolu ilə veriləcək. Hücumun bir həftə ərzində başlayacağı gözlənilir. Əməliyyatın nəticələrinin ümumilikdə Suriya müharibəsinin gedişatında həlledici rol oynayacağı deyilir.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2683   Tarix: 11 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yeni təyin olunan rektor kimdir? - DOSYE

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. yeni təyin olunan rektorun dosyesini təqdim edir:. Heydər Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasiba

2 may
.

"Bizim qarşımızda dövlət maskası geyinən terrorçu-cinayətkar qruplaşma var" - Politoloq

Xəbər verdiyimiz kimi Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlam

29 aprel
.

Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat konfransı başa çatıb. 14:41. Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfrans

26 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel
.

Prezident: "Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir"

"Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətləraras

1 may
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizi

29 aprel
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26 aprel