Təcili! Müharibə planı - raketlər 17 dəqiqəyə çatacaq FOTO

4 raket eyni anda buraxılacaq

ABŞ və Şimali Koreya arasında gərginlik son həddə çatıb. Tərəflər bir-birini müharibə ilə hədələməyə davam edirlər.

Şimali Koreya Trampın "dünyanın görmədiyi alov və qəzəblə qarşılıq veriləcək" təhdidindən sonra daha da irəli gedərək Quamdakı hərbi bazaya hücum planını açıqlayıb.

Plana görə, 4 raket atıldıqdan sonra 17 dəqiqə ərzində bazaya çatacaq.

Ordunun generalı Kim Rak-Gyom rəsmi xəbər agetnliyinə açıqlamasında hücum planının bu ayın ortasında tamamlanacağını deyib. İddiaya görə, 4 ədəd "Xvanson-12" raketi eyni anda havaya qaldırılacaq və Yaponiya üzərindən keçməklə Quama yönləndiriləcək. Raketlər 3356.7 kilometr məsafəni 17 dəqiqə 45 saniyədə qət edərək adanın 30- 40 km-liyinə düşəcək.

General ABŞ prezidenti Donald Trampın müharibə bəyanatını da şərh edib və bunu "axmaqlıq" adlandırıb. "Məntiqsiz bir adamla dialoq mümkün deyil. Ona ancaq güc təsir edər".

Şimali Koreyanın planından ən çox narahat olan isə Yaponiyadır. Rəsmi Tokionun müdafiə naziri Itsunori Onodera qonşusunun atacağı raketlərin ölkəsi üçün təhdid olduğunu deyib. O, bu vəziyyətdə Yaponiyanın özünü müdafiə haqqından istifadə edə biləcəyini və dənizdən havaya "Aegis destroyer" raketdən müdafiə sistemini aktivləşdirə biləcəyini deyib.

Qeyd edək ki, Kim Çen Inın hədəfində olan Quamda Amerikanın Anderson aviabazası və Apra Xarbor hərbi dəniz bazası var. Buradakı amerikalı hərbçi sayı isə 7 mindir. Adanın ümumi əhalisi 160 min civarındadır.

ABŞ prezidenti də sərt açıqlamalarının arxasında olduğunu gizlətməyib. Nyu Cersidə jurnalistlərin suallarını cavablandıran Tramp əvvəlki bəyanatının çox sərt olmadığını düşünür. "Şimali Koreya özünü yığışdırsa yaxşı olar. Yoxsa özlərini çox az ölkənin düşdüyü böyük bir bəlanın içində görəcək. Koreya narahat olsa yaxşıdır. Çünki imkansız olduqlarını düşündükləri şeylər başlarına gələcək".

Tramp jurnalistlərlə görüşündə Rusiya prezidenti Vlamdimir Putinə təşəkkür etməyi də unutmayıb. O, Rusiyanın sanksiyalara cavab olaraq ölkədəki amerikalı diplomatların sayını azaltmasına özünəməxsus şərh verib. "Ona təşəkkür etmək istəyirəm. Çünki xərclərimizi azaltmağa çalışırdıq".
Təcili! Müharibə planı - raketlər 17 dəqiqəyə çatacaq FOTOTəcili! Müharibə planı - raketlər 17 dəqiqəyə çatacaq FOTOMənbə: istipress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2135   Tarix: 11 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında söyləyib. "Ümid edirəm ki, bizim müştərək yolumuz çox uğurlu olacaq", - deyə dövlət başçısı vurğulayıb

7 may
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

2 may
.

İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başlayıb

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

7 may
.

Prezidentin yeni təyin etdiyi icra başçısı kimdir? - DOSYE

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Ovni Muradov, əvvəllər Babək rayon E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru, Babək rayo

29 aprel
.

O videodakı hərbçi Azərbaycanın xüsusi təyinatlısı deyil

Sosial şəbəkələrin erməni seqmentində və teleqram kanallarındaTavuş vilayətinin Kirants (Xeyrımlı) kəndi ərazisində azərbaycanlı hərbçinin olduğu haqda iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, yayılan videoda kənd ərazisində hərbi geyimdə olan bir şəxs görünür. Həmin hərbçinin Azərbayca

7 may
.

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə şamil olunacaq

Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 300-ə yaxın şəxsə şamil olunacaq. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarını

2 may
.

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

"Almatı görüşündə sülh müqaviləsinin şərtləri də müzakirə olunacaq" - Politoloq

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşünün tarixi açıqlanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə məlumat yayıb. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq. Amma, hələlik, görüşün dəqi

6 may
.

TÜRKSOY-un Baş katibi: Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir

Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir. "Report"un Ankara Bürosu xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını ziyarət edərkən deyib. Onun sözlərinə görə, şair bütün Türk dünyasının birlik rəmzidir

5 may