Ermənistanda qiyam, Qarabağda müharibə...

Ermənistanda qiyam, Qarabağda müharibə...Ermənistan Rusiya orbitindən çıxaraq, mərkəzdənqaçma siyasətinə üz tutur.

Bu ölkənin xarici işlər nazirinin müavini Savarş Koçaryanın "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində səsləndirdiyi fikirlər İrəvanın gələcək siyasətinə dair ehtimallar irəli sürməyə imkan verir.

S.Koçaryan deyir ki, Ermənistan heç bir ölkəyə bel bağlamamalıdır: "Biz müxtəlif dövlətlər, güc mərkəzləri və beynəlxalq təşkilatlar arasında diversifikasiya edəcəyik".

Təbii ki, Koçaryan birbaşa tabe olduğu nazir Edvard Nalbandyanın, Nalbandyan isə Serj Sarkisyanın fikrini çatrırır. Yəni İrəvan Moskvaya mesaj verir, lakin burada mesajdan daha çox yeni siyasi oriyentasiyanın də elementləri görünür. Əslində Ermənistanın Gürcüstanda keçirilən NATO təlimlərinə qatılması İrəvanın siyasi oriyentasiyasını dəyişmək istəklərindən xəbər verirdi.

Hətta Ermənistan mediası açıq mətnlə yazır ki, bu ilin sonunda Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitində İrəvan siyasi kursunu dəyişdiyini elan edəcək. Rusiyada müxtəlif ekspert dairələrinin dedikləri də Moskvanın İrəvandakı "qiyam"dan xəbərdar olduğunu göstərir.

Sual yaranır: Rusiya öz forpostunun ovuclarından balıq kimi sürüşüb getməsinə icazə verəcəkmi, yaxud ruslar "erməni qiyamı"nı yatırmaq üçün hansı addımlar atacaq?

Bu kontekstdə erməni jurnalist Tevos Arşakyanın yazdıqları diqqət çəkir.

Erməni jurnalist məxfi mənbələrinə istinad edərək yazır ki, son aylar ABŞ və Böyük Britaniya səfirliklərinin əməkdaşları hökumətdə və Prezident Administrasiyasında yüksək vəzifəli erməni məmurlarla intensiv şəkildə gizli görüşlər keçirir: "Onlar ölkə rəhbərliyini Rusiyaya sözsüz tabe olmağın zərərlərinə inandırırlar. Təklif edirlər ki, İrəvan Avropa İttifaqı və ABŞ-la yaxınlaşmaq qərarını verəcəksə, Ermənistana maliyyəə-iqtisadi, siyasi dəstək veriləcək, həmçinin, Dağlıq Qarabağ münaqişəsində kömək ediləcək. Bizim məlumatımıza görə, Ermənistan "Şərq Tərəfdaşlığı" sammitində xarici siyasət kursunu dəyişdiyini elan edəcək və beləliklə, Rusiya Cənubi Qafqazda yeganə müttəfiqini itirəcək".

Erməni jurnalist qeyd edir ki, Rusiya Ermənistanı öz orbitində saxlamaq üçün ən müxtəlif yollara əl ata bilər.

"Hətta əminəm ki, Rusiya İrəvandakı rusiyayönümlü güclərin əli ilə ölkədə qiyam başlayacaq, həmçinin, Dağlıq Qarabağda müharibəyə start verəcək", - deyə o vurğulayıb.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3784   Tarix: 15 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat konfransı başa çatıb. 14:41. Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfrans

26 aprel
.

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Məsələ səsverməyə çıxarılıb və Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib. Qeyd edək ki, Prezident İlha

2 may
.

Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb

2 may
.

Prezident: "Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir"

"Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətləraras

1 may
.

Prezident Almaniyadan belə yola salındı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri aprelin 26-da başa çatıb. "Qafqazinfo" Prezidentin Almaniyadan yola salınma görüntülərini təqdim edir:

27 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29 aprel
.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

29 aprel