Rusiyanın növbəti qurbanları: ABŞ kəşfiyyatı ÜÇ CƏBHƏNİ AÇIQLADI

Rusiyanın növbəti qurbanları: ABŞ kəşfiyyatı ÜÇ CƏBHƏNİ AÇIQLADIRusiya Ukraynada strateji müvəffəqiyyətsizlikdən sonra Avropa ölkələrində destabilizasiya cəhdlərinə təşəbbüs edəcək.

Bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan "Stratfor" kəşfiyyat-analitik mərkəzinin materialında deyilir.
Analitik mərkəzi qeyd edir ki, Moskva bunu hibrid metodlardan istifadə edərək reallaşdırmağa çalışacaq, çünki hərbi müdaxilə ağlasığmazdır.
İlk növbədə, Kremlin zərbəsinə Baltikyanı ölkələr, həmçinin Balkan, Mərkəzi və Cənubi Avropa dövlətləri tuş gələcək. Kəşfiyyat vurğulayır ki, Rusiyanın hibrid döyüşləri qarşısında Baltikyanı ölkələr ən zəif halqadır.

"Bu, xüsusi halda, çoxsaylı etnik rus icması ilə izah olunur. Estoniyanın 24, Latviyanın 27, Litvanın isə 6 faizi rus icmasıdır. Əhalinin bu seqmentinə xidmət edən siyasi partiyalar parlament seçkilərində əhəmiyyətli nəticələr qazanırlar və Moskvaya bu ölkələrin hökumətlərinə təsirin müəyyən səviyyəsini verirlər", - "Stratfor" yazıb.
Bununla belə, region ölkələrinin əhalisinin Avropa İttifaqı və NATO-ya üzvlüyünü dəstəkləməsi Baltikyanı ölkələr və Qərb arasında parçalanmanın yaradılması üzrə Moskvanın planlarını çətinliyə salır. Amerika analitikləri qeyd edirlər ki, Kreml region ölkələrində hakimiyyətlərin dağıdılması üçün başqa vasitələrə müraciət edir. Məsələn, enerjidaşıyıcısıların ixracının ixtisarı, kənd təsərrüfatı məhsullarının idxalına qadağa və kiberhücum.
"Stratfor" qeyd edir ki, Mərkəzi və Cənubi Avropası ölkələrində əhəmiyyətli etnik rus icması olmasa da, onların Rusiyadan uzaq yerləşməsi Moskvaya onların sərhədləri daxilində siyasi manevr üçün imkan verir.
"Moskva Mərkəzi və Cənubi Avropa ölkələrində avrosentrik və sağçı təşkilatları dəstəkləyir. Məsələn, "Beş ulduz hərəkatı" (İtaliya) və "Yobbik" (Macarıstan) təşkilatları ilə status-kvonu dəyişdirməyə çalışır: "Rusiya bu partiyaların hakimiyyətə gəlib-gəlməməsindən asılı olmayaraq, onların hərəkətlərini həvəslə həvəsləndirir. Eyni zamanda Moskva regionda "düşmən rejimlərə" qarşı kiberhücumları həyata keçirməyə davam edir. Yaxın vaxtlarda Polşa Xarici İşlər Nazirliyinə kiberhücum həyata keçirilib. Bundan başqa, onlarla rusiyayönlü nəşr Suriya vətəndaş müharibəsi və Avropa miqrant böhranında ABŞ-ı ittiham edərək təbliğatçılıq materialları dərc edir".
Bildirilir ki, Balkanlar Qərbdə parçalanmanı dərinləşdirmək üçün Rusiyaya yaxşı imkan təqdim edir. Məsələn, Serbiya bəzi Qərb ölkələri ilə münasibətlərdə Moskva ilə dost münasibətlərdən istifadə edir. Serbiya Rusiya casusları üçün ön cəbhə hesab edilir.
Eyni zamanda Balkanlarda Avropa İttifaqı və NATO-ya üzvlük üçün can atan dövlətlərlə Rusiyanın münasibətləri dost münasibətlər deyil.
"Rusiya Çernaqoriyanın NATO-ya üzvlük prosesinin başa çatmasından əvvəl – 2016-cı ildə inteqrasiya prosesinin kəsilməsi üçün son cəhdini reallaşdırmağa çalışaraq hökumətə qarşı uğursuz çevrilişi planlaşdırdı və dəstəklədi. Həmçinin Moskva susaraq NATO-ya üzvlüyə ümid edən daha bir ölkədə - Makedoniyada anti-alban hərəkatını dəstəkləyir", - "Stratfor" yekunlaşdırıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2702   Tarix: 15 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qırğızıstanda DƏHŞƏT - Dondurma maşını uşaqların üstündən keçdi - 18 yaralı - VİDEO

Qırğızıstanda açıq havada "Manas" dastanını ifa edən 29 məktəblini dondurma maşını vurub. Yeddi nəfər reanimasiyadadır. xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, fciə rayonun Suzak kəndində baş verib. "Porter" markalı yük maşını qəflətə

2 may
.

Rusiyalı turist oteldə ölü tapıldı

Türkiyədə turist ölü tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Antalya şəhərində Dimitri Tsıqanov adlı 61 yaşlı rusiyalı turist oteldə ölü tapılıb. Mehmanxanada qalan 61 yaşlı Dimitri Tsıqanovun hərəkətsiz vəziyyətdə olduğunu və besedkada stulda oturduğunu görən işçilər həkimlərdən kömək istəyiblər

2 may
.

Nusret 300 000 dollarlıq təklifi rədd etdi - SƏBƏB ...

Türkiyəli məşhur aşpaz Nusret Gökçe yeni xəbərlə gündəmə gəlib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, markasının dəyəri 2 milyard dollara çatan Nusret ad günü qonaqlıqlarından birinə dəvət edilib. Ona qonaqlara ət yeməkləri təqdim etmək və "Salt Bae" şousu göstərmək üçün 300 00 dollar təkli

30 aprel
.

Dəhşət! Küçənin ortasında insan dərisi tapılıb - Gerçəklər ortaya çıxdı, sən demə...

Türkiyədə küçənin ortasında insan dərisi tapılıb. xarici mediaya istinadən xəbər verir ki, İzmirin Güzelbahçe prospektinin ortasında insanlara aid olduğu təsbit edilən yağ və dəri parçaları tapılıb. Parçalar polis tərəfindən məhkəmə tibb müəssisəsinə göndərilib. Müayinə nəticəsində hissələrin pilləkə

1 may
.

Şəhərdə ATIŞMA: polislər öldü

ABŞ-nin Şimali Karolina ştatında taışma olub. xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Şarlotta şəhərində baş verən atışma nəticəsində üç hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, beşi yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. "CBS News" xəbər verir ki, atışmada şübhəli bilinənlərdə

30 aprel
.

Magistral yol çökdü: 19 ölü, 30 yaralı - VİDEO

Çinin Quandun əyalətində magistral yolda fəlakət baş verib. xrici mediaya istinadən xəbər verir ki, magistral yolun çökməsi nəticəsində azı 19 nəfər ölüb, 30 nəfər yaralanıb. Hadisə zamanı sıxışan 18 avtomobildəki insanları xilas etmək üçün bölgəyə çoxlu sayda xilasetmə qrupu sövq edilib. Çin dövlə

1 may
.

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi - VİDEO

Dubayda keçirilən müasir incəsənət sərgisi maraqlı məqamları ilə ziyarətçilərin diqqətini çəkib. Belə ki, Dubay Müasir İncəsənət Muzeyindəki sərgiyə gələn hər kəs müəyyən bir heyvan şəkli çəkə və skanerin köməyilə şəklin animasiya versiyasını ekranda yerləşdirmək imkanına malik olub

1 may
.

Quraqlıq 300 illik qəsəbəni üzə çıxardı

Filippində dəhşətli istilər quraqlığa və su anbarlarının bir hissəsinin qurumasına səbəb olub. BBC-yə istinadən xəbər verir ki, quraqlıqdan sonra yerin altından 300 illik qəsəbə qalıqları üzə çıxıb. Pantabangan adlı qəsəbə 1970-ci ildə su anbarını inşa etmək üçün sular altında qalıb. Lakin indi quraqlı

1 may
.

KXDR lideri barədə ŞOK İDDİA: Hər il 25 bakirə qız seçilir

Koreya Xalq Demokratik Respublikasından (KXDR) qaçan Yeonmi Park adlı şəxs ölkəsinin lideri Kim Çen In barəsində şok iddialar səsləndirib. Onun iddiasına görə, KXDR lideri hər il 25 bakirə qız seçərək özünün "Zövq komandası"na daxil edir. 30 yaşlı Yeonmi Park bildirib ki, gənc qadınlar hə

1 may