"Putin həmin gecə Sarkisyana dedi ki..." - Ermənistan PAYIZI GÖZLƏYİR

"Putin həmin gecə Sarkisyana dedi ki..." - Ermənistan PAYIZI GÖZLƏYİRErmənistan parlamentinin "Yelk" fraksiyasından olan deputatları payız sessiyasının gedişatında Avrasiya İqtisadi İttifaqından çıxış prosedurunu təklif etməklə hədələyirlər.
Bu haqda Ermənistanın "Lragir" nəşri yazıb.
Ermənistanın hakim Respublika Partiyasının nümayəndələri də bu müzakirələrdə həvəslə iştirak edirlər, amma hərçənd Avrasiya İqtisadi İttifaqının "alternativsiz" olması əsas dəlil olaraq qalır.
Respublika Partiyasının parlament fraksiyasının lideri Vaqram Baqdasaryan da bildirib ki, Ermənistanda Avrasiya İqtisadi İttifaqından başqa alternativlər yox idi.
Naira Ayrumyan isə hesab edir ki, əslində Ermənistanda alternativ var idi və Azərbaycan kimi bloklara qoşulmamaq prinsipi ilə hərəkət edə bilərdi.
"Amma, görünür ki, 3 sentyabr 2013-cü il gecəsi Serj Sarkisyana (Həmin gün Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüş keçirilib –red.) dedilər ki, onun alternativi yoxdur. Ermənistan hakimiyyəti deyir ki, ittifaqa girişdən imtina etsəydi, "daha pis olardı". Amma Rusiya və Ermənistanda iddia edirlər ki, Ermənistan ittifaqa könüllü şəkildə daxil olub və heç bir məcburiyyət yox idi. Hər halda, payızda Ermənistan parlamentində aparılacaq müzakirələr bir nəticəyə mütləq gətirib çıxaracaq: Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşulmağa məcbur edilmişdir".
Erməni şərhçi xatırladır ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları haqqında qanunda Moskvanın dövlətlərin işlərinə müdaxiləsinə aid olan bənd də var. ABŞ-da müdaxiləyə əks-təsir olaraq 250 milyon dollarlıq fond yaradılıb. Ukrayna, Gürcüstan və Moldova bu fondun vəsaitindən yararlana biləcək.
Naira Ayrumyan bildirir ki, Moskvanın Ermənistanın daxili işlərinə müdaxiləsi haqqında hələlik danışmasalar da, payızda parlamentdə aparılacaq müzakirələr müdaxiləni təsdiq edən arqumentləri ortaya çıxara bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2819   Tarix: 17 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat konfransı başa çatıb. 14:41. Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfrans

26 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel