Trampdan Ermənistana gözlənilməz zərbə

Trampdan Ermənistana gözlənilməz zərbəHadisələr münaqişənin güc yolu ilə həllinə doğru aparır

Donald Trampın Qarabağ münaqişəsinin həllinə baxışı əvvəlki adminstrasiyanın yanaşmasına baxanda Azərbaycan üçün daha müsbətdir.

Bu barədə Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın Azərbaycan mətbuatına müsahibəsini şərh edən politoloq bildirib ki, Tramp adminstrasiyasının münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həllində maraqlı olduğu görünür:

"Hoqland ərazilərin geri qaytarılmasından danışanda 5 rayonun qaytarılmasını vurğulamayıb, bu, Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxarılması deməkdir. Həmçinin Dağlıq Qarabağın statusunun sadəcə müəyyən edilməsinə toxunulub. Əvvəlki adminstrasiya isə statusun öz müqəddəratını həll etmək pirinsipi ilə sintezdə müəyyən edilməsini vurğulayırdı",- deyə Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, ərazi bütbvlüyünü və sərhədlərin toxunulmazlığı prinsipini üstün tutan Amerika Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq əsasında həll etməyə maraqlı olduğunu göstərir:

"Bundan əvvəl NATO da bəyanat verdi ki, postsovet məkanında bütün münaqişələr eyni prinsip əsasında həll edilməlidir. Alyans həm də bəyanat verdi ki, Moldova və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Abxazlar və osetinlər münaqişə zonasında yaşayan avtoxton xalqlardır və dövlətləri yoxdur, Dağlıq Qarabağ erməniləri isə gəlmədir, həm də ermənilərin dövləti artıq var. Buna görə ermənilərin öz müşəddəratını həll etmək prinsipindən danışmağa haqları yoxdur",- deyə Qabil Hüsenyli vurğulayıb.

Lakin Azərbaycan politoloqlarının heç də hamısı Hoqlandın dediklərini ciddiyə almır. Politoloq Tofiq Abbasov İstiPress-ə müsahibəsnidə Riçard Hoqlandın öir neçə gün öncə "Azadlıq" radiosunun rus redaksiyasına verdiyi müsahibəni yada salır:

"Həmin müsaşibədə Hoqland qoşunların təmas xəttində müşahidə mexanizmlərinin quraşdırılmasının, yəni status-kvonun tərəfdarı kimi çıxış edir. Buna görə də həmsədrlərə çox da güvənmək olmaz. Onlardan münaqişənin həlli üzrə BMT-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini tələb etmək lazımdır",- deyə politoloq vurğulayıb.

Əslində, münaqişənin həllində əsas sözü Azərbaycan deməlidir və BMT-nin qəbul etdiyi qətnamələrin icrasına Ermənistanı Azərbaycan məcbur etməlidir, təbii ki, beynəlxalq güclər balansını nəzərə almaqla. Hələ ki, Ermənistanı bu məsələdə Rusiya müdafiə edir.

Aprel döyüşlərinin gedişi göstərir ki, Rusiya Qarabağda Ermənistanı ordusuna hər cür dəstək verir. 1990-cı illərdən fərqli olaraq rus əsgəri döyüşlərə birbaşa qatılmasa da, Kremlin kosmik müşahidə cihazları ilə Azərbaycan döyüşçülərinin hərəkət istiqamətini, koordinatlarını ermənilərə verdiyi aydın idi. Əgər münaqişə uzansaydı, Moskvanın köməyi maddi-texniki təchizata və kadr dəstəyinə qədər yüksələcəydi.

Buna görə, Azərbaycan regionda qüvvələr nisbətinin müəyyən qədər dəyişməsini gözləməlidir və Ermənistanda baş verən proseslər buna ümid etməyə imkan yaradır. Hazırda Ermənistanda Rusiya əleyhinə hərəkat xeyli güclənib və rusiyalı politoloq Nikita İsayevin "Vestnik Kafkaza" portalına dediyinə görə, Ermənistanda rusofobiya bəzən 80 faizə qədər yüksəlir. Ermənistan mətbuatı rusiyapərəst indiki hakimiyyətdən qərbyöünümlü siyasətə keçməyi tələb edirsə. Əgər 2018-ci ildə başlayacaq parlament üsul-idarəsi nəticəsində bu baş verəcəksə, Rusiya Cənubi Qafqazdakı yeganə forpostunu itirəcək və Ermənistandan çıxacaq. Bu, o deməkdir ki. İrəvan Qarabağ məsələsində Moskvanın dəstəyini də itirəcək. Həmin ana qədər isə Azərbaycan münaqişənin güc yolu ilə həlli üçün gücünü artırmalıdır.

Mənbə: istipress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3084   Tarix: 17 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizi

29 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

"Bizim qarşımızda dövlət maskası geyinən terrorçu-cinayətkar qruplaşma var" - Politoloq

Xəbər verdiyimiz kimi Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlam

29 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

Prezident Almaniyadan belə yola salındı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri aprelin 26-da başa çatıb. "Qafqazinfo" Prezidentin Almaniyadan yola salınma görüntülərini təqdim edir:

27 aprel
.

İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb. 16:48. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalen

26 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel