Azərbaycanda pensiyaçılara günün mühüm xəbəri

Azərbaycanda pensiyaçılara günün mühüm xəbəriÖzəl fondlar yaradılması layihəsi gecikir

Nazim Bəydəmirli: "Azərbaycanda "kölgə iqtisadiyyatı"nın həcmi ümumi daxili məhsula nisbətən 80 faizdən yuxarıdır"

Hələ 2014-cü ilin iyun ayında Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı bir səs-küy yarandı. Gözlənilirdi ki, Avropa Birliyi ilə birgə həyata keçirilən layihə 2014-ci ilin noyabrında yekunlaşacaq. Həmçinin layihənin hökumətə təqdim edildikdən sonra prosesə başlanacağı da gözləntilər içində idi. Ehtimal var idi ki, özəl pensiya fondlarının yaradılmasına 2015-ci ildən start veriləcək. Avropa Birliyi ilə birgə layihə çərçivəsində özəl pensiya fondları ilə bağlı qanunvericiliyin yaradılmasına start verilmişdi. Qanunvericilik formalaşdırıldıqdan sonra bu prosesə başlanacaq və özəl pensiya fondları barədə dövlət tərəfindən əhalinin təşviqi həyata keçiriləcəkdi. Amma il olub 2017, hələ də özəl pensiya fondundan xəbər-ətər yoxdur.

Qeyd edək ki, qeyri-dövlət təqaüd fondları sosial-sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurumdur. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır. Bu fondlar, əsasən, vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər əldə edir. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir. Bu cür fondlar vasitəsilə bir çox ölkələr pensiya təminatının yüksəldilməsinə nail olub. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir. Xatırladaq ki, prezident İlham Əliyev tərəfindən hələ 2008-ci il dekabrın 30-da təsdiqlənən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair dövlət Proqramı"nın bəndlərindən biri məhz qeyri-dövlət pensiya fondlarının inkişafı ilə bağlıdır.

Maraqlıdır, özəl təqaüd fondu layihəsi Azərbaycanda niyə reallaşmadı?

İqtisadçı Nazim Bəydəmirli "Cümhuriyət" qəzetinə təəssüf hissi ilə bildirib ki, 2010-2015-ci illəri əhatə edən pensiya fondunun təkmilləşdirilməsi ilə bağlı dövlət proqramında nəzərdə tutulan özəl pensiya fondları yaradılmadı: "Əslində özəl pensiya fondlarının yaradılmasına hazırlıq gedirdi. Sonuncu dəfə 2006-cı ildə pensiyanın təkmilləşdirilməsi haqqında qanun qəbul olunmuşdu. Qaydalarda nəzərdə tutulurdu ki, dövlət büdcəsindən olan transfertlər tədricən azaldılsın və 2015-ci ilə qədər bu köçürmələr ləğv olunsun. Pensiya fondlarının əsas fəlsəfəsi ondan ibarətdir ki, özü-özünü maliyyələşdirən qurum olmalıdır.

Yəni, işləyən şəxslərin ödədiyi sığorta işləməyən vətəndaşların pensiya təminatını təmin etməlidir. Təqribən 2005-ci ildə dövlət büdcəsindən pensiya fonduna olan transfertlər 275 milyon manat olub. Ancaq bu köçürmələr 2017-ci ilə qədər artaraq 1 milyard 2 milyon manatı keçib. Bu illər ərzində dövlət büdcəsindən olan transfertlər nəinki azalmalı idi, əksinə, tamamilə yox olmalı idi. Ancaq çox təəssüf ki, Azərbaycanda "kölgə iqtisadiyyatı"nın masştabı o qədər genişdir ki, bunu işləyənlərin hesabına təmin etmək mümkün deyil. Buna görə də vergi ödəyicilərinin vergilərinin hesabına, eləcə də Dövlət Neft Fondunun vəsaitləri hesabına pensiyaları qarşılamaq məcburiyyətindəyik".

"DSMF ƏƏSMN-nə birləşdirildikdən sonra dövlət büdcəsindən transfertlər artmaqda davam edir"

İqtisadçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdirildikdən sonra Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyətindən də danışıb: "DSMF bu şəkildə qalmalı deyil. Dəfələrlə təklif etmişdim ki, DSMF ləğv olunsun və Gürcüstan modelinə keçilsin. Nəhayət ki, DSMF ƏƏSMN-nə birləşdirildi, ancaq ləğv olunmadı. Ona gərə təklif edərdim ki, Gürcüstanda olduğu kimi əməkhaqqından tutulan vergi və sosial sığorta haqları birləşdirilsin və 20 faiz vahid sosial vergi tətbiq olunsun. Hazırda Azərbaycanda Vergilər Nazirliyi tərəfindən toplanan minimum gəlir vergisi 14 faizdir. DSMF tərəfindən toplanan 25 faiz isə əməkhaqqından tutulan sosial sığorta haqlarıdır. Bu verginin cəmi 39 faizi edir. Əməkhaqqından bu qədər verginin tutulması özəl sektorda vergidən yayınmalara gətirib çıxarır, dövlət sektoru da əməkhaqqını stimullaşdıra bilmir. Bu baxımdan dövlət sektorunda paketlər verilir, özəl sektorda da əməkhaqqı bir vəsait kimi göstərilir, digər vəsait isə qeydiyyatdan kənar verilir. Ona görə də Azərbaycanda "kölgə iqtisadiyyatı"nın həcmi ümumi daxili məhsula nisbətən 80 faizdən yuxarıdır. Ancaq Gürcüstanda 20 faizi vahid sosial vergi tətbiq edildiyi üçün yayınmalar yoxdur. Bu baxımdan Gürcüstanda DSMF adında bir qurum da yoxdur, əlavə inzibati binalar da. Dövlət əlavə idarəetmə xərcləri çəkmir. Maliyyə Nazirliyi xəzinədarlıq hesabından pensiyaya çıxmış vətəndaşlara həmin təqaüdü ödəyir. Bu baxımdan DSMF-nin iflasa uğradığının qənaətindəyəm. DSMF ƏƏSMN-nə biləşdirildikdən sonra dövlət büdcəsindən transfertlər artmaqda davam edir. Ölkədə işsizlik səviyyəsi 5 faiz göstərilsə də, rəsmi çalışanlar 1 milyon 500 min nəfərdir. Sosial sığorta haqqı qeydiyyata düşmüş şəxslər isə təqribən 2 milyon 300 mindir. Hesablamalarıma görə, təqribən 2 milyon 200 mindən çox vətəndaş haradasa işləyir, ancaq nə sosial sığorta haqqı ödəyir, nə də gəlir vergisi. Buna görə də bütün struktur dəyişdirilməlidir, yeni islahatlar aparılmalıdır. Əgər köklü islahatlar aparılsa, DSMF-nin qalmasına ehtiyac yaranmaz və gələcəkdə də bütün dünyada olduğu kimi özəl pensiya fondları olar".

Mənbə: cebhe info


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3312   Tarix: 17 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr