Azərbaycanın ən varlı kəndində insanlar BELƏ YAŞAYIR - REPORTAJ - FOTO+VİDEO

Azərbaycanın ən varlı kəndində insanlar BELƏ YAŞAYIR - REPORTAJ - FOTO+VİDEOTəmtəraqlı toyları ilə son günlər sosial şəbəkələrdə böyük marağa səbəb olan Şəmkirin Şiştəpə kəndi haqqında əvvəllər də çox eşitmişdik.

Kəndin bu qədər məşhur olmasının səbəbi isə nə yerləşdiyi ərazisi, nə də ki, füsunkar təbiətidir. Hər zaman kəndlərdə görməyə öyrəşmədiyimiz lüks yaşayış, xüsusi dizaynlı evlər, bahalı maşınlar və bu kimi digər amillər Şiştəpəni özünəməxsus edib.
Sonxeber.az Qafqazinfo-nun Şiştəpədən hazırladığı reportajı təqdim edir:

Kəndə yaxınlaşdıqca daha çox kurort zonalarında görməyə öyrəşdiyimiz lüks villalar bizi qarşılayır. Bu dəbdəbəli mülkləri isə yaşıllıq, kənd gözəlliyi deyil, əsasən boz çöl və düzənliklər müşayiət edir. Hətta bir neçə bağ xaric, yol kənarlarında nadirən yaşıllığa rast gəlmək olur. Eynən şəhərdə olduğu kimi bər-bəzəkli villaları elə hündür hasarlar əhatə edir. Bəlkə, elə bu səbədəndir ki, kənd sakinləri hasarın o tayında idi, salamlaşmaq, hal-əhval tutmaq üçün xeyli küçə gəzsək də, kimisə tapa bilmədik.

Necə deyərlər, kəndin özü kimi sakinləri də bir qədər fərqlidir. Burada yaşayan sakinlər əsas iki qrupa bölünüb: paytaxt zadəganlarını qısqandıracaq həyat tərzi sürənlər və çiynində su bidonu, qarşısında mal-qarası gündəlik dolanışığını təmin etməyə çalışanlar. Odur ki, lüks evlərdən səsimizə səs verilmədiyi kimi, yolda rastlaşdığımız kəndlilərdən də kənd haqqında bir məlumat ala bilmədik.

Yaxşı ki, Xalidə xanım Rusiyaya yola saldığı oğlunun arxasınca baxmağa çıxmışdı. Kənd haqqında məlumatı da elə ondan öyrəndik. Onun sözlərinə görə, Şiştəpə sakinləri yurdlarına, ailələrinə çox bağlıdır:

"Bax, ətrafda gördüyünüz bu gözəl mənzillərin heç biri asan başa gəlməyib. Oğullarımız xaricdə yük daşıyaraq, əziyyət çəkərək özlərinə gün ağlayıb. Ailələrinin də rahat olması üçün buradakı yaşayışı da yaxşılaşdırmağa çalışırlar. Yolumuzu, işığımızı, qazımızı onlar çəkiblər. Biri məktəb tikdi, biri xəstəxana. Yenə də nə köməklik lazımdı edirlər".

Şiştəpəni Azərbaycanda tanıdan isə toylarıdır. Bu kəndin yazılmayan, amma hamının əməl etdiyi bir qanunu var. Harda yaşamasından asılı olmayaraq hamı toyunu kənddə etməlidir. Elə bu səbəbdən Şiştəpədə bir-birindən gözəl şadlıq sarayları tikilib

Xalidə xalanın sözlərinə görə, yay ayları Şiştəpədə xüsusi toy məclisləri ilə seçilir və daha çox məclisə əcnəbi müğənnilər dəvət olunur. Elə bu yaxınlarda da Kibariyə və Mustafa Ceceli kənddə qonaq olub:

"Xonça aparanlardan biri də mən idim, baxıram ki, bütün saytlarda, instaqramda videolarda düşmüşəm. Hələ bu yaxınlarda da neçəsi olacaq".

Həqiqətən də kəndi gəzdiyimiz zaman, hər küçədə bir-iki qırmızı lentli qapı gözümüzə dəyirdi. Toyların təmtəraqlı keçirilməsi məclisə yazdırılan pulda da özünü göstərir.

Xalidə xalanın dili ilə desək, Şiştəpə oğlanlarının canı sağ olsun.

Kəndin əsas küçəsinə Aprel döyüşlərində şəhid olan polkovnik Vüqar Yusifovun adı verilib, girişində isə şəhidə abidə ucaldılıb.

Bir neçə saatlıq kənd sərgüzəştimizdə maraqlıdır ki, nə Şiştəpə adının mənasını, nə də kənddə yaşayan əhalinin sayını öyrənə bildik. Sadəcə ağsaqqallardan biri yaxınlıqdakı təpəni göstərərək Şiştəpə adının həmin yüksəklikdən götürüldüyünü söylədi.

Şiştəpəyə, həm də Azərbaycanın "Sankt-Peterburq"u deyirlər… Kənd sakinlərinin yarısından çoxu zəngin olsa da, burda da problem var. Sakinlər öz hesabına yol, qaz, işıq, məktəb kimi çətinlikləri həll etsələr də, hazırda su problemi hökm sürür. Ümid edirlər ki, ölkənin ən varlı kəndinin su problemi də tezliklə həll olunar.

Azərbaycanın ən varlı kəndində insanlar BELƏ YAŞAYIR - REPORTAJ - FOTO+VİDEOAzərbaycanın ən varlı kəndində insanlar BELƏ YAŞAYIR - REPORTAJ - FOTO+VİDEO


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 10085   Tarix: 26 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Belə hədiyyə mərasimi görülmədi: Rəqsi qonaqları heyran etdi

Türkiyədə keçirilən toy mərasimlərindən biri maraqlı və fərqli anlarla yadda qalıb. Rəqqasə Hilal Adıgözel evlənən rəfiqəsinə hədiyyəsini təqdim edərkən qeyri-adi çıxışı ilə diqqət çəkib. türk mediasına istinadən xəbər verir ki, Adıgözel hədiyyə təqdimatı zamanı səhnəyə çıxaraq rəqs edib və hədiyyəsin

1 aprel
.

Cənubi Koreyada tarakanı tutmağa çalışan kişi həbsə düşdü

Cənubi Koreyada bir kişi tarakanı tutmağa çalışarkən mənzilini yandırıb. Yanğına səbəb olduğuna görə dörd il müddətinə azadlıqdan məhrum edilib. bu barədə nəşrinə istinadən xəbər verir. Hadisə Osan şəhərində baş verib. Belə ki, 30 yaşlı bina sakini zibil qutusunda tarakan görüb, onu alışqanla yandırmağ

2 aprel
.

Qaranlıq qorxusuna necə qalib gəlməli?

Qaranlıq qorxusu uşaqlarda yaşla bağlı ən çox rast gəlinən hallardan biridir və bu, birbaşa təxəyyülün inkişafı ilə əlaqələndirilir. xəbər verir ki, rusiyalı uşaq psixoloqu və pedaqoqu Dariya Dugentsova "Russia Today" nəşrinə müsahibəsində bu qorxunun kökündə duran səbəblərdən danışıb. Mütəxəssi

1 aprel
.

Hun dövrünə aid əşyalar TAPILDI

Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən "qara qazıntı aparanlar"dan müsadirə edilən qədim bürünc qazanlar Kurqan Dövlət Universitetinə region üzrə təhvil verilib. yerli mediaya istinadla bildirir ki, söhbət üç nadir tapıntıdan gedir: bu tip əşyaların bütün Avrasiya üzr

30 mart
.

Bu bitki evə şanssızlıq və bədbəxtlik gətirir

Bir çoxumuz evimizi gözəlləşdirmək və təbiəti otağımıza gətirmək üçün müxtəlif dibçək gülləri yetişdiririk. Lakin bəzi bitkilər var ki, onlar nəinki havayı təmizləmir, əksinə, evdəki bərəkəti qaçırır və mənfi enerji yaradır. "Ölkə.az" xəbər verir ki, qədim inanclara və bioenerji mütəxəssislərini

3 aprel
.

13 yaşında arxasında iz buraxmadan itən qız 32 il sonra sağ tapıldı

ABŞ-da 32 il əvvəl itkin düşən qız sağ tapıldı. ABŞ-da 13 yaşında itkin düşən və uzun illər taleyi naməlum qalan Christina Maria Plante 32 ildən sonra sağ şəkildə tapılıb. xarici mediaya istinadən xəbər verir ki, vaxtilə "şübhəli itkin" kimi qeydə alınan hadisə yeni texnologiyaların tətbiq

3 aprel
.

Asqırmağı dayandırmaq göz və qulaq damarlarını partlada bilər

Uşaq anestezioloqu David Kallexo asqırmağı saxlamağın ilk baxışdan göründüyündən daha ciddi fəsadlar yarada biləcəyi barədə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Mütəxəssisin sözlərinə görə, asqırmaq orqanizmi yad cisimlərdən təmizləyən mühüm müdafiə reaksiyasıdır. Bu prose

31 mart
.

Dünyanın ən təhlükəli qadın siyasətçisi AÇIQLANDI

Şimali Koreya üzrə ekspert Son-Yun Li Cənubi Koreyanın "The Korea Herald" qəzetinə verdiyi açıqlamada Kim Çen Inın bacısı Kim Yo-Çjonun dünyanın "ən təhlükəli" qadını olduğunu bildirib. -ın xəbərinə görə, o, iddia edib ki, bunun səbəbi hazırda KXDR İşçi Partiyası Mərkəzi Komitəsini

31 mart
.

Valideynlərə ciddi xəbərdarlıq: Cəza üsulu uşaqların psixologiyasını məhv edə bilər

Uşaqları "cəza və mükafat" üsulu ilə idarə etmək onların psixologiyasına ciddi mənfi təsir göstərir. xəbər verir ki, bu barədə rusiyalı psixoloq Taşa Valeyeva RT telekanalına müsahibəsində bildirib. Mütəxəssisin sözlərinə görə, bu cür tərbiyə metodu uşaqlarda daxili həvəs, fərdi xüsusiyyətlə

3 aprel