Diqqət! Bu ilin sonundan hər kəsin səbirsizliklə gözlədiyi hadisə baş verəcək

Diqqət! Bu ilin sonundan hər kəsin səbirsizliklə gözlədiyi hadisə baş verəcəkBiznes qurumlarında belə bir rəy var ki, ölkəmizdə keçiriləcək beynəlxalq yarışlar bitəndən sonra dollar 2 manatadək bahalaşacaq. Bəs, görəsən iqtisadçılar necə hesab edir? Onların bunu il ərzində manatın necə davranacağı ilə bağlı proqnozları necədir?
Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, manat sentyabr ayından etibarən kəskin dəyər itirə bilər: "Pul siyasətini Mərkəzi Bank, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir. Onlar belə qərara gəliblər ki, manatı müəyyən qədər qoruyub saxlasınlar. Əlbəttə, indiki zamanda bu vacibdir. Çünki Azərbaycanda İslam Oyunları, Formula 1 yarışları keçiriləcək, gələn turistlərin sayı həddindən artıq çox olacaq. Dolların ucuz olması bizə sərf edir ki, turistlərdən dollar ucuz qiymətə alınsın. Amma ümumi götürəndə real sektorun inkişafı üçün, iqtisadiyyatın inkişafı üçün manat gec-tez öz bazar qiymətini almalıdır. Mən hesab edirəm ki, bu proses haradasa avqust-sentyabr aylarına qədər davam edəcək, ancaq sonra bu prosesi saxlamaq çox çətin olacaq. Sonra qərar veriləcək ki, manat yenidən ucuzlaşmağa başlasın və dollar bahalaşsın. Hazırda ölkədə manat qıtlığı yaradılıb. İnvestisiya layihələrinə vəsait qoyulmur, nağd pul çıxartmaqla əlaqədar problem yaradır. Yay aylarında da bu problem çox hiss olunmayacaq. Ancaq hökumət iqtisadiyyatın inkişafını istəyirsə, sentyabrdan etibarən manatın öz dəyərini almalıdır. Ola bilər ki, bu ilin yanvar ayında dollar necə 1.90 manata qalxmışdısa, yenə həmin məzənnəyə qalxar".
İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov da ilin sonunadək manat devalvasiyaya məruz qalacağını bildirdi: "Hər bir halda indiki məzənnəsindən ucuz olacaq. Lakin nə qədər ucuzlaşacağını birmənalı demək mümkün deyil. Burada iki variant mümkündür. Məlum olduğu kimi, manatın məzənnəsi tələb və təklif əsasında formalaşır. Hazırda ölkəmizin 38 milyard dollara yaxın valyuta ehtiyatı var. Bunun 33,2 mlrd. Dolları Neft Fondunda və 4,4 mlrd. dolları isə Mərkəzi Bankda saxlanılır. Milli valyutadakı pul bazamız isə 7,2 mlrd. manatdır. Yəni kobud desək, dövlət bu gün bütün valyuta ehtiyatını dövriyyədə olan manat kütləsinə dəyişsə, 1 dollar 21 qəpiyə bərabər olacaq. Yəni dövlət istəsə, manatı hələ 8 dəfə də bahalaşdıra bilər. Ancaq bu başqa məsələdir ki, dövlət buna heç vaxt getməz, çünki bu halda valyuta ehtiyatı tam tükənər və ölkənin iqtisadi təhlükəsizliyi sual altında qalar".
İqtisadçının fikrincə, hamı anlayır ki, manatın məzənnəsi iqtisadiyyatın bir nömrəli məsələsi deyil, lakin psixoloji təsiri böyükdür: "Məhz buna görə də bu ilin fevral ayından başlayaraq dövlət valyuta ehtiyatlarını satmaqla manatı bahalaşdırdı. Yəni reallıqda manatın bahalaşması üçün obyektiv heç nə baş vermədi. Sadəcə dövlət daha çox dollar satıb, manatı bahalaşdırdı. Eyni zamanda manat kütləsi də sıxıldı. Belə ki, hətta dövriyyədə olan manat kütləsini də Mərkəzi Bank banklardan depozit kimi yüksək faiz dərəcəsi ilə, 14,5faizlə qəbul edib iqtisadiyyatı pulsuz qoydu ki, manat baha olsun. Əlbəttə, bu xətt davam etdirilsə, manat cüzi devalvasiyaya məruz qalacaq, 1 dollar 1,80-1,90 manat arasında dəyişə bilər".
Əkrəm Həsənovun sözlərinə görə, hazırda tutulan bu xətt iqtisadiyyata ağır zərbə vurur, dövriyyəni, ödəniş sistemini iflic edir: "Buna görə də ehtimal edirəm ki, prezidentin bəyan etdiyi iqtisadi islahatların icrası əsnasında dövriyyəni pulla təmin etmək lazım olacaq və Mərkəzi Bank banklara kreditlər verəcək, depozit faiz dərəcəsini endirəcək. Bu halda ilin sonuna dolların məzənnəsi 2 manatı ötəcək. Böyük ehtimalla yay aylarından başlayaraq dolların tədricən bahalaşmasını görəcəyik və bu proses payızda güclənə bilər".

Mənbə: Musavat.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2229   Tarix: 04 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Aut

19 mart
.

Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdl

9 aprel
.

Azərbaycanda hotellər üzrə orta qiymət azalıb

Cari ilin aprel ayında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət öncəki ayla müqayisədə bir qədər azalaraq 131,67 manat təşkil edib. -ın xəbərinə görə, yanvarda Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət 87,50, fevralda 102,67, ötən ay isə 134,3

6 aprel
.

Azərbaycan Gürcüstandan qoyun idxalına çəkdiyi xərci 90 % azaldıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 23,4 min ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 90 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanın qoyu

28 aprel
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel
.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel
.

Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB - VİDEO

Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir. xəbər verir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir. Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var. "İtkilər balın qiymətinə təsir edəcək. Arıçıla

12 aprel
.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart