Ermənistanda əsgərlər qırılır - bir gündə görün neçəsi ...

Ermənistanda əsgərlər qırılır - bir gündə görün neçəsi ...Ermənistanın iqtidaryönlü saytları "ən yenilməz ordu" adı altında hərbçilərini tərifləməyə davam etdiyi zaman Dağlıq Qarabağda cəbhə xəttində və Ermənistanda hərbçilər həmkarları tərəfindən döyülür və öldürülür.

AzVision.az xəbər verir ki, orduda törədilən bir çox cinayətlər gizlədilir.

"Helsinki" vətəndaş assambleyasının Vanadzor ofisinin məlumatına görə, bu il yanvarın 16-da Ermənistanın "N" saylı hərbi hissəsində müqavilə ilə qulluq edən çavuş Araik Sarkisyan hərbçi yoldaşı tərəfindən güllələnib. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, hadisə silahla davranış qaydalarının pozulması nəticəsində baş verib. Lakin bu günə kimi hadisənin təfərrüatları və hərbçi yoldaşını gülləyən hərbçinin adı açıqlanmayıb. Qeyd edək ki, qarın nahiyəsindən güllə yarası alan çavuş Araik Sarkisyan xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Digər hadisə bu ilin 6 aprel tarixində baş verib. Döyüş postunda olan iki erməni hərbçi nizamnamədən kənar münasibətlər nəticəsində qətlə yetirilib. Lakin əsgərlərin valideynləri rəsmi məlumata inanmırlar. Belə ki, sıravi əsgər Qriqor Avetisyan və Suren Aramyan Ermənistanın şərqi sərhədlərində xidmət edirmiş. İstintaqın versiyasına görə, onlar əsgər David Dumikyan tərəfindən güllələnib. Lakin Qriqor Avetisyanın hüquqi varisinin nümayəndəsi bu versiyanı doğru hesab etmir.

"Dünya Dialoqu" ictimai təşkilatının eksperti Ruben Martirosyan bəyan edir ki, qətlləri Dumikyan törətməyib və cinayət işi ilə bağlı araşdırma düzgün aparılmır.

Vardenis hərbi polis şöbəsinin istintaq idarəsinin iddiasına görə, hadisəni törədən David iki əsgər yoldaşını qətlə yetirməsi barədə məlumat verərək özü təslim olub. Belə ki, Dumikyan Aramyanın olduğu çadıra girərək nizamsız atəş açıb. Avetisyanı isə o artıq bayırda güllələyib. Qətlin motivi isə əsgərin təhqir edilməsi göstərilib. Həmişə olduğu kimi, komandanlıq standart bəyanat verməklə işini bitirib.

Lakin hüquq müdafiəçisi Ruben Martirosyan bildirib ki, Dumikyanın günahkar olmasını təkzib edən, bir sıra məqamlar var. Onun sözlərinə görə, Davidin atəş açmasını təkzib edən ekspert rəyi mövcuddur. Onun əl izləri avtomatda aşkar edilməyib. Bundan başqa qətlə yetirilən Qriqorun qohumları bildirib ki, Dumikyan ibtidai istintaqa verdiyi ifadələrdən imtina edib. O, qeyd edib ki, hərbi polisdə onu dəfələrlə döyüblər və hazır izahatı imzalamağa məcbur ediblər.

Hüquq müdafiəçisi əlavə edib ki, üzərindən 9 ay keçməsinə baxmayaraq cinayətin gedişatı və hərbçilərin əsl qatili məlum olmayıb. Qətlə yetirilən əsgərlərin qohumları cinayət işini yenidən araşdırılmasını tələb edirlər. Ruben Martirosyan əlavə edib ki, hadisə zamanı yaralanan iki əsgər Akop Qevorqyan və Areq Baqdasaryanın ifadələri özündə şübhə doğurur. Hər ikisi deyir ki, hadisə baş verən zamanı çadırda yatırlarmış. Və hər ikisi ayağından yaralanıb.

Ancaq onların ifadələri iki versiyaya görə, reallıqdan uzaqdır. Birincisi Qriqor və Akop arasında keçmişdən münaqişə olub. İkinci isə Akop döyüş mövqeyinə getməmişdən əvvəl postun komandiri olan kapitan Roman Akopyanı döyüb. Nəticədə bir ay müddətinə həbs edilib. Ehtimal ki, atışmaya onlar arasındakı mübahisə səbəb olub. Bütün hallarda Ermənistan ordusunda bu cür hadislərə yüzlərlələdir. Lakin istitaq idarəsi cəmiyyətə ordu haqqında mənfi məlumatların ötürülməməsi üçün əlindən gələni edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1603   Tarix: 07 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

5 may
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

4 may
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

5 may
.

İranda molla hicaba görə qadına hücum edib - VİDEO

Qum şəhərində hökumət mollası baş örtüyü çiyinlərinin üstünə düşən qadını təhqir edib. Bu barədə "Azad İran" "Telegram" kanalı sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən, xəbər yayıb. Məlumata görə, çarəsiz qadın təhqir edilməsinin qarşısında mollaya iradını bildirdəndən sonr

6 may
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

5 may
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

5 may
.

KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

ABŞ münaqişə başlayandan bəri ilk dəfədir ki, İsrailə sursat tədarükünü dayandırıb. "Report" xəbər verir ki, bu barədə Amerikanın "Axios" nəşri iki İsrail rəsmisinə istinadən məlumat yayıb. "İsrail rəsmiləri bildiriblər ki, ötən həftə İsrailə sursat tədarükü dayandırılıb"

5 may
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

5 may
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

5 may