Dünən dünyasını dəyişən fəxrimizə BİƏDƏB sözlər deyən məmuru yıxıb- sürüdülər

Dünən dünyasını dəyişən fəxrimizə BİƏDƏB sözlər deyən məmuru yıxıb- sürüdülər"Lütfi Zadəyə "fındıqbaş" demək küçə adamı məntiqindən başqa bir şey deyil".
Bu sözləri BakuPost.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin görkəmli alim Lütfi Zadə haqqında səsləndirdiyi ifadələrə münasibət bildirərkən deyib. O bildirib ki, mərhum alimə qiyməti ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva verib:

"Lütfi Zadəyə verilən dəyəri bilmək üçün prezidentin və birinci vitse-prezidentin imzaladığı nekroloqa baxmaq lazımdır. Belə çıxır ki, onlar "fındıqbaş" üçün nekroloq imzalayıblar? Azərbaycanın ən böyük, dəyərli alimlərindən biri olan şəxs haqqında prezident, birinci vitse-prezident, dövlət xadimləri bu qədər yüksək fikirlər səsləndirdiyi halda, kimsə onun haqqında belə ifadələr işlədirsə, bu, anormallıqdan başqa bir şey deyil. Bunun izahını tapa bilmirəm. Bu nə ifadədir? Açığı mən inanmıram ki, o, bu ifadəni işlədib. Əgər işlədibsə, o zaman o, həqiqətən də harada olduğunu, nə işlə məşğul olduğunu anlamır. Bunun başqa adı yoxdur. Dövlət səviyyəsində bu adama qiymət verilib, prezident nekroloq imzalayıb. Bunları da qırağa qoyuram. Bir alimə, dünyanı heyrətləndirmiş bir dahiyə "fındıqbaş" demək küçə adamı məntiqindən başqa bir şey deyil. Şeir yazan, ədəbiyyatdan başı çıxan bir adamın bunu dediyinə şübhə ilə yanaşıram. Amma çox üzüldüm. Çox böyük qəbahət və biabırçılıqdır. Bu biabırçılığa görə də bu adamların məsuliyyət daşıması vacibdir. Pis örnəkdir. Sən kimisə sevməyə, qəbul etməyə bilərsən. Amma, heç azərbaycanlı olmasa belə, bir alimə qarşı belə ifadə işlətmək həqiqətən də heç bir tərbiyə çərçivəsinə sığmayan məsələdir".

Deputat əlavə edib ki, Lütfi Zadənin Fəxri Xiyabanda dəfn olunmalıdır: "O, Azərbaycanda dəfn olunmağı vəsiyyət edib. Əgər kimsə Azərbaycanda dəfn olunmağı vəsiyyət edirsə, bu, yerinə yetirilməlidir. Buna şərh vermək belə doğru deyil. Fəxri Xiyabanda onun dəfni üçün yer ayrılmalıdır".
F. Mustafa alimin vəsiyyətinə qeyri-adekvat reaksiya verənlərə də cavab verib: "Lütfi Zadə Azərbaycan əleyhinə nəsə bir kəlmə deyibmi? Əksinə, azərbaycanlı alimlərlə kontakt qurub, ABŞ-da Azərbaycan diasporunun fəxri sədrliyini götürüb üzərinə. Bu adam nə etməliydi? Mitinqə çıxıb "Qarabağ bizimdir" deyə qışqırmalı deyildi ki… Onun kimi böyük bir alim çıxıb küçədə Azərbaycan davası aparmalıydı? Elə onun mövcudluğu, adının qarşısında azərbaycanlı yazılması da bizim üçün bir brenddir. Ona görə də Fəxri Xiyabanda dəfn olunmalıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3425   Tarix: 08 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26 aprel
.

Rəsmi Bakıdan sərt AÇIQLAMA: "Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik"

29 aprel 2024-cü il tarixində Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik". xəbər verir ki

30 aprel
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

2 may
.

Prezident: "Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub"

"Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusund

1 may
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

4 may
.

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

1 may
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

29 aprel
.

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may